Qanköçürmənin bilmədikləriniz tərəfləri - CƏDVƏL

Qanköçürmənin bilmədikləriniz tərəfləri - CƏDVƏLQanköçürmənin və onun əsaslarının kəşfi tibdə ən mühüm kəşflərdən biri sayılır.
Bir çox ağır vəziyyətlərdə (travma, qanaxma, cərrahi əməliyyat, bəzi qan xəstəlikləri, ağır anemiya və s.) məhz qanköçürmə insanın həyatını xilas edir. Tibdə bu prosedura "hemotransfuziya" adlandırılır.
1667-ci ildə fransız kralı XIV Lüdovikin şəxsi həkimi Jan-Batist Deni ilk dəfə insana quzu qanı köçürdüb. Resepiyent (qan alan) sağ qalıb. Bu uğurdan sonra həkimin bir neçə pasiyenti qan köçürülməsi nəticəsində həlak olub və həkim hətta "qatil" kimi məhkəmə qarşısında durub. Xoşbəxtlikdən, həkim bəraət qazanıb, lakin sonra həkimlikdən imtina edib.
Uzun illər ərzində qanköçürmə ilə bağlı olan təcrübələr davam edirdi. Onlardan bəziləri yaxşı, digərləri isə pis nəticələnir və xəstə həlak olurdu. Bunun səbəbi yalnız 1901-ci ildə aşkar olundu. Vyana həkimi Landşteyner aşkar edib ki, bütün insanların qanı eyni deyil, müəyyən maddələrin olub-olmaması ilə fərqlənir. Beləliklə, qan 4 qrupa bölünüb (I(0), II (A), III(B), IV(AB)) və qan qrupların bir biri ilə uyğunluğu araşdırılıb (hansı qan qrupu hansı qan qrupuna köçürülə bilər). Belə ki, I-ci qrupuna aid olan insanlar ideal donordılar (qan verən insan) - onların qanı bütün digər qruplara köçürülə bilər. IV-cü qrup isə ideal resepiyentdir (qan alan insan) - ona istənilən qan qrupu köçürülə bilər. Qan qrupların uyğunluğu cədvldə göstərilib.
b_520_0_16777215_0___images_stories_UREKDAMAR_qanqrupu.jpeg
Lakin qan qrupların kəşf olunması bütün problemləri həll etmədi - bəzən hətta uyğun qan qrupun köçürülməsi resepiyent üçün ölümlə nəticələnirdi. Yalnız 1940-cı ildə rezu-faktorun kəşfi bu problemdə nöqtə qoydu. Qanköçürmə zamanı tək qan qrupu deyil, rezus faktor (müsbət və ya mənfi ola bilər) nəzərə alınmalıdır.
Müasir tibdə qan adətən köçürülmür - qanın komponentləri (eritrositlər və ya leykositlər kütləsi, qan plazması, trombositlər) köçürülür.
Hemotransfuziya riskli prosedura sayılır ki, onun nəticəsində resepiyentdə həyati vacib proseslərin ağır pozulmaları mümkündür. Bu səbəbdən hemotransfuziya yalnız bu prosedurasız insanın həyatını xilas etmək mümkün olmadıqda tətbiq edilir.
Bəzən böyük qan itkisi ilə bağlı olan cərrahi əməliyyatlardan əvvəl xəstənin öz qanı götürülür və saxlanılır ki, lazım olduqda istifadə olunsun.
İdmançılar da bu üsuldan istifadə edir. Buna "qan dopingi" deyilir. Bu prosedurdan sonra idmançının əzələləri daha yaxşı işləməyə başlayır.
Qanköçürmədən əvvəl pasiyent müayinə olunur, hemotransfuziya üçün əks-göstərişlərin olub-olmaması təyin olunur, qan qrupu və rezus-faktor yoxlanılır, donorun və resepiyentin qanının uyğunluğu təyin olunur, xüsusi testlər aparılır. Daha sonra bioloji sınaq aparılır - xəstəyə 25-30 ml qan köçürülür və həkimlər xəstəyə nəzarət edir. Məsələ burasındadır ki, hətta tam uyğun qanın köçürülməsi ağırlaşmaların inkişafına səbəb ola bilər. Əgər xəstə özünü yaxşı hiss edirsə (nəfəsalmanın və nəbzin artması, üzün qızarması, narahatçılıq və s. yoxdur) qan köçürülür.
Uyğun olmayan qanın köçürülməsi nəticəsində orqanizmin bütün sistemlərində ağır pozulmalar yaranır ki, insan tez bir zamanda həlak ola bilər.
Müasir tibb aləmində uzun illərdir ki, süni qanın yaratması üzərində elmi işlər aparılır və müəyyən uğurlar əldə olunub.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 11890   Tarix: 31 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yay gələn kimi ağcaqanad dərdi də gəlir

