"Qaynanamla yola getmirəm, nə edim?"

"Qaynanamla yola getmirəm, nə edim?"Hər bir ailədə xoşbəxtlik qazanmağın yolu ailə üzvlərinin Uca Allahın əmrlərinə riayət edib qadağan etdiyi şeylərdən çəkinməsi, həmçinin onların Allahın buyurduğu qaydada bir-birinin haqlarını verməsidir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!" (ət-Təhrim, 6).
1) Qadının kişi üzərində haqları var və kişi bu haqlarını verməlidir. Qadının haqlarına kişinin onunla xoş davranması, öz yediyindən onu yedirtməsi, geyim və digər zəruri ehtiyaclarını ödəməsi, ona nəvaziş göstərməsi, onunla birlikdə vaxt keçirməsi və ailə həyatının digər tələblərini ödəməsi, ailə işlərində onunla məsləhətləşməsi, namusunu, qürurunu qoruması, başqalarının yanında onu alçaltmaması və s. daxildir. Kişi bunları etmədikdə qul haqqı kimi böyük günahla yüklənir, qul haqqını isə zülm edilmiş insan bağışlamadığı təqdirdə Allah da bağışlamır.

Xanim.az zikr.az-a istinadən bildirir ki, qadın kişiyə bunları xatırlatmalı və tələb etməli, Allahdan qorxmağı onun yadına salmalı, fayda verməsə, sözünü eşidib dinlədiyi insanlar da ona nəsihət etməlidirlər.

2) Qadın qaynanası ilə səbirli davranıb ona cavab qaytarmamalıdır. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!" (əl-İsra, 23-24). Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bərəkət böyüklərinizlədir". (əl-Hakim, 210). Gəlinin qaynanası ilə pis davranması ərinə qarşı da hörmətsizlik olduğu üçün əri ilə də münasibətlərin korlanmasına gətirir. Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Sədəqə vermək malı əskiltməz. Bağışlayan olduğuna görə Allah qulunun izzətini artırar. Bir kimsə Allah üçün təvazökar olarsa, Allah onu ucaldar". (Muslim, 2588). Bu vəziyyətdə qadın Allah üçün səbr etməli və mükafatını Allahdan istəməlidir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Bəlaya düçar olanlara Qiyamət günü mükafat veriləcəyi zaman, bəla görməyənlər dünyada ikən dərilərinin kəskin alətlərlə kəsilmiş olmasını istəyəcəklər". (ət-Tirmizi, 2402).

3) Kişi öz anasının qısqanclığını azaltmaq üçün onunla xoş davranmalı, diqqət göstərməli, vaxtaşırı kiçik də olsa hədiyyə almaqla könlünü almalıdır. Bəzi analar öz oğulları evləndikdən sonra onlara olan diqqətin, sevginin azalması səbəbilə oğullarını evə gələn gəlinə qısqanırlar. Kişi öz əməlləri ilə bunun belə olmadığını öz anasına göstərməlidir.

4) Əgər qaynanası qadına böhtan atırsa, qadın fitnə çıxarmadan, öz ərinə təklikdə nəsihət etməlidir ki, belə vəziyyətdə şəriətimiz ittiham edən tərəfə sübut gətirməyi, ittiham olunan tərəfə isə (qadın özü) Allahın şiddətli cəzasından qorxaraq and içməyi əmr etmişdir. Əgər sübut yoxdursa və qadın Allaha and içirsə, bu halda kişi qadına inanmağa borcludur. Daha ətraflı: Böhtana məruz qalan nə etməlidir?
5) Əgər qaynana və ya başqa kimsə cadu edirsə, Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) öyrətdiyi qaydalarla cadudan qorunmaq lazımdır.
6) Qadın günah işlərdə heç kimə itaət etməməlidir. Qaynana və ya ər vaxtın olmaması, uşaqların azyaşlı olması və s. şeyləri bəhanə edərək qadına namaz qılmağı, Ramazan ayında oruc tutmağı və digər vacib əməlləri qadağan edirsə və ya günah işlərə məcbur edirsə, qadın onlara tabe olmamalıdır. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Xaliqə (Yaradana, Allaha) asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz". (İmam Əhməd, 1095). Belə vəziyyətdə qadın fitnə çıxmaması üçün otağı bağlayaraq gizli də olsa namazları qılmalıdır.
7) Əgər ərinin imkanı varsa, qadın ayrıca evdə yaşamağı tələb edə bilər, çünki qadının sərbəst olmaq, istədiyi geyimdə olmaq, əri ilə tək qalmaq, ailə həyatını istədikləri tərzdə yaşamaq haqları var. Amma ərinin imkanı olmadığı təqdirdə mümkün olmayan şeyi tələb etməməlidir.
8) Ərinizin və ya qaynananızın sizin ananızla danışmanıza qadağa qoymasına heç bir haqqı yoxdur və buna görə günah qazanır. Əriniz öz valideynləri ilə əlaqə saxladığı kimi və sizdən də onun valideynlərinə xoş davranmağı tələb etdiyi kimi, özü də sizin valideynlərinizə xoş münasibət göstərməli və sizin də əlaqə saxlamağınıza icazə verməlidir. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir: "Allah hər günahın cəza vaxtını Qiyamətə qədər təxirə salar. Ancaq valideynə qarşı edilən itaətsizlik bundan istisnadır. Allah ona ölümündən öncə dünyada cəzasını verər". (Tabərani). Həmçinin demişdir: "Valideynləri ilə əlaqəni kəsən cənnətə girməz". (Buxari, Muslim). Qadın istəmədiyi təqdirdə əlaqə kəsdiyi üçün günah qazanmır, amma əri isə buna səbəb olduğu üçün günah qazanır. Ərinizə əgər bacarırsınıza özünüz, əks halda sözünü eşidib dinlədiyi ağsaqqallar və ya qohumlar nəsihət etməlidirlər ki, Allahdan qorxsun və Onun qoyduğu həddləri aşmasın. Uca Allah buyurur: "Qoy onun (peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar." (ən-Nur, 63). Yalnız valideynləriniz sizin ailə işlərinizə qarışaraq fitnə yaradırlarsa, bu halda qadağa qoya bilərlər.
9) Bütün bunların olması üçün Allaha çoxlu dua etmək və duaların qəbul olması üçün xeyirli əməllər etmək lazımdır, çünki insanların qəlbləri Allahın əlindədir.

Xəbərlər     Baxılıb: 2042   Tarix: 12 mart 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ev heyvanı saxlamaq stressi artıra bilər - Araşdırma

Ev heyvanlarının insan psixologiyasına müsbət təsirləri uzun illərdir elmi araşdırmalarla sübut edilsə də, mütəxəssislər bu münasibətin yaratdığı psixoloji yükə də diqqət çəkirlər. xarici mətbuata istinadla xəbər verir ki

.

Keyfiyyətli kərə yağı necə seçilir?

İlk baxışda kərə yağı seçmək çox sadə görünür. Lakin praktikada "kərə yağı" adı ilə satılan məhsullar keyfiyyət baxımından bir-birindən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Bəzi istehsalçılar daha ucuz xammalda

.

Sintioqrafiya: Nədir, necə aparılır və hansı xəstəliklərdə istifadə olunur?

Sintioqrafiya (digər adı ilə qamma-skanlama) bədənin daxili orqanlarının və toxumalarının təsvirini yaradan diaqnostik nüvə təbabəti üsuludur. Bu metod hədəf orqana çatdırılan və xüsusi kamera tərəfindən qeydə alınan, qamm

.

Evdə pilates: Doğru başlamaq üçün bilməli olduğunuz məqamlar

Pilates müasir dövrdə arıqlamaq və formada qalmaq üçün ən çox üstünlük verilən idman növlərindən biridir. İdman zallarına getmədən, ev şəraitində rahatlıqla edilə bilən bu məşqlər xüsusilə qarın, kürək və omba əzələlərin

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

"Qanım şirindir" deyənlərin nəzərinə: Alimlər ağcaqanadların insan seçmə sirrini açdı

Ağcaqanadların bəzi insanlara daha çox hücum etməsi uzun illərdir maraq doğuran mövzulardan biridir. Aparılan elmi araşdırmalar göstərir ki, bu həşəratlar qurbanlarını təsadüfi seçmirlər və onların seçimində bir neçə bioloj

.

Professor D vitamini çatışmazlığının risklərini açıqlayıb

D vitamini çatışmazlığı bir çox ciddi sağlamlıq probleminin yaranmasına səbəb ola bilər. xəbər verir ki, Akdeniz Universiteti Tibb Fakültəsinin Dəri və Zöhrəvi Xəstəliklər kafedrasının müəllimi professor Ayşe Akman bildiri

.

Uzun müddət oturmağın zərərini azaltmağın ən sadə yolu açıqlandı

Hər saatda cəmi beş dəqiqəlik qısa fasilə vermək uzun müddət oturmağın sağlamlığa mənfi təsirlərini azaltmaq üçün ən təsirli üsullardan biri hesab olunur. "British Journal of Sports Medicine" jurnalında dərc oluna

.

Günə enerji dolu başlayın: Uzmanlara görə səhər edilməli olan 5 hərəkət

Mütəxəssislər bildirir ki, günə hərəkətlə başlamaq həm zehni ayıqlığı artırır, həm də bədəni fiziki olaraq günə hazırlayır. xəbər verir ki, fitness və sağlamlıq üzrə mütəxəssislərin tövsiyə etdiyi 5 vacib səhər hərəkəti bunlardır:

turlar.az

toy gecesi qaşların formalari hamiləlik qəlyanaltı reseptləri otaq dizayni hakista xina yaxdi sozleri uz ucun maska resepti kosmetika hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz sperma qaynana tanisliq novruz bayramına aid hakışda