Qadınlarda intim gigiyenanın sirləri

Qadınlarda intim gigiyenanın sirləriİntim gigiyenaya riayət  - hər bir qadın sağlamlığının təminatıdır. Təəssüf ki, gözəl cinsin nümayəndələrinin əksəriyyətinin cinsi orqanlara düzgün baxım barədə kifayət qədər məlumatı yoxdur və bəzi xanımlar utancaqlıq səbəbindən bu incə mövzuda ginekoloqa müraciət etmirlər.
İNTİM GİGİYENA QAYDALARINA RİAYƏT ETMƏK NİYƏ VACİBDİR?
Qadın cinsi orqanlarında spesifik normal mikroflora mövcuddur. Bunlar uşaqlıq yolunda (vaginada) zəif turş mühit yaradan faydalı süd turşusu bakteriyalarıdır. İntim zonanın gigiyenasına düzgün riayət olunmaması, normal mikrofloranın pozulmasına səbəb olur. Nəticədə məhv olmuş normal mikrofloranın yerində zərərli göbələklərin (vaginal kandidoz xəstəliyi) və müxtəlif bakteriyaların (bakterial vaginoz, kolpit kimi xəstəliklər) inkişafı üçün imkan yaranır.
BƏS İNTİM GİGİYENANIN YERİNƏ YETİRİLMƏSİNDƏ ƏN GENİŞ YAYILMIŞ SƏHVLƏR HANSILARDIR?
Çox qəribədir ki, intim gigiyenada ən çox yayılan səhv intim zonanın həddən artıq gigiyenasıdır. Uşaqlıq yolunun nəmli və az miqdarda açıq rəngli, qoxusuz axıntının olması  normal haldır. Lakin bəzi xanımlar bu normal vəziyyətdən narahat olaraq, uşaqlıq yolunu qurutmağa çalışırlar və bunu "vaginal duş" vərdişi kimi qəbul edirlər, yəni suyun axınını uşaqlıq yoluna yönəldirlər. Bu qətiyyən tövsiyə olunmur!
İkinci geniş yayılmış səhv, intim sahələrin yuyulması üçün vasitələrin düzgün seçilməməsidir. Adi sabun və ya duş geli intim gigiyena üçün qəti qadağandır! Onların tərkibində uşaqlıq yolunun təbii zəif turş mühitini pozan və bununla da normal mikrofloranı məhv edən qələvi maddələr vardır.
Üçüncü səhv isə - daha kobud səhv olub, intim zonanın gigiyenasına heç fikir verməməkdir.
İNTİM GİGİYENANIN DÜZGÜN YERİNƏ YETİRİLMƏSİ ÜÇÜN MƏSLƏHƏTLƏR:
-intim sahə hər dəfə ayaqyoluna gediləndən sonra yuyulmalı və qurulanmalıdır. Əgər iş yerinizdə müvafiq şərait yoxdursa, heç olmasa gündə 1-2 dəfə yuyunmaq tövsiyə olunur;
-intim gigiyena üçün xüsusi gel istifadə edin, həkim-ginekoloqunuz sizə uyğun olan vasitə məsləhət verə bilər;
-çalışın intim sahələrin gigiyenası üçün nəm salfetlərdən istifadə etməyəsiz;
-alt paltarlarına diqqət yetirin: keyfiyyətsiz sintetik parçalar intim bölgələrin dərisinə zərər verməyə, allergik reaksiyalara, dərinin isinməsinə səbəb olur;
-duş qəbul edərkən suyun və yuyucu vasitələrin uşaqlıq yoluna düşməsinə imkan verməyin;
-gündəlik bezlərin daimi istifadəsi hər bir ginekoloqun mübarizə apardığı bir problemdir. Heç bir halda bütün gün ərzində bir gündəlik bez istifadə olunmamalıdır! Bunu etməklə, bakteriyaların inkişafı üçün ideal şərait yaradırsınız.
İntim zona üçün müxtəlif gigiyenik vasitələr vardır. Əziz xanımlar, diqqət edin ki, tərkibindəki komponentlər incə zonanın pH-nı pozmasın, normal mikrofloranı zədələməsin, göbələk və s. xəstəlik törədən mikrobların artmasına səbəb olmasın. Bəzi vasitələr vardır ki, istifadə olunduqdan sonra intim zonada quruluq, qaşınma və müxtəlif diskomfortlara səbəb olur. Məhz bu baxımdan hansı intim vasitədən istifadə edəcəyiniz haqda düzgün təlimatlanmaq üçün həkim-ginekoloqunuza müraciət edin.
Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.
Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr /news.milli.az

Xəbərlər     Baxılıb: 2266   Tarix: 16 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

qadin sayti yaz geyimleri 2026 geymler 2026 qonaq otaqi dizayni seks prosesi zeytun mürəbbəsi hamiləlik və analıq kosmetika qiz evi ucun bakire novruz bayramına aid hakışda qiz adlari azerbaycanli is adami amerikada gullelendi