Pulunuzun miqdarının artması və borca düşməmək üçün aşağıdakıları mütləq oxuyun

Pulunuzun miqdarının artması və borca düşməmək üçün aşağıdakıları mütləq oxuyunPul xərcləmək barədə bəzi məsləhətlərə qulaq asmaq sizin maddi vəziyyətinizi ağırlaşmamasına səbəb ola bilir. Pul xərcləyən zaman bəzi vərdişlər insanın maddi vəziyyətini aşağı sala bilir. Yazılan məsləhətlərə qulaq asın və siz də səhv edərək qurbana çevrilməyin. Pul xərclədikdə isə diqqətli olun və fikirləşin. Çünki, yığılan borcların əksəriyyəti insanların boşuna pul xərcləməsindən əmələ gəlir. Bunun baş verməməsi üçün isə alış-verişə gedərkən diqqətli olmaq və darıxdığınız zaman alış-verişə getməməkdir. Çünki, bu zaman siz ürəyiniz istəyən şeyi alır və artıq pul xərcləmiş olursunuz. Çoxlu pul xərcləyərək borca düşmək isə ən çox alış-verişə həvəskar olan adamlarda baş verir. Əgər siz alış-veriş mərkəzinə gedəcəksinizsə, o zaman nəyi alacağınızı dəqiq fikirləşin, qəti qərarlaşın və bununla da artıq malları alaraq əlavə pul xərcələməyin. Əgər mağazada xoşunuza gələn bir şey varsa, o zaman həmin malı tez bir anda almayın, sabahı günə saxlayın.
Satışın texnikası ilə yaxından tanış olun
Bir çox şirkətlər müxtəlif vasitələrlə sizə lazım olmayan əşyaları sizə satmağa çalışır. Onlar satışa stimul olsun deyə 50% endrim kompaniyası təklif edirlər. Əslində bu endirim satıcılar tərəfindən edilən bir fədakarlıq deyil, sadəcə olaraq bu sözü işlədərək onlar alıcını şirnikləndirmək istəyirlər.
Alıcıların diqqətini cəlb edən başlıqlardan biri də  budur: "İki mal birinin qiymətinə".  Ekspertlər əgər satılan mala ehtiyac yoxdursa o zaman satıcıya qulaq asmamağa və endrim kompaniyası ilə bağlı olan cağırışlara qulaq asmamağı tövsiyə edir. Satıcının toruna düşməmək üçün onun şirin dilinə aldanmamaq və təkliflərinə boyun əyəməmək lazımdır.
Bəzən elə mağazalar olur ki, orada satılan malların qiyməti digər mağazalarda satılan malların qiymətindən baha olur. Bu heç də həmin malın keyfiyyətli olmasından xəbər vermir. Ən çox bu hallar kreditlə mallar satılan mağazalarda rast gəlinir. Bu mağazalar isə keyfiyyət bəhanəsilə alıcıdan artıqlaması isə pul qoparırılar. Mütəxəssislər satıcıların şirin dilinə aldanmayanların kasıb olma şansının daha aşağı olduğunu vurğuylayırlar.
Bu düşüncələri diqqətdə saxlasanız və məsləhətləri dinləsəniz sizin maliyyə durumunuz elə də aşağı düşməz. Bu məsləhətlər hər şeyə göz yumaraq alver etməməyinizə deyil, kasıb düşməməyiniz üçündür. Çünki, bu deyilənlərə əməl edərək siz irəli gedə və maddi vəziyyətinizi düzəldə bilərsiniz.
Özünüzə pula qənaət etmək üçün plan hazırlayın.
İnsan 20 yaşında pula qənaət edə bilmir. Bu dövrdə insan əlində olan pulu sağa-sola xərcləmək və əylənmək istəyir. Amma, gələcəkdə insana pul lazım olduğuna görə mütləq pul yığmağı bacarmaq lazımdır. Əgər pul yığmağa başlamağı gecikdrsəniz o zaman sizin üçün gec ola bilər. Siz pul yığmağa nə qədər tez başlasanız sizin üçün bir o qədər yaxşı olar. Bunun üçün isə aylıq maaşınızdan və gündəlik gəlirlərinizdən az miqdar yığmağa başlayın.
Qənaəti öz həyatınızın varlı olması üçün edin
Dünyanın ən məşhur milyarderləri də öz pullarının miqdarından razı deyillər. Onlar oz pullarının miqdarlarının daha da artıq olmağını arzulayırlar. Onların pullarının çox olmasına baxmayaraq yenə də pul xərcləyəndə narahat olurlar.
Ekspertlər insan həyatının pula qənaət edərək keçirməyinin əleyhinədirlər, onlar sadəcə olaraq borca düşməmək üçün gəlirlə, xərclənəcək pulların balanslaşmasını məsləhət bilirlər. Bu isə insanın borca düşməməsinə səbəb olan bir amildır.
Dostlarınıza pul xərcləyəndə diqqətli olun
Siz öz pullarınızın sizin dostluqlarınıza, həyatınıza mənfi təsir etməsinə yol verməyin. Əksər hallarda insanlar maliyyə problemlərinin dostları səbəbindən baş verdiyini söyləyirlər. Yəni onların qüruru ağır vəziyyətdə olan yaxın adamına yardım etməməyə icaz vermir. Onlar yaxınlarına yardım etməklə büdcələrinə zərər vururlar. Ekspertlər isə bunu adət halına gətirməyi məsləhət bilmirlər. Çünki, daima kiməsə maliyyə yardımı etmək insanların maliyyə problemlərinin əmələ gəlməsinə səbəb ola bilər.
Bəzi insanlar özlərinin pulları ilə xərclədiklərini müqayisə edir və ona uyğun hərəkət edirlər. Bu zaman onların maddi cəhətdən problemləri olmur və onlar daima irəli gedən insanlardan olurlar.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 967   Tarix: 14 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

.

Niyə bəzi insanları ağcaqanadlar daha çox dişləyir? - Mütəxəssis səbəbləri açıqlayıb

Bəzi insanların ağcaqanadların hədəfinə digərlərindən daha tez çevrilməsinin səbəbləri açıqlanıb. xəbər verir ki, rusiyalı mütəxəssis Nikolay Durmanov bildirib ki, bu, əsasən insan orqanizminin yaydığı qoxular, bədən istiliy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"

Dırnaqlarımızda gözlənilmədən yaranan rəng dəyişiklikləri, kiçik ləkələr və ya qəribə xətlər düşündüyümüzdən daha ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. Bir çoxumuz bunu "yəqin ki, bir yerə çırpmışam"

.

Pomidor yeyərkən iki dəfə düşünün

Mütəxəssislər xəbərdarlıq edirlər ki, zəngin qida dəyərinə malik olan pomidor tərkibindəki yüksək turşuluq və histamin səbəbindən bəzi xroniki xəstəlikləri olan şəxslərdə ciddi sağlamlıq problemləri yarada bilər. xəbər veri

.

Buzlu içkiləri sevənlərə xəbərdarlıq

Buz hazırlanarkən gigiyena qaydalarına əməl edilmədiyi halda, buzlu içkilər bağırsaq infeksiyalarının mənbəyinə çevrilə bilər. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Asiyat Abdullayeva "RT"y

.

Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur

Fransada aparılan və "European Heart Journal"da dərc olunan genişmiqyaslı araşdırma gündəlik istehlak etdiyimiz paketli qidalarda olan bəzi qoruyucu maddələrin ürək və damar sağlamlığı üçün ciddi risk yaratdığın

.

Keyfiyyətli kərə yağı necə seçilir?

İlk baxışda kərə yağı seçmək çox sadə görünür. Lakin praktikada "kərə yağı" adı ilə satılan məhsullar keyfiyyət baxımından bir-birindən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Bəzi istehsalçılar daha ucuz xammalda

.

Səyahət edənlər daha çox yaşayırlar

Yeni elmi araşdırma göstərib ki, səyahətlər insana yalnız xoş emosiyalar və yeni təəssüratlar qazandırmır, həm də fiziki sağlamlığa, beyin fəaliyyətinə və sağlam qocalma prosesinə müsbət təsir göstərə bilər. Mütəxəssislə

.

Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları

Xroniki yorğunluq sindromu (həmçinin "Mialgik Ensefalomielit" adlanır) istirahətlə keçməyən, gündəlik fəaliyyətləri ciddi şəkildə məhdudlaşdıran dərin fiziki və zehni yorğunluğa səbəb olan mürəkkəb və uzunmüddətl

turlar.az

qadin sayti kosmetika mehsullari geyim şəkilləri qidalandirici maskalar balıq yeməkləri həftəlik bürclər dəri xərçənginin əlamətləri kosmetika gunay eqreb rəksanə novruza aid hakista birlik