Qaşıntının qarşısını necə almaq olar?

Qaşıntının qarşısını necə almaq olar?Gecələr qəfil yaranan qaşınma yatmağınıza mane olur və ya səpgilərlə müşayiət olunursa, mütəxəssisə müraciət etməyi gecikdirməməlisiniz.
Milli.Az medicina.az-a istinadən bildirir ki, ancaq bəzi qaşıntıların bəsit səbəbləri də ola bilər.
Medicina.az xəbər verir ki, gecə baş verən əsassız qaşınmaların səbəbləri atopik dermatit, ürtiker və psoriaz kimi dermatoloji problemlər ola bilər.Gecə qaşınmasına səbəb ola biləcək xəstəliklər arasında dəmir çatışmazlığı, şizofreniya, narahat ayaqlar sindromu da var. Həmçinin hamiləlik də qaşıntıya səbəb ola bilər.
Bədəndə qaşınma ekzema kimi dəri xəstəlikləri, həşərat dişləmələri, çiçək tozu, qida və dərmanlara allergik reaksiyalar, parazitlər, hormonal dəyişikliklər, qaraciyər xəstəlikləri, diabet, limfoma və bəzi xərçəng növləri səbəbindən baş verə bilər.
Nə zaman təhlükəli hesab edilməlidir?
Əgər qaşınma dərinin və gözlərin sararması, qarın ağrısı və şişkinlik, sidiyin rənginin tündləşməsi kimi əlamətlərlə müşayiət olunarsa, səbəbi qaraciyər xəstəliyi ola bilər. Belə hallarda mütləq həkimə müraciət edilməlidir.
Qaşıntının qarşısını necə almaq olar?
Qaşıntının səbəbi təhlükəli xəstəlik deyilsə, müalicəsində mütəmadi olaraq nəmləndiricidən istifadə etmək, soyuq kompres tətbiq etmək, dərinin təmizlənməsinə diqqət yetirmək, antihistaminik dərmanlardan istifadə etmək, pambıq paltarlar geyinmək, kifayət qədər su içmək, qaşıntıya yaxşı təsir edən mineral və vitaminlərdən istifadə etmək vacibdir.
Məsələn, hindistan qozu yağında olan E vitamini dərinin rahatlamasına kömək edərək qaşınmanın qarşısını alır. Bu yağı dərinizə az miqdarda tətbiq edə bilərsiniz. Bu, həm də qaşınma nəticəsində yaranan səpgilərin qarşısını alacaq.
Milli.Az

Xəbərlər     Baxılıb: 1261   Tarix: 12 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

geyim necə seçməli toy makiyajlari geyim dəbləri yay donlari hamilə qalmaq soyuqdəymə yeni paltarlar 2026 kosmetika namiq qaraçuxurlu vetene aid bayatilar kahfe falı birlik haqqinda dolça