Qadın cinsiyyət orqanlarının ifrazatları

Qadın cinsiyyət orqanlarının ifrazatlarıYumurtalıqların fəaliyyətinin göstəricisi

Bir çox hallarda qadınlar həkim-ginekoloqa müraciət edərək cinsiyyət yollarından ifrazatların olmasından şikayət edirlər. Əksər qadınlar səhv olaraq, bunu ancaq hər hansı bir infeksiya və ya xəstəliyin əlaməti hesab edirlər.

Həqiqətdə isə bu heç də belə deyil. Qadın cinsiyyət yollarından ifrazatların xaric olması istənilən yaş qrupundan olan qadınlar üçün xarakterik olub yumurtalıqların fəaliyyətinin göstəricisidir. Yalnız 8-9 yaşınadək olan müddət ərzində qız uşaqlarında belə ifrazat olmur. Buna səbəb isə yumurtalıqlarda yumurta hüceyrələrinin yetişməməsidir. Bu yaşadək olan qız uşaqlarında qadın cinsi hormonları az miqdarda hasil olur və onların orqanizmə olan təsiri də minimal olur. 9 yaşından sonra qız uşaqlarında cinsi yollardan ifrazat xaric olmağa başlasa da, bu, daimi xarakter daşımır. Bu, selik olub, xarici görünüşünə görə, çiy yumurta zülalı və ya düyü həlimi ilə müqayisə oluna bilər. Cinsi yetkinlik başladıqdan sonra ifrazat, menstrual tsiklin fazasından asılı olaraq, dövrü xarakter almağa başlayır.

Aybaşı başa çatan kimi ifrazat da demək olar ki, yox olur. Aybaşı tsiklinin ortasında şəffaf selikli ifrazat xaric olur ki, bu da görünüşcə çiy toyuq yumurtası ağına bənzəyir. Bu, baş vermiş ovulyasiyanın və estrogenlərin maksimal səviyyədə olmasının əlamətidir. Menstruasiyanın başlamasından bir qədər əvvəl isə düyü həliminə oxşar açıq rəngli həmcins maye xaric olur.

Qadın cinsi orqanlarında normal təbii ifrazatlardan başqa patoloji ifrazatlar da olur. Bir çox hallarda onların miqdarı normal həddən artıq, yaşıl rəngə çalan, xoşagəlməz qoxulu, müəyyən miqdarda qan və irin qarışığı ilə daxili qişaya yeyici təsir edən və s. xüsusiyyətlərə malik olur. Əksər hallarda belə ifrazatların səbəbi qadın cinsi yollarının iltihabi xəstəlikləri (vaginit - uşaqlıq yolunun iltihabı, servisit - uşaqlıq boynunun iltihabı və s.) səbəb olur.

Bu xəstəliklər müalicə olunmadığı təqdirdə daha ağır patoloji xəstəliklərin (endometrioz, uşaqlığın mioması, uşaqlıq boynunun ağır patologiyaları, sonsuzluq və s.) yaranmasına səbəb ola bilərlər. Buna görə də qeyd edilən patoloji ifrazatlar müşahidə edildiyi bütün hallarda mümkün qədər tez olmaqla həkim-ginekoloqa müraciət etmək vacib hesab edilir.

Sağlamlıq     Baxılıb: 5824   Tarix: 17 fevral 2014
f Paylaş

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

turlar.az

kosmetoloq gozel gorunmek gelinlikler interyer dizayni testosteron nədir pirojna reseptləri kişilərə təsir etmək kosmetika maskalar layla hakistalar burcler haqqinda kahfe fali