Qarğıdalı saçaqlarından ŞƏFALI ÇAY. Faydaları və düzgün qəbulu

Qarğıdalı saçaqlarından ŞƏFALI ÇAY. Faydaları və düzgün qəbuluQarğıdalı saçaqları xalq təbabətində çox geniş istifadə olunur. Hamı bilir ki, saçaqlar sidikqovucu təsirə malikdir və sidik ifrazı sistemi xəstəlikləri zamanı çox faydalıdır.
Lakin kalsium, kalium, maqnezium, fitonsid, antioksidantlarla zəngin olan saçaqların faydası tək bununla bitmir.
Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, qarğıdalı saçaqları orqanizmdə iltihabı azaldır. Bildiyimiz kimi, xroniki iltihab bir çox xəstəlikləri və o cümlədən ürək xəstəlikləri, diabet və xərçəngin riskini artırır.
Antioksidantlarla zəngin olan qarğıdalı saçaqları orqanizmə sərbəst radikalların təsirini azaldaraq qocalma proseslərini ləngidir.  
Saçaqlar qanda şəkərin səviyyəsini aşağı salır, qaraciyər və öd kisəsinin fəaliyyətini yaxşılaşdırır.
Flavonoidlər sayəsində qarğıdalı saçaqları qanda xolesterinin səviyyəsini aşağı salır və bununla da ürək-damar sistemi xəstəlklərinin əsas səbəbi olan aterosklerozun inkişafının riskini azaldır.
Sidikqovucu təsirə malik olan qarğıdalı saçaqları yüksək təzyiqi tənzimləməyə yardım edir.
Saçaqlar orqanizmi ziyanlı maddələrdən təmizləyir, iştahanı azaldaraq arıqlamağa yardım edir.
Kalium və maqneziumla zəngin olan qarğıdalı saçaqları ürəyin sağlamlığını qoruyur.
Qarğıdalı saçaqları sinir sisteminə də çox müsbət təsir edir, Alheymer xəstəliyinin riskini azaldır.
Mütəxəssislər saçaqları çay kimi dəmləyib içməyi tövsiyə edirlər. Bunun üçün kiçik termosa 1 ç.q. təzə saçaqlar və bir neçə nanə yarpağını tökün, üzərinə 1 stəkan isti su əlavə edin, 30 dəqiqə dəmləyin, sonra yaxşı süzün və adi çay kimi için. Çayın dadını yaxşılaşdırmaq üçün ona bir az limon şirəsini də əlavə edə bilərsiniz.   
Sidikqovucu, təzyiq və şəkər dərmanlarını qəbul edən insanlar diqqətli olmalıdır. Çay dərmanların təsirini artıra bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1685   Tarix: 15 fevral 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

geymler 2026 hamiləlik gelinlikler yaz geyimleri arxadan olmaq qadınlar doğumdan sonra kosmetika oyunlar veten seirleri tapmaca xanım az hüzeyir hacibəyov