Mükəmməl olmağa çalışmaq psixoloji problemdir?

Mükəmməl olmağa çalışmaq psixoloji problemdir?"Bəzi insanlar həyatda hər şeyi mükəmməl etməyə çalışırlar". 
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 
O bildirib ki, belə şəxslər üçün səhv etmək, gecikmək, yorulmaq və ya bir işi natamam qoymaq sanki qəbahət sayılır:
"Lakin hər zaman mükəmməl olma arzusu sadəcə yüksək məsuliyyət hissindən deyil, daha dərindən gələn psixoloji səbəblərdən qaynaqlanır. Mükəmməllik ehtiyacı çox zaman uşaqlıqda formalaşır. 
Uşaq yalnız uğurlu olduqda, dərsində mükəmməl nəticələr göstərdikdə, itaətkar və "ağıllı" olduqda tərif və sevgi görürsə, zamanla belə bir inanc yaranır: "Sevilməyim üçün mükəmməl olmalıyam". Bu inanc insanın düşüncə sistemində kök salır və illərlə onunla birlikdə böyüyür".
Ekspertin sözlərinə görə, artıq yetkin yaşda bu insan özündən həddindən artıq gözləntilər qoyur:
"Hər şeyi qüsursuz etməyə çalışır, səhv edəndə özünü sərt tənqid edir, başqalarının rəylərinə qarşı çox həssas olur. Bir müddət sonra isə tükənir. Çünki mükəmməllik sonsuz bir yarışdır və heç vaxt dayanmaz.
Bu hal insanın gündəlik həyat keyfiyyətinə, münasibətlərinə, işinə, emosional sağlamlığına zərbə vurur. Həmişə "daha yaxşısı olmalı idi" düşüncəsi ilə yaşamaq insanı daim narahat və gərgin saxlayır".
Psixoloq vurğulayıb ki, əslində mükəmməlliyə deyil, yetərli olmağa ehtiyacımız var:
"Özümüzü sevgi və anlayışla qəbul etdikdə və səhvləri bir fürsət kimi gördükdə həyat daha yüngül olur. Çünki biz insanlar maşın deyil, ruhu olan, səhv edən və öyrənən varlıqlarıq. Daha dəqiq desək, mükəmməl olmaq məcburiyyətimiz yoxdur. Yetərli olmaq bəs edir.
Mükəmməliyyətçilik probleminin bir çox psixoloji nəticələri var. Belə ki, bu problem davamlı narahatlıq, daxili təzyiq, özünütənqid və dəyərsizlik hissi ilə özünü biruzə verir. Eyni zamanda, qərar verməyə gecikmə, ətrafdakılarla münasibətlərin soyuması, xroniki yorğunluq, emosional tükənmə və depressiya kimi simptomlarla da özünü göstərir". 
Zəhra Zahidova bundan xilas yollarından da danışıb:
"İlk növbədə özünü tanımaq lazımdır. Özümüzə "Mükəmməl olmaq istəyi mənə nə verir və nə alır?" sualını verməliyik. Həmçinin, səhvlərə qarşı münasibətimizi dəyişdirməliyik. Səhvin inkişafın bir hissəsi olduğunu qəbul etmək lazımdır. Bundan başqa, özümüzə şəfqətlə yanaşmalı, yaxşı olmaq üçün mükəmməl olmağa ehtiyacımızın olmadığını dərk etməliyik. 
Ümumiyyətlə, mükəmməl olmağa çalışan insanlar əslində daxildən "yetərli olmadıqlarına" inanırlar. Hesab edirəm ki, onların bunu dəyişmək üçün özlərini anlamağa, köhnə inanc və qorxularla üzləşməyə ehtiyacları var. Unutmayaq ki, mükəmməllik yox, "yetərlilik" bizi sakit və azad edir".
Milli.Az

Xəbərlər     Baxılıb: 1143   Tarix: 17 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

toy makiyajlari qadin sayti makiyaj instagram əqrəb bürcü uşaqları tərbiyə oxucu mektubu endokrin sistem kosmetika qoğalın nağlı xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır ariqla zəhmət novruz bayramı haxışta