Qarpızın tumlarını atmayın - Faydaları sizi təəccübləndirəcək

Qarpızın tumlarını atmayın - Faydaları sizi təəccübləndirəcəkYay mövsümündə ən sevilən qidalardan biri də qarpızdır.
Qarpızın özü də, tumları da sağlamlıq üçün olduqca faydalıdır.
Bunu qidalanma və pəhriz mütəxəssisi diyetoloq Sena Genç deyib.
"Qarpız tumları maqneziumla zəngindir, bu da ümumi dərinin yaxşılaşmasına kömək edir. Ekzema və digər dəri xəstəliklərinə qarşı təsirlidir. Qarpızın tumunu çeynəmək və ya birbaşa udmaq arasında heç bir fərq yoxdur. Hər gün 1 ovuc qarpız tumunu istehlak edə bilərsiniz",-deyə mütəxəssis qeyd edib.
Onun sözlərinə görə, qarpızın tərkibində 91% su və 7,5%  karbohidrat var. 100 qramda 30 kkal kalori var. Bundan əlavə, qarpızın 1 porsiyasında, yəni 150 qramında 45 kalori var.
Diyetoloq bildirib ki, qarpızda olan likopen və sitrulin qan təzyiqi və xolesterini aşağı salaraq ürək sağlamlığını dəstəkləyir. Likopen xolesterolu və qan təzyiqini aşağı salmağa kömək edir. Həm də yüksək xolesterol səviyyələrinin səbəb olduğu oksidləşdirici zərərin qarşısını almağı asanlaşdırır. Qarpız həm də məşq performansını yaxşılaşdıra bilən amin turşusu olan sitrulinin zəngin mənbəyidir. O, həmçinin vitamin C, karotenoidlər və cucurbitacin E də daxil olmaqla bir çox antioksidantla zəngindir. Bu birləşmələr sərbəst radikallarla, qeyri-sabit molekullarla mübarizə aparmağa kömək edir ki, onlar bədəninizdə toplandıqda, bizi xərçəngdən qoruyur. Qarpızın tərkibindəki antioksidantlar, likopen və C vitamininin birləşməsi iltihabı və oksidləşdirici zərəri azaltmağa kömək edir.
Qida mütəxəssisi onu da xüsusi vurğulayıb ki, qarpızın tumları ilə birlikdə yemək çox faydalıdır. Qarpız tumlarının bilinməyən bir çox faydası var. Qarpız tumları quru dəri üçün nəmləndirici rolunu oynayır. Toxumlarda olan sink zülal sintezi, hüceyrə bölünməsi və təmir qabiliyyətinə görə qocalma prosesini ləngidə bilir. Qarpız tumları saçınızın keyfiyyətini yaxşılaşdırdığı bilinən zülallar, dəmir, maqnezium, sink və mislə zəngindir. Qarpız tumları eyni zamanda, ürək sağlamlığında mühüm rol oynayan sinklə də zəngindir. Sinir sistemini dəstəkləyir, beyninizi və sinir sisteminizi sağlam saxlamağa kömək edən zəngin B vitaminləri mənbəyidir. Əhval pozğunluqlarında və demansda da faydalıdır.
Spermanın keyfiyyətini yaxşılaşdırır. Qarpızda kişi reproduktiv sistemi üçün vacib olan yüksək miqdarda sink var. Sink kişi sonsuzluğunda ən mühüm problem olan sperma keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər. Qarpız toxumlarının folat, dəmir, sink, mis, maqnezium, kalium, amin turşuları və B vitamini kompleksi kimi qida maddələri ilə zəngin olduğu bilinir. Bu qidalar orqanizmin təbii maddələr mübadiləsini tənzimləməklə yanaşı sürəti artırmaqda da son dərəcə faydalıdır.
medicalmedia.az 
Saglamolun.Az

Şou Biznes     Baxılıb: 1300   Tarix: 19 iyun 2023
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

.

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

.

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

.

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

.

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

.

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

.

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

.

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

.

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

turlar.az

həkim məsləhəti geyim necə seçməli makiyaj etmek qaydalari nermin ibrahimova milli yeməklər ilk tibbi yardim ancelina colinin sekilleri kosmetika yuxuda qara ilan gormek babasil qu quşu bayatı badambura