Qara çay koronavirusu təsirsiz hala gətirir
Corciya Universitetinin alimləri müəyyən ediblər ki, süd və şəkərsiz çay tüpürcəkdə "SARS-CoV-2"ni təsirsiz hala sala bilər ki, bu da virusun aşağı tənəffüs sisteminə daxil olmasına qismən mane olur.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri Food and Environmental Virology (FEV) jurnalında dərc olunub.
ABŞ alimlərinin tədqiqatının məqsədi beş növ çayın (yaşıl, qara, moruq, evkalipt və nanə) antibakterial və antiviral xüsusiyyətlərini öyrənmək olub.
Tədqiqatçılar süd və şəkər əlavə edilmədən fincanlara hər növdən paket çay tökərək dəmləyiblər. On dəqiqədən sonra sınaq borularındakı koronavirusa yoluxmuş insanların tüpürcək nümunələri fincanlara əlavə edilib.
Təcrübənin nəticələri göstərib ki, bütün beş növ çay tüpürcək nümunələrində 10 saniyə qaldıqda virusun aktivliyi ən azı 96% azalıb. Qara çay ən aydın antiviral xüsusiyyətlərə malik olub. O, "SARS-CoV-2"ni 99,9% zərərsizləşdirib.
Alimlər qeyd ediblər ki, virus əvvəlcə ağızda çoxalır və ağciyərlərə çatmazdan əvvəl orofarenksdən keçir. Lakin, onun ağızda inaktivasiyası aşağı tənəffüs sisteminə nüfuz etmənin qarşısını ala bilər.
Tədqiqatçıların fikrincə, çay antibakterial və antiviral təsirini tərkibindəki polifenollara, xüsusi bitki birləşmələrinə borcludur.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu