Qaraqınığın xoş ətirli çayı

Qaraqınığın xoş ətirli çayıKolluq və çəmənliklərdə, meşəətrafı ərazilərdə və bağlarda tez-tez rast gəlinən qaraqınığı bəzi regionlarda qaraot adlandırırlar. Xoş ətrinə görə onun cavan zoğlarından xiyar və pomidorun turşuya qoyulması zamanı, yarpaqlarından isə kvas içkisinin dadını yaxşılaşdırmaq üçün istifadə edirlər. Evdar xanımlar qaraqınığın tozunu paltar və müxtəlif parçaların arasına səpərək onları güvədən qoruyurlar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qaraqınıqdan çay dəmləməsində istifadə edilir və ondan xoş ətirli çay alınır. Qaraqınıq tibdə geniş tətbiq sahəsinə malikdir. Sinir oyanıqlığı, yuxusuzluq zamanı sakitləşdirici , yuxugətirici təsirinə görə ondan istifadə edilir. Bundan əlavə, qaraqınıq bəlğəmgətirici, tərlədici, sidikqovucu, ödqovucu, antibakterial, antiseptik, qıcolma əleyhinə və regenerasiyaedici təsirlərə malikdir. Qaraqınıq iştahanı yaxşılaşdırır, bağırsaq fəaliyyətini stimullaşdırır, mədə-bağırsaq sistemindəki spazmları aradan qaldırır, ürəkbulanma, qusma və başağrılarının qarşısını alır. Soyuqdəymə, ağciyər vərəmi, xroniki bronxit, xolesistit, öd yollarının diskinezisiyası, angina, tonzillit, gingivit, diatez, ateroskleroz və böyrək xəstəlikləri zamanı geniş istifadə edilir.
Qaraqınıq vanna, islatma, və yerli islatma şəklində raxit, skrofulyoz, furunkul, qaşınma ilə müşayiət olunan müxtəlif mənşəli səpgilərdə tətbiq olunur/ Ondan hazırlanan sakitləşdirici ətirli vannaların də əhəmiyyəti çoxdur. Qaraqınıq tozu zökəm və başağrıları zamanı buruna çəkilir. Baş dərisində qabıqlanma və saç tökülməsi zamanı saçlar bitkidən hazırlanmış dəmləmə ilə yuyulur. Bitkinin efir yağını diş ağrılarında ağrıkəsici vasitə kimi tətbiq edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1163   Tarix: 26 aprel 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Stress sizi necə dəyişir? - Əlamətləri və çıxış yolları

Müasir həyatın ayrılmaz hissəsinə çevrilən stress insan orqanizminə həm fiziki, həm də psixoloji təsir göstərir. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, qısa müddətli stress bəzən faydalı olsa da, uzun müddətli gərginli

.

40 yaşdan yuxarı şəxslərdə böyrəklərin yükünü azaldan faydalı qidalar

Böyrəklərin bahalı əlavə preparatlara deyil, düzgün seçilmiş gündəlik qidalara ehtiyacı var. 40 yaşdan sonra böyrək funksiyaları gecə sidiyə çıxma və yorğunluq kimi xırda əlamətlərlə fərq edilmədən azala bilər. Dietoloqları

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu torpaqlarda yetişir: Təpədən-dırnağa antibiotik anbarı çıxdı

Təbiətin bizə təqdim etdiyi şəfalı bitkilərdən faydalanmaq sağlam həyata doğru atılan mühüm bir addımdır. Anadolu torpaqlarında yetişən və əldə edilməsi ən asan antibiotik mənbələrindən biri olan bu bitkini qidalanmanız

.

2 peşə sahibi Alzeymerin yanından belə keçmir - ARAŞDIRMA

Harvard Universitetinin apardığı tarixi araşdırma sübut etdi ki, dövrümüzün qorxulu yuxusu olan Alzeymerə qarşı ən güclü qalxan laboratoriyalarda deyil; hər gün tıxacda yol tapan taksi və təcili yardım sürücülərinin beynind

.

Bu testdən keçməyən yumurtanı əsla yeməyin

Aldığınız yumurtanın nə dərəcədə təzə olduğunu anlamaq hər zaman asan olmaya bilər. Evdə tətbiq edə biləcəyiniz bir neçə test sayəsində bayat yumurtaları asanlıqla aşkar edib, potensial zəhərlənmə riskindən xilas ola bilərsiniz

.

Yuxusuzluğun əsl səbəbi bu imiş: Çoxlarının gözdən qaçırdığı DETAL

Müasir dövrün ən kəskin problemlərindən biri də yuxusuzluq, yəni elmi adı ilə desək, insomniadır. Həm daxili, həm də xarici faktorların təsiri nəticəsində bu problemin əsl səbəbini tapmaq bəzən xeyli çətinləşir. xəbər veri

.

Yatmazdan əvvəl edilən bu vərdiş böyrəkləri sıradan çıxarır

Bəzi gündəlik vərdişlər, xüsusilə yatmazdan əvvəl edilənlər, uzun müddətdə böyrəklərin fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, zərərsiz görünən bəzi davranışlar böyrəklər

turlar.az

maskalar toy makiyajlari gozel gorunmek şirniyyatlar xəstəliklər adların mənası veten haqda atalar sözləri kosmetika qu quşu məsəllər intim munasibetler gozde olar efsane