Qamətinizə zərər vermədən hər gün yeyə biləcəyiniz YAĞLI QİDA

Qamətinizə zərər vermədən hər gün yeyə biləcəyiniz YAĞLI QİDAHər gün bir avokado yemək natrium qəbulunuzu azaltmağa və daha sağlam yağlar yeməyə kömək edə bilər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, avokado sağlam yağlar və antioksidantlarla zəngindir, lakin yüksək yağ və kalorili olduğuna görə bəziləri kilo almaq qorxusu ilə onlardan qaçırlar. Altı ay davam edən qarın piylənməsi olan 1008 nəfərin iştirak etdiyi təcrübə bu narahatlığın əsassız olduğunu göstərdi.
İştirakçılar iki qrupa bölünüb: bir qrup hər gün avokado yeyib, ikinci qrup isə bu meyvənin istehlakını ayda iki dənəyə qədər məhdudlaşdırıb. Rasionlarına bundan başqa heç bir məhdudiyyət qoyulmayıb. Birinci qrupa, həmçinin avokado əsaslı reseptlər verilib.
Altı ay avokado yeyəndən sonra subyektlərin pəhrizləri sağlam qidalanma vərdişlərinə daha uyğun oldu: onlar daha çox tərəvəz və sağlam yağlar yeməyə başladılar, həmçinin qeyri-sağlam yağların, şəkərin, natriumun və rafinə edilmiş taxılların miqdarını azaldıblar. Bununla belə, subyektlərin çəkisi əhəmiyyətli dərəcədə dəyişməyib. Bu o deməkdir ki, avokado istehlakı çəki və ya qarın yağını nə artırır, nə də azaldır.
Alimlər hesab edirlər ki, burgerə yüksək natriumlu ketçup əlavə etmək əvəzinə, insanlar təzə avokadoya üstünlük versələr, yaxşı olar. Yaxud da səhər yeməyi üçün bir qab rafinə edilmiş taxıl əvəzinə avokado püresini seçə bilərlər.
Nəticələr onu göstərir ki, hər gün avokado yemək sağlamlığınıza və ya bədən görünüşünüzə zərər vermir və pəhrizinizin keyfiyyətini artıra bilər. Alimlər avokado püresini sendviç üzərinə yaxmağı, özünü isə salat souslarına əlavə etməyi və şokoladlı desertlərin hazırlanmasında istifadə etməyi tövsiyə ediblər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1591   Tarix: 14 aprel 2024
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

hamilelikde qidalanma yay geyimləri 2026 sade makiyaj sekilleri gozlerin bezenmesi usaq saclarinin yigilmasi imam sadiq fantaziya kosmetika novruz bayramına aid hakışta google namiq qaraçuxurlu arxadan olmag qu quşu