Yay aylarında ağcaqanadların olması insanları narahat edir. Xüsusilə, allergiyası olan insanlar bu kimi həşəratların onları dişləməsindən narahatdır. . Çünki  bəzi heyvanlar insan üçün təhlükəlidir və ölümə səbəb olur. 

.

Saqqal saxlayan kişilər bunları bilməlidirlər

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, kişilərin saqqalı bəzi hallarda itlərin tüklərindən belə çox mikrob daşıya bilər. xəbər verir ki, mikrobioloqların apardığı araşdırmalara əsasən, saqqal bölgəsində yüksək rütubə

.

Alimlər yırtıcıların ölümcül virusları yarasalardan insanlara necə ötürdüyünü aşkar etdi

Uqandanın Kraliça Elizabet milli parkında yerləşən bir mağarada, alimlər uzun müddət ərzində Misir meyvəyarasalarının koloniyasını müşahidə ediblər. Onlar müəyyən ediblər ki, müxtəlif yırtıcı heyvan növləri bu mağarada birbaş

.

Belin ağrıyır? - Alimlər deyir ki, gəzən adamlar

Norveç alimləri gündəlik uzun gəzinti ilə bütün dünyada yayılmış xroniki bel ağrısının qarşısının alınması arasında birbaşa əlaqəni aşkar edən kohort təhlili aparıblar. xəbər verir ki, bu barədə "Nnaked- " məluma

.

Bu qidaları yeyin, təzyiq probleminiz olmayacaq

Yüksək qan təzyiqini nəzarətdə saxlamaq üçün illərdir duz istehlakını azaltmaq məsləhət görülür. Lakin Kanadada aparılan yeni araşdırma bu yanaşmanın təkbaşına kifayət etmədiyini ortaya çıxarıb. xəbər verir ki, Vaterloo Universitetində

.

100 il yaşaya bilmək üçün yuxu rejimimiz necə olmalıdır?

100 il yaşamaq istəyən bir insan üçün yuxu rejimi, uzunömürlülüyü təmin edən əsas amillərdən biridir. Alimlərin araşdırmalarına və "mavi zonalar"da (dünyada uzunömürlülüyün yüksək olduğu bölgələr) aparılan müşahidələr

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Alkoqol istəyini əngəlləyən beyin hüceyrələri tapıldı

Massaçusets Universiteti T. H. Chan Tibb Məktəbinin alimləri kəşf ediblər ki, milyardlarla beyin hüceyrəsindən 500-ə yaxın neyron siçanlarda alkoqol istəyini idarə etməkdən məsuldur. . xəbər verir ki, bu barədə "Natur

.

Hər gün badam yemək olarmı?

Badam vitaminlər, minerallar, antioksidantlar, lif və faydalı yağlarla zəngin olan çox faydalı bir qida məhsuludur. -ın xarici mediaya istinadla xəbərinə görə, o, həm dərinin, həm də sümüklərin sağlamlığı üçün əhəmiyyətlidir

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az kosmetika mehsullari makiyaj etmek qaydalari gelinlikler ureyin isemik xestelikleri ləkə üçün maskalar uzum sirkesinin hazırlanması qaydasi ayaq sismesi novruz bayrami hakisda hamilelik qiz burcu xanim az seksi