Qaynadıb qaşıq-qaşıq yeyin! - İnsulin dirəncini qırır, bağırsaqları mühərrik kimi işlədir

Qaynadıb qaşıq-qaşıq yeyin! - İnsulin dirəncini qırır, bağırsaqları mühərrik kimi işlədirŞəkər xəstəliyi, bu gün milyonlarla insanda rast gəlinən və diaqnoz qoyulduqdan sonra ömür boyu bədəndə təsirini göstərən xroniki bir xəstəlikdir. Bu xəstəlikdən qorunmaq üçün düzgün bir pəhriz tətbiq etmək olduqca vacibdir. Bəzi qidalar qan şəkərini təbi̇i̇ yolla tarazlamaqda təsirli ola bilər. Bəs qan şəkərini tənzimləyən qidalar hansılardır? 
Qan şəkəri nədir və niyə əhəmiyyətlidir?
Qan şəkəri bədənin enerji ehtiyacını qarşılamaq üçün vacib bir göstəricidir. Qan şəkərinin həddindən artıq yüksəlməsi (hiperglisemiya) və ya düşməsi (hipoglisemiya) müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Buna görə də qan şəkərinin normada saxlanması vacibdir. Bəzi qidalar qan şəkərinin daha stabil şəkildə artmasına kömək edərək bu tarazlığı qurmağa yardımçı olur:
Yulaf
Yulaf yüksək lif tərkibi ilə qan şəkərinin sürətlə qalxmasının qarşısını alır. Yavaş həzm olunan karbohidratlar ehtiva etdiyi üçün qan şəkərinin stabil artmasına səbəb olur. Eyni zamanda beta-qlukan adlı maddə ilə insulin həssaslığını artırmağa yardım edir.
Lobya və digər paxlalılar
Lobya, mərcimək, noxud kimi paxlalılar aşağı qlisemik indeksə malikdir və bu da qan şəkərinin tədricən artmasına şərait yaradır. Yüksək lif və zülal tərkibi sayəsində həzm prosesini yavaşladır, bu da qan şəkərinin sürətlə qalxmasının qarşısını alır.
Avokado
Avokado sağlam yağlar və liflə zəngindir. Bu xüsusiyyətləri ilə qan şəkərinin sürətlə yüksəlməsinə əngəl olur, uzunmüddətli toxluq hissi yaradır. İçindəki kalium insulinin təsirini artıraraq qan şəkərini tarazlayır.
Qoz və badam
Qoz və badam kimi quru meyvələr sağlam yağlar və zülal baxımından zəngindir. Bu yağlar həzm prosesini yavaşladır, qan şəkərinin yavaş-yavaş yüksəlməsinə səbəb olur. Ani qalxma və enmələrin qarşısını alır.
Zeytun yağı
Zeytun yağı tək doymamış yağlarla zəngindir və bu yağlar insulinə həssaslığı artıraraq qan şəkərinin stabil qalmasına kömək edir. Yeməklərə əlavə edildikdə qan şəkərinin tənzimlənməsində mühüm rol oynayır.
Yaşıl yarpaqlı tərəvəzlər
İspanaq, kələm, roka və digər yaşıl yarpaqlı tərəvəzlər az karbohidratlı və yüksək lifli qidalar olaraq qan şəkərini tarazlayır. Kalium və maqnezium baxımından da zəngindir - bu minerallar da qan şəkəri tarazlığına müsbət təsir edir.
Darçın
Darçın qan şəkərini tənzimləyən təsirli ədviyyatlardan biridir. Araşdırmalar göstərir ki, darçın insulin həssaslığını artıra və qan şəkərinin stabil qalmasına kömək edə bilər. Həm şirin, həm də duzlu yeməklərə əlavə oluna bilər.
Yaban mersini (mavi yemiş)
Yaban mersini az kalorili və yüksək lifli bir meyvədir. Antioksidantlarla zəngin olan bu meyvə qan şəkərinin sürətlə qalxmasının qarşısını ala bilər. Həmçinin insulin istehsalını artıraraq qan şəkərinin tənzimlənməsinə yardım edir.
Kinoa
Kinoa qlütensiz, yüksək zülal və lif tərkibli bir taxıldır. Aşağı qlisemik indeksə malik olduğu üçün qan şəkərini tarazlayır. İçindəki maqnezium və digər minerallar insulin həssaslığını artırır.
Balqabaq
Balqabaq aşağı qlisemik indeksə malik, liflə zəngin tərəvəzdir. A vitamini baxımından da zəngindir. Bu xüsusiyyətləri ilə qan şəkərinin tarazda saxlanmasına kömək edir.
Qan şəkərini tarazlamaq üçün sağlam qidalanma ilə yanaşı, müntəzəm fiziki aktivlik, kifayət qədər su içmək və yuxu rejiminə diqqət də çox vacibdir. Şəkər və ya qan şəkəri problemi olan şəxslərin bu qidaları pəhrizlərinə əlavə etməzdən öncə mütləq həkim və ya diyetoloqla məsləhətləşmələri tövsiyə olunur.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 985   Tarix: 09 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

