"Qanuni oğru"ların ARVAD DAVASI: Lənkəranskinin düşmənlərinin ÖLÜM-DİRİM SAVAŞ

"Qanuni oğru"ların ARVAD DAVASI: Lənkəranskinin düşmənlərinin ÖLÜM-DİRİM SAVAŞRusiyada yeraltı dünyanın gizlinləri yenidən yerin üstünə çıxıb. Nüfuzlu restoran olan "Elements"in sahibəsi Janna Kim və onun vəkili Eduard Budantsevin çox etibarlı dayağının olduğu aşkarlanıb.

Janna və Eduardın dizayner Fatima Misikova ilə münaqişəsinin həlli üçün qazax biznemeni Kenes Rakişev və özbək əsilli oliqarx İskəndər Mahmudov şəxsən "arvad davası"na qarışmalı olubmuş. Düzü, Fatima da arxasız deyil. Onu nüfuzlu qanuni oğru Şakro Molodoy ləqəbli Zəkəriyyə Kalaşov himayə edir.

Yeri gəlmişkən, Çeçenistan rəhbəri Ramzan Kadırov öz instaqram səhifəsində Rakişevi dostu və xalqının "knyaz"ı adlandırmışdı. "Yağmur" telekanalının (Дождь) verdiyi məlumata görə, adıçəkilən restorana "Knyaz" sponsorluq edir. 2015-ci ilin dekabrın 14-də restorana Fatima Misikovanın adamları gəlib borcu tələb edəndə Janna öz hamisinə bu barədə xəbər veribmiş.

Məsələnin münaqişə həddinə çatması belə olub: uzun illər Londonda yaşamış Janna Kim "Elements" restoranının dizaynı üçün Fatima Misikovanı dəvət edib. Amma Fatimanın işi Jannanın xoşuna gəlmədiyi üçün ona gördüyü işin pulunu tam ödəmir. Bununla yanaşı ödənilən məbləğ də az deyildi - 600 min avro! Fatima isə bu məbləğlə razılaşmır, öz himayədarı Şakro Molodoydan kömək istəyir. Hər iki mafiozun adamları 14 dekabrda restoranın qabağında görüşürlər. Lakin qoçların başı qazana sığmadığı üçün əvvəlcə əlbəyaxa dava, sonra da atışma olur ki, nəticədə iki nəfər həlak olur, yeddi nəfər yaralanır.

Eduard Budantsevi də Rakişev özü yollayıb ki, münaqişəni həll etsin. Tanınmış vəkil milyarder İskəndər Mahmudovun adamıdır. Amma Budantsev məsələni həll etmək yerinə özü həbs olunanda Rakişev məsələni pul vasitəsilə nizama salmağa çalışıb. Xüsusilə də Şakro Molodoyun adamı olan "italyan" ləqəbli mühafizəçi Andrey Koçuykovun tərəflərarası münaqişədə ölməsilə onun ailəsinə pul təklif edib.

Xatırladaq ki, münaqişə zamanı baş vermiş atışma ilə əlaqədar saxlanılanlar arasında üç hüquq-mühafizə orqanı əməkdaşı da var. Onlar: Mütəşəkkil Cinayət Axtarışları İdarəsinin rəis əvəzi Denis Romaşkin, əməliyyatçı İldar Şakirov və sahə müvəkkili Rinat Zinnetulindir. Bu əməkdaşlar vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar, on ilə qədər cəza ala bilərlər. Zinnetulin təqsirini boynuna alsa da digər ittiham olunanlar özlərini günahsız sayırlar.

Restoranın sahibəsi isə aprelin 11-də baş tutmuş məhkəmədə dəymiş zərərə görə 1,5 milyon dollar təzminat istəyir.

Eduard Budantsev isə Şakro Molodoyun atışmada iştirak edən iki adamının ölümündə təqsirləndirilir.

Xatırladaq ki, Şakro Molodoy Ded Xasan ləqəbli Aslan Usoyanın ölümündən sonra Rusiyada üç ən nüfuzlu avtoritetlərdən sayılır. O, həmçinin azərbaycanlı avtoritet mərhum Rövşən Lənkəranskinin əsas düşmənlərindən olub./Publika.az

Xəbərlər     Baxılıb: 1723   Tarix: 03 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

Antioksidantlarla zəngin olan sumaq bədəndəki iltihabı azaltmaq qabiliyyəti ilə tanınır. Bu xüsusiyyəti onu sadəcə dadlandırıcı deyil, həm də profilaktik vasitəyə çevirir.  xəbər verir ki, sumaq suyu şişkinlik və həzmsizli

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

turlar.az

sac duzumleri kosmetika mehsullari hamiləlik 8 mart tebrikleri balqabaq yagi kişi sonsuzluğu zebra keksi kosmetika novruz bayramına aid hakışda olumu atalar sozu nizami gəncəvi hekaye janri