Qaranlıqda görməyə imkan verən kontakt linzalar hazırlandı
Çinin Elm və Texnologiya Universitetinin alimləri qaranlıqda görməyə imkan verən kontakt linzalar hazırlayıblar.
Milli.Az xəbər verir ki, bu barədə "Cell" jurnalında məqalə dərc olunub.
Bildirilib ki, yeni nəsil kontakt linzalar görünməyən infraqırmızı işığı görünən işığa çevirir. Bu da insan gözünün tanıdığı spektrdə görüntü yaratmaqla qaranlıqda görməyə imkan verir.
Ən maraqlı cəhətlərdən biri odur ki, linzalar göz qapaqları bağlı olduqda da işləyir. İnfraqırmızı işıq qapaqlardan keçərək daha dəqiq görüntü yaradır. Bu, infraqırmızı işığın görünən işıqdan fərqli olaraq, göz qapağından daha yaxşı keçməsi və xarici işıqdan yaranan maneələri azaltması ilə izah olunur.
Linzalar əvvəlcə siçanlar üzərində sınaqdan keçirilib. Siçanlar infraqırmızı işığın olduğu sahələrdən qaçaraq qaranlıq bölgələrə üstünlük veriblər. Bu, onların infraqırmızı işığı görə bildiklərini sübut edib. Daha sonra linzalar 10 könüllü üzərində yoxlanılıb. Onlar infraqırmızı siqnalları ayırd edə və infraqırmızı LED-lərin haradan işıq saçdığını müəyyən edə biliblər.
Hazırda bu linzalar ətraf mühiti ətraflı görməyə imkan vermir. Bu məhdudiyyətin səbəbi linzaların işığı yaymasıdır. Problemi aradan qaldırmaq üçün alimlər oxşar texnologiya əsasında işləyən eynək prototipi hazırlayıblar. Bu eynəklərlə istifadəçilər daha dəqiq formaları seçə biliblər./oxu.az
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi