Ölkəmizdə məktəblər bağlanır? – Xəbərdarlıq

Ölkəmizdə məktəblər bağlanır? – XəbərdarlıqÖlkədə qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Son məlumata görə, hazırda 284 xəstə var. Onlar arasında isə daha çox uşaqlar bu xəstəliyə yoluxub. Maraqlıdır, belə davam edəcəyi təqdirdə məktəblərdə karantin elan oluna bilərmi?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan təhsil məsələləri üzrə ekspert Elmin Nuri 2020-ci ildə dünyada pandemiya elan olunan zaman məktəblərin dərhal bağlanması ilə bağlı qərar qəbul edən ölkələr arasında Azərbaycanın 12-ci olduğunu xatırladıb.
Onun sözlərinə görə, xəstəlik sürətlə yayılmadan Azərbaycan lazımi addımlar atıb:
"Bu addım tədrisin keyfiyyətinə mənfi təsir etsə də, məktəblərdə bir çox fəsadın qarşısını almış oldu. Təəssüf ki, indi də qızılca xəstəliyi yayılıb. Bu xəstəliyin epidemik və ya pandemiya səviyyəsinə çatmasını heç kim istəməz. Düzü, pandemiya səviyyəsinə qalxması mümkün deyil, amma epidemiya səviyyəsində olacağını da arzu etmirik. Artıq 300-ə yaxın şəxs qızılcaya yoluxub, lakin bunun neçəsinin şagird olduğunu bilmirəm. Verilən qərara görə, orta və yaşlı əhali də peyvənd olunacaq".
E.Nuri deyib ki, gələn həftə yoluxanların sayı artarsa, o zaman təhsil müəssisələrində vacib qərar qəbul edilməlidir:
"Ən doğru qərar distant formanın tətbiqi ola bilər. Yəqin ki, dərslər hibrid formaya keçirilər. İndidən həyəcan təbili çalmaq lazımdır. Çünki bir nəfər eyni anda 10 nəfəri, 10 nəfər 100 nəfəri, 100 nəfər isə 1000 nəfəri yoluxdurma gücündədir. Əgər vəziyyət düzəlməsə və ciddi addımlar atılmasa, saylarda artım olarsa, mütləq hibrid tədrisi bərpa etməliyik.
Xatırlayırsınızsa, Bakı məktəblərində belə bir ənənə var idi ki, sinifdə bir nəfər şagird koronaya yoluxardısa, avtomatik həmin sinif otağı bağlanır, dərslər onlayn qaydada keçirilər, bir neçə uşaq yoluxardısa, artıq məktəbin özü iki həftəlik bağlanardı. Düşünürəm ki, məktəblərdə xüsusi monitorinqlər aparılmalıdır. Qızılcanın olduğu təhsil ocaqları mütləq iki həftəlik karantinə alınmalıdır".
Milli.Az

Maraqlı     Baxılıb: 13076   Tarix: 29 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

"Böyük Qayıdış kimi tarixi prosesi gənclərə çatdırmaq müəllimlərin əsas vəzifəsidir - Hafiz Paşayev

Təhsilin keyfiyyət göstəricisi şagird və tələbədirsə, bu təhsilin təminatçısı müəllimdir. Müəllim adını qorumaq, yüksəltmək hər birimizin vəzifəsidir.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfi

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

turlar.az

geyim necə seçməli kosmetik vasiteler donlar 2026 nişanlılıq faydalı bitkilər gavali haqqinda gül buketləri kosmetika maska paxlava sanama oğlan evine aid hakisda tərəzi