Qamze illər sonra yeni layihədə yer alacaq
Türkiyəli aktrisa Qamze Özçelik "Əməliyyat Alesta" serialı ilə illər sonra ekrana qayıdır.
azxeber.com xəbər verir ki, onun TRT-nin iddialı "Əməliyyat Alesta" serialının aktyor heyətinə qatıldığı iddia edilib.
türkiyə Milli Müdafiə Nazirliyi və Dəniz Qüvvələri Komandanlığının dəstəyi ilə istehsal olunan və TRT-nin beynəlxalq rəqəmsal platforması Tabi üçün çəkilən "Əməliyyat Alesta" serialı təkcə kütləvi istehsalı ilə deyil, həm də güclü aktyor heyəti ilə diqqət çəkir.
Özçelik serialda Afrikada fəaliyyət göstərən türkiyəli mühəndis "Zeynəb"i canlandıracaq. Çəkilişlərin yaxın günlərdə başlaması planlaşdırılır.
Serialın rejissoru Yunus Ozan Korkut, ssenaristi Onur Böberdir. Rollarda Cem Bender, Onur Seyit Yaran, Fırat Çelik, Aslıhan Güner, Ersin Arıcı, Mehmet Bozdoğan, Meltem Akçöl, Aras Şenol, Feriha Eyüboğlu, Kayhan Açıkgöz kimi bir çox məşhur adlar yer alıb.
Aysel









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir