Putinin dostu kimi tanınan oliqarxdan uşaq dünyaya gətirən Ruhi KÖVRƏLDİ: "Ondan sonra dünyanın ən xoşbəxt qadını..."
"Ana olana qədər xoşbəxtliyim bütöv deyildi. Təbii ki, sevib-sevilirdim. Dəyərli insandan özü boyda dəyər alırdım, o öz yerində... Amma qadın olaraq məndə tamamlanmayan bir hiss var idi - analıq hissi. Məhz ana olandan sonra dünyanın ən xoşbəxt qadını oldum".
BiG.AZ xəbər verir ki, bu sözləri biznes-ledi Ruhi Əliyeva deyib. Əkiz övladlarının doğum gününü qeyd edən Ruhi onlara olan hisslərini bölüşüb:
"Uşaqlarımı çox çətinliklə dünyaya gətirdim. Yaşanan hər ağrı-acıya baxmayaq yaşadığım hiss o qədər güclü idi ki, mənə heç bir qüvvə qalib gələ bilməzdi. Övladlarım həyatımı tamamilə dəyişdi. Hər gün bir başqa Ruhi olduğumu anladım. Daha həssas, kövrək oldum, bəlkə də... Onlar mənim duyğularımı gözəlləşdirdi, hisslərimi daha da saf etdi. Mən təsəvvür belə etmirmişəm ana övladına bu cür yanaşa bilərmiş.
İçimdə izaholunmaz, möhtəşəm bir duyğu var. Bütün ana olmayan qadınlara yaşadığım bu müdhiş hissləri arzu edirəm. Ana olmadan bunları dadmaq mümkünsüzdür. Bu gün ona görə xoşbəxtəm ki, Məhəmməd və Həsənin anasıyam. Şükür edirəm ki, bu gün sağlam, savadlı, yaşından asılı olmayaraq böyük dərrakəli iki oğul anasıyam. Allahımdan çox razıyam. Mənə hər şeyi gec nəsib etsə də, təməlli, möhkəm verir! Rəbbim sevimli bəndələrini sınağa çəkir, deyirlər. Mən də Allahın sevimli bəndəsiyəm, bəlkə də... Çünki hər şeyi əziyyətlə əldə etmişəm.
Bu gün övladlarımın doğum günüdür. Həyatdaki bütün arzularım onlarla bağlıdır. Sağlam, savadlı şəxsiyyət olmalarını gözləyirəm. Valideynlərinə, vətəninə, millətinə layiqli övlad olacaqlarına ümidim böyükdür! İnşallah, Məhəmməd və Həsən insansevər, vətənpərvər olarlar. Onların yüksək təhsilə sahiblənməsi üçün əlimdən gələni edirəm. İnşallah, daima başımızı uca edərlər".
Qeyd edək ki, müğənni Ruhi Rusiya prezidenti Vladimir Putinin dostu kimi tanınan azərbaycanlı oliqarx-professor İlham Rəhimovla münasibətindən Məhəmməd və Həsən adlı iki oğul dünyaya gətirib.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin