Qaraciyər sirrozu

Qaraciyər sirrozuQaraciyər sirrozu orqanın arxitektonikasının pozulmasnın, parenximanın düyünlü regenerasiyası, damar sisteminin yenidən qurulmasına gətirən fibroz arakəsmələrin formalaşması ilə xarakterizə olunan patoloji-anotomik xəstəlikdir.
Təsnifatı
Xəstəliyin təsnifatı, onun etiologiyasına, biokimyəvi testlərinə,müəyyən edilən aktivlik dərəcəsinə, qaraciyərin morfoloji dəyişikliklərinə görə müəyyən edilir
Etiologiyası
Qaraciyərin sirrozu ən çox xroniki viruslu (B,C,D), alkohollu, dərman, autoimmun hepatitlərin nəticəsində əmələ gəlir. Nadir hallarda qaraciyərin sirrozu , antitripsin çatmazlığı, birincili biliar sirroz, birincili sklerozlaşan xolangit, venoz durğunluq nəticəsində inkişaf edir. Bəzən qaraciyər sirrozunun inkişafında iki və daha çox amil iştirak edir. Təxminən 20% hallarda isə qaraciyər sirrozunun etiologiyası məlum olmur.
Patogenez.
Sirrozda zədələyici faktorun uzunmüddətli təsiri və kallogen sintezinin onun parçalanmasını üstələməsi nəticəsində qaraciyər parenximasın diffuz zədələnməsi ilə geridönməz dəyişikliklər gedir. Mərkəzi venaları portal traktlarla birləşdirən və qaraciyər paycıqlarını yalançı paycıqlara fraqmentləşdirən birləşdirici toxuma arakəsmələri əmələ gəlir. Belə hesab olunur ki, fibrogenezdə qaraciyərin ito hüceyrələri əsas rol oynayır. Qanın arakəsmələrdə olan damarlardan qaraciyər sisteminə qoşulması baş verir. Bu isə hepatositlərin işemiyası və nekrozuna gətirib çıxarır.
Klinikasi - onun aktivlik ərəcəsindən və qaraciyər hüceyrə funksiyasının kompensasiya dərəcəsindən asılıdır.
Qaraciyərin aktiv sirrozunda xəstələr getdikcə artan yorğunluqdan, pis iştahadan, arıqlamadan şikayət edirlər. Xəstələrdə dəri qaşınması, sarılıq, burun qanaxmaları qeyd edilir. Obyektiv müayinədə çox vaxt skleranın, selikli qişaların rənginin saralması qeyd olunur. Ovuc eriteması aşkar edilir. Xəstələrin çoxunda mülayim böyümüş dalaq müşahidə olunur. Kəskin aktiv qaraciyər sirropzunda bədən temperaturu subfebril ola bilir.
Qaraciyər sirrozunun mülayim aktivliyində xəstəliyin əlaməlrəti daimi olmur. Ancaq xəstələrdə əmək qabiliyyətinin azalması, diş ətinin qanaması, sidiyin tündləşməsi qeyd olunur. Xəstələr emosional gərgin olurlar.
Müayinəsi.
USM, KT və qanın biokimyəvi müayinələrindən istifadə olunur.
Fəsadları aşağıdakılardır:
1) assit
2) qaraciyər ensefalopatiyası
3) qida borusu və mədənin varikozgenişlənmiş venalarından qanaxma
4) qaraciyər hüceyrələrində karsinomanın inkişafı
Müalicəsi xəstəliyin əlamətlərinə uyğun olaraq aparılır,Xəstələrə fiziki və psixi gərginliyin azaldıiması məsləhət görülür,vitaminlər təyin edilir xəstəliyin etiologiyasına uyğun müalicə təyin olunur
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2121   Tarix: 14 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

reseptler qis geyimləri 2026 yaz geyimleri 2026 haxışta bürc uyğunluğu kecellesme paltar olmaq kosmetika qaynana kəlamlar terezi novruz rus dilin nece orenek