Alma sirkəsi şəkər xəstələrini sağaldır?

Elmi sübutlar göstərir ki, alma sirkəsi qan şəkəri səviyyəsi üçün faydalı ola bilər. -a istinadən xəbər verir ki, tədqiqatçılar 15 sağlam insanı altı sınaq yeməyinə məruz qoyublar. Təsadüfi olaraq təyin olunmuş yeməklər zeytu

.

Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda

Modern həyatın sürətli tempi bir çox insanın keyfiyyətli yuxu almasına mane olur. Bir çox insan bu problemin həllini yan təsirləri ola bilən sintetik yuxu dərmanlarında axtarır. Son illərdə isə sağlamlıq dünyası bu problemi

.

Neçə dəqiqəyə günəş yanığı yaranır?

Araşdırmalara əsasən, dəri günəşin təsirindən cəmi 15 dəqiqə sonra zədələnməyə başlaya bilər. . -a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, açıq rəngli dəriyə sahib insanlar tünd dərili şəxslərlə müqayisəd

.

İsti havalarda su əvəzinə süd için

Yay aylarında yüksək temperatur səbəbindən orqanizm daha çox maye itirir. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, su əsas maye mənbəyi olaraq qalsa da, bəzi içkilər bədənin daha uzun müddət nəmlənməsinə kömək edə bilər

.

Günə enerji dolu başlayın: Uzmanlara görə səhər edilməli olan 5 hərəkət

Mütəxəssislər bildirir ki, günə hərəkətlə başlamaq həm zehni ayıqlığı artırır, həm də bədəni fiziki olaraq günə hazırlayır. xəbər verir ki, fitness və sağlamlıq üzrə mütəxəssislərin tövsiyə etdiyi 5 vacib səhər hərəkəti bunlardır:

.

Alimlərdən yeni kəşf: Ağ saçlar xərçəngdən qoruyur

Yaponiyanın Tokio Universitetinin alimləri saçların ağarması ilə bağlı maraqlı araşdırma aparıblar. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, saçın ağarması təkcə yaşlanmanın əlaməti deyil, həm də orqanizmin təhlükəl

.

Dişlərin yenidən çıxmasını təmin edən dərman sınaqdan keçirildi

Yapon alimlərinin hazırladığı və itirilmiş dişlərin yenidən çıxmasını hədəfləyən eksperimental dərman insanlar üzərində test edilir. Siçanlar üzərindəki sınaqlarda uğurlu nəticələr verən bu müalicə metodu klinik mərhələlər

.

Siqareti tərgitdikdən sonra ağciyərlərdə nə baş verir?

Ağciyərlərdə ilk müsbət dəyişikliklər siqareti tərgitdikdən iki həftədən üç aya qədər olan müddətdə müşahidə olunur. Milli. -a istinadən xəbər verir ki, bu barədə Rusiyanın TASS informasiya agentliyinə həkim Marina Makarov

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

sade makiyaj sekilleri geyim dəbləri geyim şəkilləri gavalinin faydalari içki reseptləri endirimli paltarlar dərslər kosmetika burclər ariqlamaq burcler dolca arıqla