Qadına hər yaşda lazım olan vitaminlər

Qadına hər yaşda lazım olan vitaminlərGözəl və sağlam görünmək üçün vitamin şərtdir. Çünki vitamin çatışmazlığı orqanizmin zəifləməsinə, xroniki xəstəliklərin yaranmasına, tez qocalmaya gətirib çıxarda bilər. Gözəl və gənc qalmaq orqanizmdən daha düzgün qayğı və qidalanma tələb edir.
Xanim.az Publika.az-a istinadən bu yazıda qadına istənilən yaşda lazım olan vitaminlərin siyahısını təqdim edir:
A VİTAMİNİ
Sümükləri, dişləri, toxumaları, dəri və sümük toxumasını gücləndirən A vitamini əsl antioksidant anbarıdır. Xroniki xəstəlik riskini azaldır, görmə qabiliyyətini yaxşılaşdırır, yaşlanma əlamətlərini ləngidir və immunitet sistemini gücləndirir.
Yerkökü, balqabaq, ərik, pomidor, qarpız, gül kələmi, kahı, şaftalı, qırmızı bibər, ispanaq, yumurta, süd, qovun və ciyər A vitamini ehtiva edir.
B2 VİTAMİNİ
Bədənə enerji verir, immuniteti gücləndirir, stresi azaldır, maddələr mübadiləsini yaxşılaşdırır. Boğaz ağrılarını azaldır, ağız yaralarını sağaldır, saç quruluğunu aradan qaldırır.
İçalat, süd məhsulları, tərəvəz, yumurta, soya lobyası, badam, fındıq, göbələk və taxıllar B2 vitamini ilə zəngindir.
B6 VİTAMİNİ
İmmunitet sistemi üçün çox əhəmiyyətlidir. Hormon istehsalına təsir edərək stress, depressiya, ürək xəstəlikləri ilə mübarizə aparır, yaddaş zəifliyini aradan qaldırır. Eyni zamanda qanda şəkərin səviyyəsini tarazlayır. Ürəkbulanmadan əziyyət çəkən hamilələrə də yaxşı təsir edir. Orqanizmdə sözügedən vitaminin çatışmazlığı qan azlığı ilə nəticələnir.
Taxıllar, avokado, banan, ət, lobya, balıq, yulaf, fındıq, tum və quru meyvələrin tərkibində B6 vitamini var.
B7 VİTAMİNİ
Biotin kimi da tanınan B7 vitamini hüceyrə yenilənməsi və yağ turşusunun sintezi üçün lazımdır. Tər vəzilərinə, saçlara və dərinin vəziyyətinə nəzarət edir. Saç uzanmasına kömək edir, dırnaqları qidalandırır. Sümük inkişafı və sümük iliyi üçün əhəmiyyətlidir, xolesterin səviyyəsini tarazlaşdırır.
B7 vitamini balıq, kartof, badam, yerkökü, banan, yemiş, sarı rəngli meyvələr, tərəvəzlər, mərci, bolqar bibəri, yumurta sarısı, soya lobyası, yulaf, süd məhsulları və fındıqda olur.
B9 VİTAMİNİ
Fol turşusu da deyilən B9 vitamini infarkt riskini azaldır. Yüksək təzyiq, depressiya, xərçəng və yaddaş zəifliyinə müsbət təsir edir. Bu vitamin zehni inkişaf, hamilələrdə dölün inkişafı üçün vacibdir. Tərəvəzlər, portağal suyu, qulançar, qarpız, qovun, çiyələk, paxla, lobya və yumurtanın tərkibində B9 vitamini var.
B12 VİTAMİNİ
Maddələr mübadiləsi və hüceyrə yenilənməsi prosesi üçün əhəmiyyətli olan B12 vitamini, ürək xəstəliklərinin, yaddaş zəifliyinin və qan azlığının qarşısını alır. Həmçinin depressiya əleyhinə, sinir sisteminin müalicəsində istifadə edilir. Süd məhsulları, yumurta, balıq, ət və taxıllar B12 ehtiva edən başlıca məhsullardır.
C VİTAMİNİ
Hüceyrələri yeniləyən, xərçəng və ürək xəstəlikləri riskini azaldan C vitamini, eyni zamanda qırmızı qan hüceyrələrinin yaranmasında mühüm rol oynayır.
Brokkoli, qreypfrut, kivi, portağal, bibər, kartof, çiyələk, kələm və pomidor C vitamini ilə zəngindir.
D VİTAMİNİ
D vitamininin əsas funksiyası sümükləri gücləndirməkdir. Skleroz, oynaq ağrıları və bir çox xərçəng növünün yaranma riskini azaldır. Menstruasiya dövründə simptomları azaldır. Gün ərzində 30 dəqiqə günəş işığında qalmaq orqanizmi ehtiyacı olduğu D vitaminini ilə təmin edir. Açıq dərili insanlar üçün 10-15 dəqiqə də kifayətdir. Yağlı balıq, süd məhsulları, ciyər, yumurtada da D vitamini var.
E VİTAMİNİ
E vitamini, sadəcə güclü antioksidant deyil, eyni zamanda immunitet sistemini gücləndirən, saç və dəriyə qulluq üçün də ən effektli vasitədir. E vitamini, qırışlar və digər yaşlanma əlamətləri ilə mübarizə aparmaqda böyük rol oynayır. Dəyərli E vitamini yağı orqanizmdəki sərbəst radikalların təsirini azaldır. Qocalma prosesini ləngidən E vitamini dəri xərçəngindən də qoruyur. Ürək xəstəlikləri, katarakt, yaddaş zəifliyi və bəzi xərçəng növlərinin qarşısını alır. Buğda toxumu, fındıq, badam, ispanaq, marqarin, qarğıdalı, balıq yağı, fıstıq əzməsi E vitamini ehtiva edən qidalardandır.
K VİTAMİNİ
Sümükləri gücləndirir, qanın laxtalanmasına kömək edir və ürək xəstəlikləri riskini azaldır. Tam taxıllı yeməklər, yaşıl yarpaqlı tərəvəzlər, soya lobyası yağı və balıq yağı K vitamini ehtiva edən başlıca qidalardır.

Xəbərlər     Baxılıb: 1512   Tarix: 09 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

turlar.az

kosmetoloq toy makiyajlari qadın geyimi qadin dunyasi.az xallarin menasi alin yazisi xanim qafarova masqalar kosmetika sağlamlığın sirleri azerbaycanli is adami amerikada gullelendi vetene aid atalar sozleri qiz adlari zehmet ve zinet