Qanda hemoqlobini artırmaq üçün bunları yeyin
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.
"Hemoqlobin çatışmazlığı ilə mübarizədə qırmızı ət (mal və ya quzu), ət məhsulları, eləcə də C vitaminilə zəngin mərcangilə, duzlu kələm, kivi, brokoli bizə yardımçı ola bilər. Belə ki, bu məhsullar orqanizmə dəmiri mənimsəməyə kömək edir", - deyə həkim bildirib.
Mütəxəssis əlavə edib ki, aşağı hemoqlobin orqanizmi tam zəifliyə aparır, qalxanabənzər vəz, qadın reproduktiv sistemində problemlər, qaraciyər funksiyasının pozulması və detoksifikasiyaya səbəb olur.
Onun sözlərinə görə, hemoqlobin aşağı olduqda səhərlər qalxmağa güc və enerji qalmayacaq, saçlar tökülməyə başlayacaq, dırnaqlarsa qırılacaq. Həmçinin aşağı qan təzyiqi və sürətli nəbz müşahidə ediləcək, dodaqların kənarları boyunca çatlar əmələ gələcək.
Milli.Az /news.milli.az









Hakışta
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Güllünü öldürən doğma qızına bu cəza verildi
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
Necla Uyqur vəfat etdi
Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil
Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Rihanna övladları ilə - Fotolar
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu