Qadın sərxoşluğunun hormonal səbəbi açıqlandı
Nyu-Yorkdakı Veyl Kornell Tibb Mərkəzinin amerikalı alimləri qadınlar arasında spirt istehlakında cinsi hormon estrogeninin rolunu aşkar ediblər.
Milli.Az xəbər verir ki, 2021-ci ildə ekspertlər müəyyən ediblər ki, beyindəki neyronların müəyyən bir alt populyasiyası dişi siçanlarda kişilərə nisbətən daha həyəcanlı olur.
Bu artan aktivlik içki davranışı ilə əlaqələndirilirib. Ancaq bu fərqlərin səbəbləri məlum deyil.
"Estrogenin potensial iştirakını qiymətləndirmək üçün tədqiqatçılar dişi siçanların estrus dövrü zamanı hormon səviyyələrini izləməyə başlayıblar. Daha sonra heyvanlara spirt təklif edilib. Məlum olub ki, dövran edən estrogen səviyyəsi yüksək olan dişilər estrogeninin aşağı olduğu günlərdən daha çox içirlər", - araşdırmada qeyd edilir.
İçkiyə bu meyl eyni neyronlarda artan aktivlikdə əks olunub. Alkoqolun ilk dozasını içdikdən sonra təsir təxminən 30 dəqiqə davam edib.
Alimlərin sözlərinə görə, estrogenləri sintez edən fermentin fəaliyyətinin dayandırılması spirt istehlakını azaltmaq üçün yeni bir üsul ola bilər.
Gələcəkdə komanda kişilərdə hormonlar və spirt istehlakı arasındakı əlaqəni anlamaq niyyətindədir./lent.az
Milli.Az









Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi