"Qardaşımın intiharından sonra öyrəndik ki..." - Özünü boğan psixoloqun bacısı SİRLƏR AÇDI

Psixoloq və tanınmış ekspert-mütəxəsis Dəyanət Rzayevin intiharı ətrafında hələ ekspertizanin rəyi və aparılan təhqiqatların nəticəsi açıqlanmasa da, mətbuatda və sosial şəbəkələrdə dəqiqləşdirilməmiş və əsli olmayan xəbərlər dərc edillər. Ehtimalları fakt və sübut kimi dəyərlərindən bəzi media mənsublarının bu cür davranışları mərhumun ailə üzvlərini, yaxınlarını və əzizlərini çox məyus edir.
Qadinsayti.az xəbər verir ki, mərhumun bacısı Mehriban Rzayeva bəzi məqamlarla bağlı açıqlama verib.

"…Mətbuatda yazırlar ki, guya qardaşım Dəyanətin küllü miqdarda borcları varmış, ali təhsili isə yox imiş. Qardaşım Dəyanət Rzayev haqqında söylənilən fikirlərin heç biri, qətiyyən, doğru deyil. Dəyanətin heç kimə 1 qəpik belə borcu olmayıb, yoxdur da. Lakin ona coxlu borcu olanlar var idi. Onun ali təhsilinin olmaması haqqında yazanlara, danışanlara demək istəyirəm ki, Dəyanətin 3 ali təhsili vardı. Onun haqqında dərc edilən və həqiqəti əks etdirməyən yazılar bizi çox narahat edir. Axı, əsli olmayan, doğruluğunu təsdiq edən fakt-sübut və sənədlər olmadan necə həyatda olmayan bir insanın arxasınca bu cür xoşagəlməz fikirləri səsləndirib, ictimailəşdirmək olar. Əksinə, qardaşımın vəfatından sonra öyrəndik ki, onu nə qədər tanımadığımız insan sevirmiş. Onlar yazırlar ki, Dəyanət necə ağır, çətin durumlarında bu şəxslərə təmənnasız kömək əlini uzadıb. Hansı ki, biz heç bu adamların mövcudluqlarından xəbərsiz idik. Bütün bunlar indi-indi üzə çıxır…

Biri yazır ki, "Dəyanət məni intihardan xilas edib", o biri yazır ki, "Bu gün övladım Dəyatin köməyi sayəsində özünə inamını bərpa edib" və s. Dəyanət çox xeyirxah insan idi.

Qardaşımın yanına o qədər imkansız, hətta konsultasiya xidməti haqqını ödəmək iqtidarında olmayan xəstələr göndərirdim ki, arada utanırdım.

Onda Dəyanət deyirdi ki, əgər insanların köməyə ehtiyacı varsa, onları mütəxəsis yanına göndərməkdən utanma. Mənim qazancım xilas etdiyim insanların həyatıdır. Mənim qardaşım dünya malına bağlı insan deyildi. O heç vaxt belə bir məqsəd qoymurdu ki, bahalı, telefon saat, maşın alsın. Hətta onun şəxsi avtomobili də yox idi, ictimayi nəqliyyatdan istifadə edirdi.

Ala bilərdi, buna imkanı da çatırdı. Lakin, o, daha çox heyvanları sevər, müdafiəsinə qalxardı. Boşanmaya görə depessiyaya düşməyib Dəyanət. İlk ailəsindən ayrımışdı. Ancaq çox sakit, anlaşaraq. Hər zaman da münasibətləri çox yaxşıydı. 3 il idi ki, boşanmışdı.Həyat yoldaşı da onun bu qərarına qarşılıqlı qərar verdi. O evlənməyə hazırlaşırdı. Son zamanlar cox xoşbəxt idi və gələcəyə ümidlə baxirdı. Evlənəcəyi xanım da bu xəbərlə barışmaq istəmir.

Ona da çox ağırdır. Hamının vəziyyəti bu hadisədən sonra pisdir. Keçmiş həyat yoldaşının da, evlənmək istədiyi xanımın da… Dəyanət niyə intihar etməliydi ki? Hələ ki istintaq gedir. Ona görə də, mən hələ bu haqda dəqiq heç nə deyə bilmərəm. Çünkü özümüz sual içindəyik. Vaxt getdikcə, daha çox suallar artır. Ona görə də, bu istintaq bitsin, baxaq qərar nə olacaq, ondan sonra mütləq açıqlama verəcəyik.

Bəziləri deyir ki, hardanıydı 2 mənzili? Necə, hardanıydı? Dəyanət gözünü açandan işləyirdi, əziyyət çəkirdi, pul qazanırdı. Niyə də onun mənzili olmayaydı kı… Dəyanətin minimum 25 il əmək stajı vardı. Yazırlar ki, guya onun çoxlu borcu, hansısa banka krediti vardı… Çox əsassız fikirlərdir. Həmin sayta zəng edib soruşdum ki, bu məlumatı hardan almısınız? Və ya bu xəbərləri kim və hansı məqsədlə sizə ötürür? Hardadır həmin borc verənlər, kredit verən debitorlar? Hansısa uydurma imzanın sahibi də ortaya çıxmadı.

Tələb etdim ki, qardaşımın ölümündən sonra onun haqqını tapdalayanlar ədalət naminə təkzib verib üzr istəməlidirlər. Və qeyd etmək istəyirəmki, hal-hazırda onun haqqında müsahibə verən bəzi "psixoloqlar" vaxtı ilə onun tələbələri olublar və onların indiki fəaliyyətlərində Dəyanətin əməyi böyuk idi. Onların Dəyanət haqqında mənfi rəy verməyə ən azı mənəvi iqtidarları çatmır.

Onun qeyri-adiliyi ondan ibarət idi ki, dünya malında gözü yox idi, dünya malına bağlı deyildi. İkincisi, o nəinki köməksiz, imkansız insanlara, həmçinin, heyvanlara belə təmənnasız yardım edirdi. Dəyanət öyrənmək istəyən insanlara kömək edirdi. Görürdü ki, adamın öyrənməyə həvəsi var, təmənnasız öyrədirdi, müalicə edirdi. Cox zarafatçıl, sözü üzə deyən və dürüst insanıydı. Onun xeyriyyəçiliyi bütün Azərbaycana məlumuydu və onun bu hərəkəti heç vaxt göstəriş xarakterli olmayıb…

Onun intaharı bizim üçün anlaşılmazdır. Təhqiqat gedir. Hər şey məlum olacaq. Bir məqamda bizi düşündürür ki, dünya dahillərinin əksəriyyəti həyatına intiharla son verib. Qeyd edim ki, hazırda kitabları bestseller olan dünya şöhrətli psixoloq Ziqmund Freyd də intiharla həyatına son qoyub. Biz heç hələ bilmirik ki, Dəyanətin ölümü intihardır, ya yox. Odur ki, biz təhqiqatın nəticəsini səbirsizliklə gözləyirik.

mənbə: gününsəsiinfo
"Qardaşımın intiharından sonra öyrəndik ki..." - Özünü boğan psixoloqun bacısı SİRLƏR AÇDI"Qardaşımın intiharından sonra öyrəndik ki..." - Özünü boğan psixoloqun bacısı SİRLƏR AÇDI"Qardaşımın intiharından sonra öyrəndik ki..." - Özünü boğan psixoloqun bacısı SİRLƏR AÇDI"Qardaşımın intiharından sonra öyrəndik ki..." - Özünü boğan psixoloqun bacısı SİRLƏR AÇDI"Qardaşımın intiharından sonra öyrəndik ki..." - Özünü boğan psixoloqun bacısı SİRLƏR AÇDI

Xəbərlər     Baxılıb: 12170   Tarix: 02 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

turlar.az

kosmetika mehsullari yay geyimləri 2026 geyim seçimi oxucu mektubu xolesterini azaldan qidalar yay geyimleri stil dərsləri kosmetika efsane oğlan evine aid hakisda rus dilini oyrenek 2ci ders sirniyatlar seksual