"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİMAdətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdirici və dadlı olan bu bostan məhsulu insanları özünə cəlb etsə də, onun yetişdirilməsi zamanı istifadə edilən süni əngəllər insanlara qənim kəsilir.

Qeyd edək ki, qarpızın təbii halda yetişmə dövrü avqust ayıdır. Ancaq iyunun sonları və iyul ayı boyunca bu bostan məhsulunun satışına başlanır. Bu il qarpız satışı əvvəlkindən az olsa da, artıq mənfi təsirini göstərməkdədir. Lakin rəsmi olaraq bu məlumatlar hələ təsdiqini tapmayıb. Belə ki, təcili və təxirəsalınmaz yardım stansiyasından verilən məlumata görə, bu il qarpız zəhərlənməsi ilə bağlı heç bir fakt qeydə alınmayıb: "Müraciətlər ancaq ilan sancması ilə bağlı olub. Belə ki, bu il Pirallahı qəsəbəsində 2 nəfəri ilan sancıb. Hər iki şəxs müalicə olunaraq evə buraxılıb". Stansiyanın sözçüsü insanların maarifləndirməyə ehtiyacı olduğunu və hələlik qarpız mövsümü başlamadığı üçün bu bostan bitkisini yeməməyi tövsiyə etdi.

"Hələ ki, zəhərlənmə halı aşkarlanmayıb"

Respublikanın baş toksikoloqu, dosent İsmayıl Əfəndiyev isə bildirdi ki, qarpızdan zəhərlənmə hallarının olması ilə bağlı fikirlər düzgün ifadə edilmir:

"Qarpız şirin və dadlı bir məhsuldur. Onun insanı zəhərləməsi mümkün deyil. Qarpızdan zəhərlənmə ondan düzgün istifadə edilmədikdə yaranır və nəticədə deyirlər ki, kimsə qarpızdan zəhərləndi. Səbəb isə əksər halda qarpızın yuyulmadan kəsilməsi olur. Belə olduğu halda qarpızın üzərində olan mikroblar bıçaq vasitəsilə onun daxilinə ötürülür və bu da mikrobların inkişafına şərait yaradır. Bununla belə, qarpızdan qidalanmaya düzgün riayət edilməlidir ki, zəhərlənmə baş verməsin. Buna səbəb əsasən məhsulun xörəkdən sonra yeyilməsi olur. Əslində, qarpız xörəkdən əvvəl yeyilməlidir. Ümumiyyətlə, meyvə-tərəvəz xörəkdən 30 - 40 dəqiqə əvvəl yeyilməlidir. Qarpız isə xüsusilə. Qarpız yağlı xörəkdən sonra yeyildikdə mədənin üst hissəsinə yığılır. Yemək 2 saata qədər sorulur mədənin üst hissəsində qalan qarpız isə bu müddət ərzində qıcqırmağa başlayır. Bu da ürəkbulanma və qusmaya gətirib-çıxarır. Xörəkdən 30 - 40 dəqiqə əvvəl yeyiləndə isə bir neçə dəqiqəyə sorulur və mənfi nəticə vermir. Zəhərlənməyə səbəb günəş şüalarının təsiri nəticəsində məhsulun tərkibinin dəyişməsi də ola bilər. Hələlik toksikoloji mərkəzə qarpızdan zəhərlənmə ilə bağlı müraciət daxil olmayıb".

İ.Əfəndiyev yay fəslinin gəlişi ilə bir sıra problemlərin yarandığını bildirdi:

"Bu il daha çox ilan sancması ilə bağlı müraciətlərin sayı artıb. Yanvarın 1-dən iyulun 1-nə kimi 29 ilansancma hadisəsi qeydə alınıb. Yalnız Zirə qəsəbəsindən olan 5 - 6 yaşlarında 1 uşaq dünyasını dəyişib. Körpə xəstəxanaya çatdırılsa da, vəziyyəti ağır olduğu üçün onun həyatını xilas etmək mümkünləşmədi. Ancaq 28 nəfər müalicə edilərək evə buraxılıb. Qeyd edim ki, hazırda ilan zəhərindən orqanizmi xilas etmək üçün yeni zərdab var ki, onunla zəhəri qısa zamanda xaric etmək mümkündür. Lakin bunun üçün mütəxəssislərə tez müraciət etmək lazımdır".

Baş toksikoloq bu il qaraqurd hörümçəyinin sancmasına 8 nəfərin, əqrəb sancmasına isə 3 nəfərin məruz qarldığını da dedi:

"Bütün xəstələr tamamilə sağalaraq evə buraxılıb. Onu da deyim ki, mövsümlə bağlı allergiyalı xəstələrin də müraciətlərinin sayı artıb. Buna səbəb isə köhnə yeməklə qidalanmaq, hibridləşmiş meyvələrin təsiri, keyfiyyətsiz dərman qəbulu və sair olur".

Hansı qarpızdan imtina edək?

Məsələyə münasibətini öyrəndiyimiz Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qida təhlükəsizliyi şöbəsinin müdiri İmran Abdullayev isə bildirdi ki, qarpızdan istifadə zamanı son dərəcə ehtiyatlı olmaq vacibdir:

"İlk növbədə bostan məhsullarının hardan alınmasına diqqət yetirmək vacibdir. Günəş şüalarının birbaşa təsirinə məruz qalan məhsulu almaqdan çəkinin. Maşın yollarının kənarında, küçələrdə satılan qarpızların tərkibi qlükoza ilə reaksiyaya girdiyindən toksik maddələr əmələ gəlir. Ona görə də yaxşı olar ki, bostan məhsulları alarkən bağlı və çərçivəyə alınmış xüsusi yerlərdə, həmçinin yollardan xeyli aralı məsafədə saxlanılan məhsullara üstünlük verilsin".

İ.Abdullayev də məsləhət gördü ki, qarpızı kəsməzdən əvvəl onu yaxşıca yumaq vacibdir:

"Hətta bu məhsulu sabun və qaynanmış su ilə yumaqla ondan gələn təhlükəni əngəlləmək mümkündür. Onu da qeyd edim ki, qarpızı təmiz bıçaqla və tam quruduqdan sonra kəsmək lazımdır. Yetişmiş məhsula bıçaq dəyən kimi dərhal ayrılır və onun tumları tünd-qəhvəyi və ya qara rəngdə olur. Əgər qarpızın zolaqları sarımtıl və ya qəhvəyi rəngdədirsə, bu onun tərkibinin qənaətbəxş olmamasından xəbər verir".

Maraqlı     Baxılıb: 2209   Tarix: 24 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

turlar.az

geyim və ayaqqabılar toy gecesi qadın geyimi haxışta sözləri ürək damar və qan sistemi münasibətlər əl işlərinin hazırlanması kosmetika nizami gencevi gozde olar rus dilini öyrənək banan