Qaşların tökülmə səbəbləri və mükəmməl effekt verən müalicəsi

Qaşların tökülmə səbəbləri və mükəmməl effekt verən müalicəsiQaşların seyrəlməsi son illərdə bütün xanımların qarşılaşdığı problemdir. Bunun tibbi və kosmetik səbəbləri var. Professor İbrahim Saraçoğlu qaş tökülməsinin səbəblərini açıqlayıb.
İ.Saraçğolunun sözlərinə görə, qaş tökülməsinin səbəbləri saç tökülməsi ilə təxminən eynidir: "Qaşların da, saçların da mənbəyi eynidir. Qaşların seyrəlməsinin əsas səbəblərinə vitamin, mineral və hormon tarazlığının pozulması daxildir. Eynilə saçlar kimi qaşların da vitamin və minerallara ehtiyacı var. Bəzi xanımlar qaşlarını tez-tez aldırırlar. Bu zaman tük kökündən qoparılır və bu vəziyyət tük kökünə zərər verir. Korlanmış tük kökləri dəfələrlə özünü yeniləməyə çalışır, ancaq bir müddət sonra yeniləmə prosesi dayanır. Bu halda qaş bir daha çıxmır və ciddi şəkildə seyrəlməyə başlayır. Bir müddət sonra qaşlar formasız görünür, həm də tüklər uzanmır. Buna xalq arasında "qaş küsməsi" deyilir.
Digər bir amil dəri xəstəlikləri və saç qırandır. Əgər tüklər qaşın ancaq bir hissəsində tökülürsə, böyük ehtimalla bunun səbəbi dəri xəstəlikləridir. Bu halda dərhal dermatoloqa müraciət edin".

Qaş tökülməsinin digər səbəblərini belə sadalamaq olar:
- Makiyajla yatmaq (qaş qələmi)
- Qeyri-kafi qidalanma
- Hipotiroid (həddindən artıq tiroid hormonu istehsalı)
- Kimyəvi terapiyanın əks təsirləri
- Travmalar
- Göbələk və ekzema
- Sızanaqlar

Qaş tökülməsinin müalicəsi

Qaşları almayın: İlk növbədə qaş almağı bir müddətlik dayandırın. Onsuz da son illərdə qalın və təbii qaşlar dəbdədir. Hər halda qaşsız qalmaqdan daha yaxşıdır.

Həkim Nəzarəti: Əgər qaş tökülməsi dayanmırsa, mütləq həkimə müraciət edin. Unutmayın ki, bunun səbəbi dəri xəstəliyi ola bilər. Bu halda xəstəliyin yayılma riski də var. Bundan əlavə, hormon müalicəsini özünüz edə bilməzsiniz.

Balanslı Qidalanın: Sağlam qidalanmaq yalnız saç və dəri üçün deyil, bütün orqanizminiz üçün vacibdir. Buna xüsusi diqqət göstərin.

Təbii müalicə: Təbii bitki yağları həm tük kökünü möhkəmlədir, həm də qaşları qalınlaşdırır.

Qaş əkilməsi: Əgər qaşlardakı tüklər tamamilə tökülübsə, müasir üsullardan istifadə edə bilərsiniz. Bu əməliyyat bir çox müalicə mərkəzlərində son dərəcə uyğun şəraitdə həyata keçirilir.

Qaş tökülməsinə çarə
Əgər qaş tökülməsi hormon və ya dəri xəstəlikləri ilə bağlı deyilsə, qaş zərdabları, tük çıxarıcı kremlər, qidalandırıcı yağlardan istifadə edin.

Qaş üçün effektli maska: Bu maskanı duşdan çıxdıqdan sonra çəkin. 1 çay qaşığı hind yağı ilə 1 çay qaşığı badam yağını yaxşıca qarışdırın, duş sonrasında makiyaj fırçası və ya qulaq pambığı ilə qaşlara və kirpiklərə sürtün. Yarım saat gözlədikdən sonra ilıq su ilə yuyun.

Sarımsaq maskası:
Bir diş sarımsağı yaxşıca döyüb, badam yağı ilə qarışdırandan sonra qaşlara sürtün, yarım saatdan sonra yuyun.
qadinlar.biz
Qaşların tökülmə səbəbləri və mükəmməl effekt verən müalicəsi

Gözəllik və Moda     Baxılıb: 8671   Tarix: 06 iyul 2016
f Paylaş

Oxşar xəbərlər

.

2025-in yaz aylarında makiyaj trendi

Bahar – dəyişiklik və eksperimentlər vaxtıdır. 2025-ci ilin yazında əsas diqqət minimalizmə yönəlir: sağlam və təravətli dəri görünüşü ön plandadır. Lakin gözlərdə və ya dodaqlarda istifadə olunan parlaq rənglər obrazınız

.

Makiyajda sizi 10 il qocalda biləcək SƏHVLƏR

Vizajist hər hansı bir üzü qocalda biləcək üç tipik makiyaj səhvini açıqlayıb. Makiyajda hansı səhvlərdən yaınmaq lazımdır. " saytının xarici mediaya istinadla xəbərinə görə, 4 milyondan çox "YouTube" izləyicis

.

Gözəlliyin təkrarı: Copy-Paste estetikası

Gözəllik insan tarixinin əvəzedilməz hissəsi olub və fərqli coğrafiyalarda və mədəniyyətlərdə fərqli təfsir və gözləntilərlə qarşılanıb. Hər millət öz estetik meyarlarına malikdir və bəzən bunlar o qədər fərqlidir ki, bi

.

Təbii gözəllik və onun qadın həyatına təsiri

Müasir dövrün inkişafı ilə birlikdə gözəllik anlayışları da sürətlə dəyişir. Texnologiyanın və media vasitələrinin təsiri altında, gözəllik standartları da daha çox süni tələblərə əsaslanmağa başlayıb. Lakin, son zamanla

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Gözəllik və moda: Qış mövsümünə uyğun gözəllik məsləhətləri

Qış mövsümü, soyuq hava və quru iqlim şəraiti ilə yanaşı, bədənin və dərinin xüsusi baxıma ehtiyacı olduğu bir dövrdür. Bu mövsümdə qadınlar üçün gözəllik rutinini doğru qurmaq, həm fiziki baxım, həm də sağlamlıq baxımında

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

turlar.az

gözəllik məhsulları qadın geyimi geymler 2026 sekis türk mətbəxi badımcan yeməyi cemli piroq kosmetika burcler haqqinda həmidə geyim yemekler haxisda