Qarpız və yemişi seçəndə, kəsəndə bunlara diqqət edin
"Yayda bəzi mövsümi meyvə-tərəvəz istifadə edərkən daha diqqətli olmaq məsləhətdir. Xüsusən də qarpız və yemiş seçərkən bir neçə məqama diqqət yetirmək vacibdir".
Qeyd olunub ki, zəhərlənmələrə bakteriya və onların toksinləri, viruslar, parazitlər və ya kimyəvi maddələrlə yoluxmuş qida və su qəbulu da səbəb ola bilər: "Araşdırmalar göstərir ki, zəhərlənmələrə əsasən qida məhsulları ilə düzgün davranmamaq, qidaların saxlanma və emal qaydalarına əməl etməmək səbəb olur. Havanın hərarəti bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır. Bu, qidaların tez xarab olmasına səbəb olur. Yayda bəzi mövsümi meyvə-tərəvəz istifadə edərkən də daha diqqətli olmaq məsləhətdir. Xüsusən də qarpız və yemiş seçərkən, bir neçə məqama diqqət yetirmək lazımdır. Qarpız kəsildikdə içərisindəki kütlənin yumşaq, damarlarının qabarıq gözəçarpan şəkildə olması nitratın miqdarının normadan artıq olmasının göstəricisidir. Nitrat, nitrit, yaxud pestisid qalıqlarının miqdarının çox olması qarpızın keyfiyyətinin pisləşməsinə və zəhərlənmələrə səbəb ola bilir. Qarpızın üzərində çürümə əlamətləri və çatlar olmamalıdır".
Məlumatda o da vurğulanıb ki, Günəş altında və yol kənarlarında satılan qarpız və yemişin alınması tövsiyə olunmur. Qarpızı və yemişi kəsməzdən əvvəl onu yaxşı yumaq, təmiz və quru bıçaqla kəsmək vacibdir: "Qarpız və yemişin kəsilən gün istehlak olunması məsləhətdir. Kəsildikdən sonra soyuducuda müvafiq rejimdə və düzgün qaydada saxlanmasına əməl edilməlidir".
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Qaravəllilər
Arzuolunmaz hamiləlik
100 yaşlı Hollivud aktyoru uzunömürlülüyünün sirrini AÇIQLADI - FOTO
Sinan Akçıl Türkiyə millisi üçün marş hazırlayır
Şahzadə Harrinin jurnalistlə sevgi mesajları ortaya çıxdı
Sən həmişə mənim balaca bacım olaraq qalacaqsan' - Fatimənin xınası oldu
Çay və qəhvə ilə dərman içmək niyə olmaz?
Səhərlər isti su içmək həqiqətən sağlamlığa faydalıdırmı?
Limonlu çay içənlər niyə daha uzun ömür sürür? - Mütəxəssislər açıqladı
Metin Akpınardan qızının 6 milyonluq təzminat tələbinə etiraz
Xərçəng aşkarlanan model ölümdən xilas oldu
"Gərəksiz" deyilən həmin orqan xərçənglə mübarizə aparırmış: Faydasızdır deyib əməliyyatla götürürdülər