Qarpız yeyərək həm arıqlayın, həm də xərçəngdən qorunun

Qarpız yeyərək həm arıqlayın, həm də xərçəngdən qorununYay fəslində əvəzolunmaz olan qarpız dərini yeniləyir, toxluq hissi verərək çəki nəzarətinə kömək edir, xərçəng və infarkt riskini azaltmada rol oynayır. Üstəlik, təkcə meyvə deyil, hətta toxumlar da faydalıdır. Toxumlar da xolesterolu aşağı salır.
Milli.Az axşam.az-a istinadən bildirir ki, buna görə də qarpız ən çox istehlak edilən meyvə olmalıdır. Tərkibindəki amin turşuları sayəsində bədəndəki iltihabların aradan qaldırılmasına töhfə verən qarpız toxumları xolesterinin də azalmasına kömək edir.
Qarpızın 8 mühüm faydasını təqdim edirik:
İmmunitet sistemini gücləndirir
Gündəlik vitamin və mineral ehtiyaclarının ödənilməsində təsirli olur. Bir porsiya qarpız gündəlik C vitamini ehtiyacınızın təxminən 10 faizini ödəyir. Tərkibində kalium, A və B6 vitaminləri və digər vitamin və minerallar da var. Vitamin C immunitet sistemini gücləndirir və bədənin dəmiri mənimsəməsinə kömək edir. A vitamini dəri və göz sağlamlığı üçün vacibdir. Qarpız həm də kaliumla zəngin olduğu üçün təzyiqi aşağı salır və sinir sistemini dəstəkləyir. O, həmçinin zülalların parçalanmasına kömək edən, immun sisteminin və sinir sisteminin funksiyalarını gücləndirən B6 vitamini ilə zəngindir.
Xərçəng və ürək xəstəlikləri riskini azaldır
Qarpızda antioksidan xüsusiyyətlərə malik yüksək miqdarda likopen var. Likopen qarpız və digər meyvə və tərəvəzlərdə olan antioksidan xüsusiyyətlərə malik təbii birləşmədir. Likopen də qarpıza qırmızı rəng verir. Araşdırmalar göstərib ki, likopenin xərçəng və ürək xəstəlikləri riskini azaldır. Hüceyrələrin zədələnməsinə qarşı qoruyan likopenin müntəzəm istehlak edildiyi zaman təzyiqi aşağı salan təsiri olduğu bilinir. Araşdırmalar göstərir ki, qarpız ekstraktı uzun müddətdə qan təzyiqini aşağı sala bilir. Qarpızın tərkibindəki antioksidantlardan L-sitrulin və L-argininin damarların fəaliyyətini yaxşılaşdıra biləcəyi vurğulanır.
Bədənin su ehtiyacını təmin edir
Qarpız orqanizminizin su ehtiyacını da ödəyir. Qarpızın 90 faizdən çoxu sudan ibarətdir. İnsan orqanizmi su ehtiyacının 80 faizini içdiyi, 20 faizini isə yediyi ilə qarşılayır. Yay aylarında kifayət qədər su içməsəniz, bəzi problemlər yarana bilər. Böyüklər çox vaxt su içməyi unudurlar. İstiliyin yüksəldiyi yay aylarında tərləmə səbəbiylə maye itkisi əhəmiyyətli bir problemdir.
Həzm sistemini yaxşılaşdırır
Qarpız yüksək su və az miqdarda lif tərkibinə görə həzm sistemini dəstəkləyir. Xüsusilə su tərkibinə görə yaxşı bir sidikqovucudur.
Çəkiyə nəzarət edir
Pəhrizi pozan şəkərli qidalar yerinə qarpız seçmək şirin istəklər üçün faydalıdır. Araşdırma nəticəsində məlum olub ki, qarpız uzun müddət toxluq hissi yaradır və artıq çəkisi və ya kökəlməsi bilinən insanlar yağlı qidalar yerinə qarpız yeyərək daha çox toxluq hissi keçirirlər. Özünü qarpızla doyuranlarda qan təzyiqi və bel ətrafının azalması aşkar edilib.
İltihabı azaldır
Qarpızda olan antioksidanlar, likopen və C vitamininin spesifik birləşməsi zamanla bədəndə iltihabı və oksidləşdirici zərəri azaldır.
Dərini təzələyir
Parlaq bir görünüş üçün təsirlidir. Qarpızın tərkibindəki su və vitaminlər A, B6 və C dərinizin yumşaq, hamar və elastik qalmasına kömək edir. Xüsusilə C vitamini dərinin elastikliyini və dəriyə qan axını artıran kollagen istehsalını artırır. Vitamin A dəri hüceyrələrini bərpa etməyə kömək edir və dərinin qurumasının qarşısını alır. Vitamin B6 dəri çatlarını da aradan qaldıra bilər.
Toxumları xolestrerolu azaldır
Qarpız toxumları təkcə qidalandırıcı deyil, həm də xolesterolu azaldır. Çiy və ya qurudulmuş halda istehlak edilə bilən qarpız tumları maqneziumla zəngindir. Maqnezium zülal sintezində və qan təzyiqinin tənzimlənməsində mühüm rol oynayır. Toxumlar həmçinin depressiya riskini azalda bilən folat ehtiva edir və insultdan qoruyan və qanda pis xolesterin səviyyəsini azaldan mono-doymamış və çoxlu doymamış yağ turşularının yaxşı mənbəyidir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1436   Tarix: 27 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

yay geyimləri 2026 donlar 2026 hamilelikde qidalanma bas ortuleri korpelerde qebizlik zeytunun hazirlanmasi burcler kisiler kosmetika xeyanet zencefil novruz haqistalari sanama qaynana hakista