Qanazlığı, qəbizlik, qarın ağrıları, yuxusuzluq, əsəbilik... Lyambliozun simptomları və müalicəsi

Qanazlığı, qəbizlik, qarın ağrıları, yuxusuzluq, əsəbilik... Lyambliozun simptomları və müalicəsiParazitar xəstəliklər arasında lyamblioz geniş yayılan və çətin müalicə olunan xəstəliklərdəndir.

Lyambliya ölçüsü 5-10 mkm olan birhüceyrəli ibtidaidir, vegetativ və sist formalarda olur.

Lyamblioz haqqında məlumat verən həkim-infeksionist Aynur Məmmədova AZƏRTAC-a verdiyi müsahibədə infeksiya mənbələrini və xəstəliyin kliniki əlamətləri haqqında deyib: "Lyamblioz su, qida məhsulları və məişət-təmas yolu ilə yayılır. Uşaqlar arasında yoluxma əsasən çirklənmiş oyuncaqlar, məişət əşyaları və yataq dəstləri vasitəsilə baş verir. Meyvə-tərəvəz vasitəsilə də lyambliozların yayılması mümkündür, bəzi həşəratların, xüsusən də milçək və tarakanların ayaq və bağırsaqlarında lyambliya sistlərinin aşkar olunması xəstəliyin onlar tərəfindən yayılma ehtimalını da istisna etmir.

Əsasən klinik əlamətlərsiz davam edən lyamblioz zamanı yalnız 10-12 faiz xəstələrdə simptomatikaya rast gəlmək olur. Klinik əlamətlər yoluxmadan 15-20 gün sonra müşahidə edilir, 1-2 gün davam edərək yarımkəskin, sonra isə xroniki formaya keçərək mütəmadi kəskinləşmələrə səbəb olur. İlkin əlamətlərə ürəkbulanma, bəzən qusma, bağırsaqlarda köp, epiqastral nahiyədə tutma şəkilli ağrılar və nəcis ifrazının pozulması aiddir. Bəzi hallarda xəstələrdə üzdə və bədəndə allergik səpgilər, dəridə qaşınma, ağır hallarda isə yuxarı tənəffüs yollarının xəstəlikləri olanda bronxial astma tutmalarına bənzər tutmalar müşahidə edilir.

Uşaqlarda lyamblioz əsasən nevroloji simptomlarla özünü büruzə verir, xəstəliyə yoluxan uşaqlar adətən çox inadkar, əsəbi olur və gecələr pis yatırlar. Həmin əlamətlərlə yanaşı uşaqlarda mədə-bağırsaq pozulması halları da müşahidə olunur. Qəbizlik, anemiya, kolit, mədə və onikibarmaq bağırsaq iltihabının səbəblərindən biri məhz lyamblioz ola bilər".

Həkim-infeksionist deyib: "Lyambliyalar əsasən nazik bağırsaq xovlarında yerləşərək həzm və sorulma proseslərini pozur və disbakteriozun əmələ gəlməsi ilə nəticələnir. Lyamblioz fonunda formalaşan disbakterioz zamanı bağırsaqlardan yağ, vitamin, karbohidrat və zülalların sorulmasında pozulma baş verməsi orqanizmin immun sisteminin aşağı düşməsi, yanaşı gedən xəstəliklərin kəskinləşməsi və ikincili infeksiyaların inkişaf etməsinə səbəb olur.

Xəstəliyin diaqnozu yalnız nəcis və onikibarmaq bağırsaq möhtəviyyatının müayinəsinə əsasən qoyulur, yəni nəcisdə lyambliya sistlərinin aşkar edilməsi diaqnozu təsdiqləyir. Nəcis və bağırsaq möhtəviyyatı götürüləndən sonra 15-20 dəqiqəyədək müayinə edilməlidir, əks halda lyambliya sistlərinin məhv olması nəticəsində onu aşkar etmək qeyri-mümkündür.

Ən səmərəli müalicə üsulu dərman preparatlarının tətbiqidir. Onları təyin edərkən dərmanın əlavə təsirləri, xəstənin yaşı, çəkisi və yanaşı gedən xəstəliklər mütləq nəzərə alınmalıdır. Bununla yanaşı kompleks müalicədə antiparazitar və ödqovucu təsirli bitki yığıntılarından da istifadə olunur.

Lyambliozun profilaktikasında əsas məsələ şəxsi gigiyena qaydalarına riayət etməkdən ibarətdir. Uşaq bağçaları, məktəblər və evlərdə mikrobioloji cəhətdən təmiz sudan istifadə edilməlidir. Yaxşı yuyulmamış meyvə-tərəvəz və çirkli əllər lyamblioza yoluxmaya səbəb olur. Əvvəlcə lyamblioza dəqiq diaqnoz qoyan elmi mərkəzlərə müraciət etmək və diaqnozun dəqiqliyinə əmin olandan sonra müalicəyə başlamaq və onu uzunmüddətli olmayan kurslar şəklində aparmaq lazımdır".

Xəbərlər     Baxılıb: 1893   Tarix: 13 yanvar 2019
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

kosmetik vasiteler yemek reseptleri qadın geyimi masaj faydalı qidalar saç düzümləri qırmızı xalça kosmetika veten haqqinda bayati faydalı bilgilər porno oxatan statuslar