Qara Qarayev zirvəsi

Qara Qarayev zirvəsiQ.Qarayevin adı Azərbaycan xalqı üçün daimi və əzizdir. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada hər bir kəs bu dahi sənətkarın musiqi dühasının sehrinə düşməsin, onun "Yeddi gözəl", "İldırımlı yollarla" baletlərindən, "Leyli və Məcnun" simfonik poemasından xəbərsiz olsun. Q.Qarayev öz əsərləri ilə daim sevilən və insanı düşündürən sənətkardır, çünki o, həmişə doğma torpaqdan qüdrət almış, muğam, aşıq musiqisi, xalq nəğmələri kimi milli musiqimizin saf çeşməsindən su içmişdir.
Eyni zamanda Q.Qarayev bəşəri hörmət qazanmış sənətkardır. Çünki sənət yolunda yeni cığırlar açaraq, yalnız özünəməxsus üslub yaratmış bəstəkar təkcə öz xalqının deyil, həm də dünya musiqi tarixinin bütün dövrlərinin nailiyyətlərini mənimsəmiş, dünya musiqi mədəniyyəti xəzinəsini misilsiz əsərləri ilə zənginləşdirmişdir.
Qudrətli bəstəkarın irsi son dərəcə geniş və zəngindir. Bunu onun müraciət etdiyi müxtəlif janr və rəngarəng mövzularda görmək olar. Demək olar ki, Q.Qarayev bütün janrlarda eyni coşqunluqla çalışmış, novatorluğu və bədii cəhətdən yüksək səviyyəsi ilə fərqlənən yeni əsərlər yaratmışdır. Bəstəkarın geniş şöhrət qazanmış və musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuş baletləri, simfonik poeması, simfoniyaları, kamera-instrumental əsərləri, kinofilm və teatr tamaşalarına yazılmış musiqisi bunu bir daha təsdiq edir.
Qeyd etdiyimiz kimi, bəstəkarın yaradıcılığı mövzu cəhətdən də çox zəngin və rəngarəng olmuşdur. Onu ən müxtəlif dövrün şair və yazıçılarının yaradıcılığı, xalq əfsanələri cəlb edirdi. Bura N.Gəncəvi, V.Şekspir, A.Puşkin, İ.Servantes, Ö.Xəyyam kimi dahi korifeylərin adları daxildir. İstər klassik Şərq, istər müasir məişət və istərsə də bir sıra dünya xalqlarının mövzularından bəstəkar eyni ilhamla və məharətlə istifadə edərək onları özünün təkrarolunmaz musiqisi ilə ölməzlik zirvəsinə qaldırmışdır.
Q.Qarayevin ən vacib mövzulara, kəskin həyati konfliktlərə həsr olunan yüksək idealları, insan mənəviyyatının zənginliyini və gözəlliyini tərənnüm edən baletləri həqiqi insanpərvərlik ruhu ilə doludur. İncə, lirik hisslərlə yazıb-yaradan sənətkar heyranedici ustalıqla öz qəhrəmanlarının daxili aləminə nüfuz edir. Bəstəkarın baletləri Azərbaycan balet sənətinin inkişafında əhəmiyyətli və keyfiyyət etibarı ilə yeni bir mərhələ sayılır. Sənətkar öz əsərlərində rəqslərin əyləndirici ünsürlərə malik olması təsəvvürlərinə tamamilə üstün gəlmiş, realist musiqili — xoreoqrafik dram yaratmışdır.
Q.Qarayevin "Yeddi gözəl" baletində klassik irsə müraciət edilmişdir. O, keçmiş və qədim bir əfsanə vasitəsi ilə öz xalqının gözəl mənəvi xüsusiyyətlərini və azad surətdə sevib-sevilmək arzularını tərənnüm etmişsə, "İldırımlı yollarla" baletində müasir dövrün olduqca mühüm bir mövzüsunu- irqi ayrı-seçkilik və müstəmləkə xalqlarının azadlıq uğrunda mübarizə mövzusunu təcəssüm etdirmişdir.
Bəstəkarın musiqili səhnə əsərləri içərisində onun C.Hacıyevlə birlikdə yazdığı və milli opera sənətini zənginləşdirən "Vətən" operasını da xüsusi qeyd etmək lazımdır. Böyük vətənpərvərlik ruhu ilə yazılmış "Vətən" operası öz ideyası ilə bu günlərlə səsləşərək, vətənpərvərliyi tərənnüm edir, Azərbaycan gənclərinə vətənə böyük sədaqət hisslərini aşılayır. Heç təsadüfi deyil ki, 28 yaşlı sənətkar bu operaya görə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.
Azərbaycan simfonik və kamera-instrumental musiqisinin inkişafında ən mühüm səhifələrdən biri Q.Qarayevin adı ilə bağlıdır. Onun bu janrda yazdığı əsərləri bütün dünyanı gəzərək ən müxtəlif ölkələrin simfonik orkestrləri tərəfindən ifa olunur. İllər boyu simfonik musiqinin müxtəlif janrları üzərində işləyən Q.Qarayev mühüm yaradıcılıq prinsiplərinə daim sadiq qalmışdır. Bəstəkar, simfoniya, poema və süitalarında muğamlardan, xalq mahnı və rəqslərindən, aşıq yaradıcılığından ustalıqla yararlanmışdır. Bununla yanaşı, rus, türk, ispan və başqa xalqların musiqisnin bir sıra xüsusiyyətlərindən istifadə etmişdir.
Q.Qarayevin yaradıcılığında onun istedadını eyni dərəcədə parlaq və maraqlı sürətdə xarakterizə edən daha bir musiqi sahəsi vardır. Bu, kamera-instrumental musiqidir. Azərbaycan musiqisi üçun bu sahə olduqca yeni idi. Məhz buna görədir ki, Q.Qarayevin instrumental-kamera əsərləri xüsusi ilə diqqətəlayiqdir.Gənc bəstəkarın Puşkin şeirinin gözəlliyinə valeh olduğu və "Tsarskoye selo" heykəlinin — sındırdığı su qabına kədərlə əyilmiş qızın poetik obrazını musiqi vasitəsi ilə əks etdirdiyi vaxtdan uzun illər keçsə də, fortepiano üçün yazılmış əsər bu vaxta qədər radio verilişlərində və konsertlərdə səslənir.
Bəstəkarın bütün yaradıcılığı boyu müraciət etdiyi və yalnız doğma xalqının poetik folklorunu deyil, həmçinin digər xalqların da lirik şeirlərini əhatə etdiyi vokal əsərləri onun yaradıcılıq qüdrəti və əzəmətini çox gözəl təcəssüm etdirir. Bəstəkarın romansları, mahnıları bu janrda yazılmış ən gözəl sənət nümunələridir.
Kinonu öz xarakteri etibarı ilə "böyük müasir bəstəkarlıq məktəbi" adlandıran Q.Qarayev, kino musiqisi üzərində də çox məhsuldar işləmiş, klassikaya çevrilən əsl sənətkarlıq nümunələri yaratmışdır. "Leyli və Məcnun", "Tarixin ibrət dərsi", "Uzaq sahillərdə", "Bir məhəlləli iki oğlan" və s. kinofilmlərə, "Nikbin faciə", V.Şekspirin "Antonio və Kleopatra" dram tamaşalarına yazdığı musiqi onun yaradıcılığının parlaq səhifələrini təşkil edir.
Q.Qarayev istedadlı publisist kimi özünün musiqi-estetik görüşlərini də son dərəcə inandırıcı və sadə şəkildə ifadə edib. Müasir bəstəkarlıq yaradıcılığı üslubundakı tipik və xarakterik cəhətləri elmi dəlillərə əsaslanır. Bəstəkarın tutarlı fikirləri və uzaqgörənliyi, həmçinin Azərbaycan musiqisinə həsr olunmuş məruzə və məqalələrində də öz əksini tapmışdır.
Q.Qarayev yaradıcı kadrların tərbiyəsinə böyük əmək sərf etmişdir. 1946-cı ildən etibarən Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfini aparan Q.Qarayev onlarca bəstəkar yetişdirmiş, bütöv bir musiqi-yaradıcılıq məktəbi yaratmışdır. Arif Məlikov,Vasif Adıgözəlov, Adil Bəbirov və başqaları onun ənənələrini davam etdirmişlər.
İllər keçəcək, qərinələr dolanacaq, dahi Azərbaycan bəstəkarı Q.Qarayev musiqisinin zəngin xəzinəsi insanların ilham mənbəyi olaraq qalacaqdır. Onun özünə qarşı sonsuz tələbkarlığından doğan və bizə qoyub getdiyi irs dərinliyi və zənginliyinə görə tükənməzdir. Bizdən sonra gələcək nəsillər bu tükənməz xəzinədə özləri üçün hər dəfə yeni-yeni tapıntılar kəşf edəcəklər.

Maraqlı     Baxılıb: 4132   Tarix: 03 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

"Böyük Qayıdış kimi tarixi prosesi gənclərə çatdırmaq müəllimlərin əsas vəzifəsidir - Hafiz Paşayev

Təhsilin keyfiyyət göstəricisi şagird və tələbədirsə, bu təhsilin təminatçısı müəllimdir. Müəllim adını qorumaq, yüksəltmək hər birimizin vəzifəsidir.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfi

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

turlar.az

toy makiyajlari qadin sayti qaşların formalari pəhriz diet dolma reseptleri qaymaqlı krem silikon dodaq kosmetika toy gecesi veten haqqinda bayati novruza aid hakisdalar nagillar salam