Püstənin faydaları

Püstənin faydalarıPüstə həmişəyaşıl püstə ağacının meyvəsidir. Bəzən onun ağacları yarpaqlarını dəyişə bilir. O sumaxkimilər fəsiləsinə aiddir. Püstə ağacları daha çox subtropik və tropik bölgələrdə yetişir. Püstə ağaclarına ən çox Aralıq dənizi bölgələrində, Şimal-Qərbi Afrikada, Qərbi, Şərqi və Orta Asiya ölkələrində rast gəlinir. Püstə ağacının dişi və erkək növü ayırd edilir. Onun uzunsov meyvələri sərt qabığın içərisində olur. Püstənin xüsusi dadı və özünəməxsus qoxusu olur. Püstəni xoşlayanlar onu öz həyətlərində də yetişdirirlər. Bu zaman isə ağacın meyvələrini toplamaq üçün 7-10 il gözləmək lazım gəlir. Ağac ən maksimal miqdarda meyvəsini əkildikdən 20 il sonra verir. Onun kökü 15 metr dərinliklərə qədər uzana bilir. Püstə yüksək kalorili meyvələrdəndir. Onun 60%-ni yağlar, 18%-ni zülallar və karbohidratlar, müxtəlif vitaminlər, mikroelementlər və aminturşular təşkil edir. Püstənin tərkibində çoxlu miqdara E vitamini var. Püstənin tərkibində olan antioksidantlar və bioloji aktiv maddələr orqanizmin cavanlaşmasına səbəb olur. 100 qram püstənin qida dəyəri:
- Zülallar - 20,8 qr
- Yağlar - 51,6 qr
- Karbohidratlar - 16,4 qr
- Kalori - 642 kKal.
Püstə ləpəsinin tərkibində tanin maddəsi vardır ki, bu maddə yanıqların, yaraların sağalması üçün çox faydalıdır. Püstədə olan qlikozidlər və alkoloidlər orqanizmdən ağır metal zəhərlənmələrinin xaric olunmasını sürətləndirir. Xalq təbabətində püstədən vərəm və ağciyər xəstəliklərinin sağalmasının sürətlənməsi üçün istifadə edilir. Püstənin tərkibində olan marqanes, B6 vitamini, zülallar, liflər və fosfor orqanizm üçün çox faydalıdır. Toronta universitetinin alimləri püstənin digər qidalarla qəbul edilməsini araşdırarkən sahid olmuşlar ki, yüksək qlikemik indeksi olan qidalarla(məs. çörəklə) püstənin qəbul edilməsi qanda şəkərin miqdarının artmamasına səbəb olur. Bu zaman alimlər qanda hormon aclığını aradan qalxdığını da aşkar etmişlər. Bu da püstənin şəkərli diabet xəstələri üçün lazımlı qida vasitəsi olduğunu sübut edir. Püstənin tərkibində olan yağların 90%-i faydalı yağlardır. Dietoloqlar püstəni orqanizmi sağlam saxlamaq üçün ən yaxşı vasitələrdən biri hesab edirlər. Amerikanın Xərçəng Əleyhinə Araşdırmalar institutu mütəmadi olaraq püstə yeməyin orqanizmdə xərçəng xəstəliyinin qarşısını aldığını sübut etmişlər. Mütəxəssislər püstə və ya püstə südünün vərəm, qan azlığı, təzyiq, mədə və qaraciyər xəstəlikləri, qadın və kişi sonsuzluğu, fiziki və zehni yorğunluq, ağır infeksion xəstəliklərən sonra baş verən zəiflik, impotensiya zamanı orqanizm üçün çox faydalı olduğunu söyləyirlər. Onlar gün ərzində 30-40 qram püstə yeməyin bronxitlər və bağırsaq sancıları zamanı faydalı olduğunu qeyd edirlər. Mütəxəssislər gün ərzində 100 qramdan artıq püstə yeməyi məsləhət bilmir. Bu zaman isə qida rasionundan yağların çıxarılması məsləhətdir.
Püstənin zərərli xüsusiyyətləri
Yüksək təzyiqli xəstələrə duzlu püstə yemək mələhət görülmür. Bu böyrəklərin işinin artmasına və şişkinliyə səbəb ola bilir. Uşaq əmizdirən analara püstə yeyərkən diqqətli olmaq məsləhət görülür.
Püstə yemək allergik reaksiyaların meydana çıxmasına səbəb ola bilir. Püstə yedikdən sonra dəri səpgiləri, ürəkbulanma, asqırma meydana çıxdığı zaman onun qəbulunu dayandırmaq lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1899   Tarix: 27 fevral 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Diş minasını zədələməmək üçün bunları edin

Gündəlik ağız boşluğu gigiyenası çox vaxt uzun illərdən qalan yanlış vərdişlər üzərində qurulur. Mütəxəssislər bildirirlər ki, sadə dəyişikliklər diş minasını qorumağa, diş əti problemlərinin və kariyesin qarşısını almağ

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Çılpaq yatmağın faydaları

Keyfiyyətli və dərin yuxu sağlamlığın, yüksək enerjinin və yaxşı əhval-ruhiyyənin əsas şərtlərindən biridir. Mütəxəssislər bildirirlər ki, gecə istirahətinin keyfiyyətinə təsir edən amillərdən biri də yatarkən geyim seçimidir

.

40 yaşdan sonra həyatınızı xilas edəcək dörd tibbi test

Kardioloqlar bildirirlər ki, ürəyin işemik xəstəliyi qadınlar arasında süd vəzi xərçəngindən təxminən iki dəfə çox ölümə səbəb olur. xarici mediaya istinadən xəbər verir ki, buna baxmayaraq, bir çox qadın ilk xəbərdaredic

.

Pesketaryen qidalanma nədir? Faydaları nələrdir?

Pesketaryen qidalanma qırmızı ət və quş ətinin istifadə olunmadığı, balıq və bitki mənşəli qidaların əsas götürüldüyü bir qidalanma modelidir. Zülal ehtiyacı böyük ölçüdə dəniz məhsulları və bitki mənşəli qaynaqlardan qarşılanır

.

Qarın piyinin səbəbi çox yemək deyilmiş

Yeni araşdırma yaş artdıqca piyin niyə əsasən bel və qarın nahiyəsində toplandığını üzə çıxarıb. Bir çox insan yaşlandıqca çəkisi demək olar ki, dəyişməsə də, qarın nahiyəsinin böyüdüyünü müşahidə edir. Bu isə təkcə esteti

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Niyə bəzi insanları ağcaqanadlar daha çox dişləyir? - Mütəxəssis səbəbləri açıqlayıb

Bəzi insanların ağcaqanadların hədəfinə digərlərindən daha tez çevrilməsinin səbəbləri açıqlanıb. xəbər verir ki, rusiyalı mütəxəssis Nikolay Durmanov bildirib ki, bu, əsasən insan orqanizminin yaydığı qoxular, bədən istiliy

.

Enerji içkisi sevənlər oxusun

"Enerji içkiləri tərkibindəki yüksək kofein səbəbindən yuxusuzluğa yol açmaqla yanaşı, insan orqanizmində gözlənilməz və ciddi fəsadlara da səbəb ola bilər". qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri stomatolo

turlar.az

yemek reseptleri qaşların formalari toy gecesi göyəmin faydası qış geyimi yataqda seks tutun faydalari kosmetika kokelmek baliq gunay hakiwda gəncə