Qan dövranı sistemini təmizləmək mümkündürmü ?

Qan dövranı sistemini təmizləmək mümkündürmü ?Qanın və damarların təmizlənməsi son zamanlar dəbli mövzuya çevrilib. Hər kəs tutulan damarları açmaq, qan dövranını təmizlətməklə sağlamlıq barədə düşünür. Hətta bunun üçün bəzi üsullar, prosedurlar, dərmanlar, xalq təbabəti üsulları da təklif olunur.
Bəs görəsən ümumiyyətlə, insanın həyat mənbəyi olan qan dövranının təmizləmək nə qədər realdır.
Milli.Az medicina.az-a istinadə qan dövranı və damarların necə çirklənməsi və tutulmasını araşdırıb.
Pis xolesterin yığnaqları qan dövranına düşüb, əsas arteriyaları zamanla tıxayır. Onlar yağ topaları kimi damarların divarlarını kirəcləyir, bu zaman qan damarlarla gec hərəkət edir, qatılaşır, tromb yaranır, orqanlara az qan və oksigen çatır.
Çox hallarda tromb damarı tam tıxayaraq, beyin insultu və ürək infarktı yaradır.
Bəs nə etməli?
Əgər qanda pis xolesterin çoxdursa və artıq damar divarlarına yapışıbsa, onur ordan hansısa dərmanla, bitki ilə yuyub aparmaq olarmı?
Alimlər bildirir ki, damarları incə boru kimi təsəvvür etsək, əgər orda ateroskleroz tutulmaları, xolesterin topaları və tromb əmələ gəlibsə, onu borular necə fırça ilə təmizlənirsə, ancaq elə təmizləmək olar. Bu yol tibdə cərrahi yoldur. Onları heç nə ilə həll etmək olmaz.
Ona görə aterosklerozun qarşısını almaq üçün vaxtında xolesterini, lipid səviyyəsini nəzarətdə saxlayıb, təhlükəli həddə çatmağa imkan verməməkdir.
Bunun üçün bitkilərdən sarımsaq və zəncəfil, qanda lipoproteimləri aşağı dərəcəyə endirir. Lakin tibdə kliniki olaraq bu bitkilərdən və bunlardan ibarət preparatlardan söhbət belə getmir, yəni istifadə olunmur.
Ona görə də qanını zərərli xolesterindən təmizləmək istəyənlər onu qanda analizlə səviyyəsini yoxladıb, əgər yuxarıdırsa, 4-5 mmol/litrə endirmək üçün hələ ki, sarımsaq və zəncəfillə kifayətlənə bilərlər.
Bəs tibbi metodlar nədir?
Əgər damarlarda tromb varsa və vəziyyət kritikdirsə, pasiyent xəstəxanaya çatdırılıb, təcili əməliyyata alınır. Beyindədirsə invaziv radioloqlar damarı açır, ürəkdədirsə, kardiocərrahlar şuntlama və stendləmə aparır.
Ayaqlarda olan damar tutulması və trombları da fleboloqlar həll edir. Bunun üçün çoxlu yeni cərrahi metodlar var.
Ona görə bu həddə çatmaq istəmirsizsə, il ərzində qanda qlükoza, xolesterin, lipid səviyyəsindən analiz verib, təzyiqi nəzarətdə saxlayacaqsız. Bu problemlə məşğul olan həkim isə kardioloqdur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1902   Tarix: 26 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

sade makiyaj sekilleri geyim və ayaqqabılar toy gecesi tanınmış qadın simalar çolkalı saç modelleri saclarin yigilmasi yemisan faydasi kosmetika statuslar novruz bayrami hakisda atalar sozu hakiwda veten haqqinda atalar sozu