Qaraciyəri piylənmədən necə xilas edək?
Qaraciyər yağlanması qaraciyərdə öz ağırlığının 5 %-dən çox yağın toplanmasına deyilir.
Milli.Az medicina.az-a istinadla xəbər verir ki, Binəqədi Tibb Mərkəzinin həkim-qastroenteroloqu Aynurə Məmmədova qaraciyər piylənməsinin səbəblərini açıqlayıb.
"Qaraciyər yağlanması daha çox səssiz seyr edən, zaman içində geriyə dönməyən zədələnmələrə - sirroza qədər gətirib çıxaran bir xəstəlikdir. İlkin mərhələdə proses geriyə dönəndir: Xəstəlik əsasən asimptomatik gedir. Əsas simptomlar halsızlıq, tez yorulma, sağ qabırğaaltı ağrı və dolğunluq hissi olur. Diaqnozun təyin edilməsində ilkin mərhələdə USM-dən istifadə olunur.
Qaraciyər yağlanmasına dair məsləhətlərini verən Aynurə Məmmədova həkim müayinəsinin mütləq olduğunu qeyd edib. Qastroenteroloq həyat tərzi dəyişikliyini, çəki azaltmağı, fiziki aktivliyi artırmağı, alkoqoldan imtina etməyi, tərkibində şəkər olan qidalar və içkilərdən uzaq durmağı və günlük meyvə-tərəvəz istifadəsini artırmağı məsləəhət görüb. Bildirib ki, stress də kortizol hotmon sintezini artırır və nəticədə yağ toplanmasına səbəb ola bilir.
Milli.Az









Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi