Qan xərçəngindən qurtulmağın yolları

Qan xərçəngindən qurtulmağın yollarıEl arasında "qan xərçəngi" kimi tanınan bədxassəli xəstəlik əslində bir deyil, bir neçə xəstəlikdir. Qan xərçəngi nadir onkoloji xəstəliklərdən biri sayılır.
Qan xərçənginin ən yayılmış forması leykozdur. Leykoz zamanı yeni qan hüceyrələrini istehsal edən sümük iliyi zədələnir. Əsas qanyaratma orqanı olan sümük iliyi sümüklərin daxilində yerləşir. Qan hüceyrələri (eritrositlər, leykositlər, trombositlər) müəyyən müddət ərzində yaşayır və öz funksiyalarını yerinə yetirir, daha sonra onlar ölür və yeniləri ilə əvəz olunur.
Qan xərçəngi zamanı sümük iliyində sona qədər yetişməmiş qan hüceyrələri (xərçəng hüceyrələri) inkişaf edir. Bu hüceyrələr qan axını ilə orqanizm boyu yayılır. Tam inkişaf etməmiş qan hüceyrələri öz funksiyalarını tam şəkildə yerinə yetirə bilmir ki, bu da müxtəlif pozulmaların inkişafına səbəb olur. Həmçinin bu hüceyrələr çox sürətlə bölünür, artır və nəticədə sağlam qan və sümük iliyi hüceyrələrini sıxışdıraraq onları əvəz edir.
Leykoz əsasən 3-4 yaşlarında olan uşaqlarda və yaşlı insanlarda (60 yaşdan sonra) inkişaf edir. Xəstəliyin səbəbi dəqiq məlum deyil. Belə hesab olunur ki, şüalanma, kanserogenlər (bəzi dərman preparatları, kimyəvi maddələr və s.), bəzi viruslar, irsiyyət qan xərçənginin inkişafına təkan verə bilər.
Leykoz tədricən inkişaf edir. Xəstəliyin başlanğıcından onun ilk əlamətlərinin meydana çıxmasına qədər təxminən 1,5-2 ay keçir.
Leykozun ilk simptomları:
- yorğunluq
- zəiflik
- iştahaızlıq
- hərarətin "səbəbsiz" artması.
Xəstəlik inkişaf etdikcə xəstənin ayaqlarında və onurğa sütununda ağrılar meydana çıxır, onun dərisi avazıyır, ağır qanaxmalar inkişaf edir, bədənində göyərmiş sahələr qeyd edilir, qaraciyər, dalaq və limfa düyünləri böyüyür.
Diaqnostika
Qanda hemoqlobin, eritrositlər, trombositlər azalır, EÇS (eritrositlərin çökmə sürəti) kəskin şəkildə artır. Qan analizi zamanı qanda tam yetişməmiş hüceyrələr (blastlar) aşkar edilir ki, onlar kəskin leykozun mütləq əlamətlərindən hesab olunur. Sağlam insanın qanında belə hüceyrələrə təsadüf edilmir. Bu halda diaqnozu dəqiqləşdirmək üçün sümük iliyinin punksiyasını etmək tələb olunur.
Müalicə
Leykoz xəstəliyinin müalicəsi xüsusi dərman preparatların köməyi ilə həyata keçirilir. Bəzi hallarda şüalanma istifadə olunur. Konservativ müalicə effektsiz olduğu halda sümük iliyi köçürülməsi əməliyyatına əl atırlar. Sümük iliyi köçürülməsi üçün donor (xəstə ilə bir çox parametrlərinə görə uyğun gələn sağlam şəxs) tələb olunur.
Bu əməliyyat donorun sağlamlığı üçün təhlükəsizdir. Xəstəyə uyğun gələn donoru adətən doğma qardaş və bacılar arasında axtarırlar. Bu nəticə vermədikdə ümumdünya məlumat bankına müraciət olunur.
Proqnoz
Uşaqlarda böyüklərlə müqayisədə bu xəstəlik daha yaxşı müalicə olunur və uşağın tam sağalması ilə nəticələnir. Böyüklərdə bu proses daha çətin gedir.

Mənbə:saglamolun.az

Xəbərlər     Baxılıb: 1820   Tarix: 18 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

qadin sayti aksessuarlar qadin dunyasi xallarin menasi saç hörükləri milli geyimlər gecəliklər kosmetika bakire usaq seirleri novruz haqistalari cinsi əlaqə balıq