Qanı duruldan təbii vasitələr

Qanı duruldan təbii vasitələrQanın tərkibi, qatılığı və s. göstəriciləri insanın sağlamlığana böyük təsir edir.
Bəzən müxtəlif səbəblərə görə (düzgün olmayan qidalanma, susuzlaşma, travmalar, bəzi qara ciyər, qan xəstəlikləri və s.) qanın qatılığı normal göstəricilərdən artıq olur. Bu təhlükəli haldır. Qatı qan ürək üçün ziyanlıdır, damarlarda trombların əmələ gəlməsinin riskini artırır, infarkt, insult, varikoz xəstəliyi, tromboflebit kimi xəstəliklərin inkişafına təkan verə bilər.
Qanın qatılığının artması özünü bu kimi simptomlarla büruzə verə bilər: tez-tez təkrarlanan baş ağrıları, "səbəbsiz" yorğunluq, yaddaşın pisləşməsi, yuxululuq.
Bəzən isə bu heç bir əlamətlə ifadə olunmur və yalnız qan analizi zamanı aşkar olunur.
Pozulmanın səbəbindən asılı olaraq həkim xəstəyə müalicə təyin edir. Müalicədən əlavə bəzi qanı durulaşdıran xalq təbabəti üsullarından da istifadə etmək olar.
Bu vasitələrin arasında:
- 1 çay qaşığı çobanyastığı və  1 çay qaşığı dazı otu 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir və süzülür. Dəmləməni gün ərzində içmək lazımdır. Qəbul etdikdən əvvəl dəmləməyə bal və limon əlavə etmək lazımdır.
- Adaçayı da qanı duruldur. 1 xörək qaşığı adaçayı 1 stəkan qaynar suda dəmləyin və gün ərzində için.
- Portağal şirəsi çox yaxşı qan duruldan vasitədir. Hər gün 100-150 ml portağal şirəsini için.
- Moruq (təzə moruq, moruq kompotu, mürəbbəsi və s.) qanı çox yaxşı duruldur.
- Sarımsaq qanı çox yaxşı təmizləyir və duruldur. Sarımsaqdan bu kimi effektli təbii dərman hazırlamaq olar: 250 qr sarımsaq blenderdə əzilir, üzərinə 1 stəkan duru bal əlavə olunur, yaxşı qarışdırılır və 1 həftə ərzində sərin qaranlıq yerdə saxlanılır (soyuducuda yox!). Daha sonra dərmanı səhər yeməkdən 20 dəqiqə əvvəl 1 xörək qaşığı olmaqla qəbul etmək lazımdır.
- Zəncəfil və darçın qanın tərkibinə çox müsbət təsir edir, qanı duruldur. 4-5 sm uzunluğunda təzə zəncəfil kökü blenderdə xırdalanır, 1 çay qaşığı yaşıl çay və 1 cimdik darçın əlavə olunur və üzərinə 1/2 l qaynar su tökülür. Çay 1 saat ərzində termosda dəmlənilir, sonra süzülür, 1/2 limonun şirəsi və 1 xörək qaşığı bal əlavə olunur və gün ərzində çay kimi içilir.
- Şabalıd və xüsusilə onun qabıqları çox təsirli vasitədir. 50 qr şabalıd qabıqların üzərinə  1/2 l araq əlavə olunur və 2 həftə ərzində qaranlıq yerdə saxlanılır. Daha sonra məhlul yaxşı süzülür. Alınmış dərmanın 30 damcısını hər gün yeməkdən əvvəl 1/4 stəkan təmiz suya əlavə edin və için. Müalicə kursu - 3 həftə.
İstənilən bitki və digər təbii müalicəvi vasitələrindən istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1402   Tarix: 23 oktyabr 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

adlarin menasi toy gecesi hamiləlik xinayaxdi ucun sozler sifahi xalq edebiyyati stresin elametleri qadinlarda soyuqdeyme kosmetika buga burcu hamilelik novruz hakistalari 8 mart novruz bayramına aid