Qaynanasından Təranə Qumrala cavab
"Ay Zaur" verilişində qayınanası haqqında danışan müğənni Təranə Qumrala cavab gəldi.
Lent.az-la əlaqə saxlayan Musa Musayevin anası gəlini barədə bu sözləri deyib:
"Mən Təranə Qumralı gəlin hesab etmirəm. Çünki onu gəlin gətirməmişəm. Mən Musaya toy edib, gəlin gətirmişdim. Amma o, ailəsini dağıdıb, gedib Təranəni aldı. Mən digər gəlinlərimi çox istəyirəm, Təranəni yox. O, 20 ildir ki, Musa balamı mənə həsrət qoyub. Təranə ilə danışmaram. O, bizim başımıza nələr gətirmədi? Musanı dəli elədi. Məni də cadugər hesab edir. Onu necə gəlin hesab edim? Məni övladıma tamarzı qoyub. Musaya zəng edirəm, imkan vermir ki, oğlumla beş kəlmə söz danışım. Necə qəbul edim o gəlini? Yalan deyir. Mən heç onu görməmişəm, heç görüşməmişəm də".
Musa Musayevin anası Gülbikə xanım bu yaxınlarda Musa ilə Təranə Qumralın efirdə özlərinə toy etmələrinə də münasibət bildirib: "O toyda mən iştirak eləmədim. Onlara nifrət elədim. Gözləyib bu yaşlarında özlərinə toy ediblər. Mənim adımı heç yerdə çəkməsin. Mən sakit oturmuşam evimdə. Verilişdə Təranə min hoqqa çıxartdı. Küçədən bir arvad gətirdi ki, bu Musanın anasıdır. Küçədən tutduğu bir qadını verilişdə anası kimi təqdim etdi. Adama deyərlər utanmırsan? Axı sənin anan mənəm. Mən burdayam. Təranə icazə vermir ki, Musa gəlib mənimlə görüşsün. Xahiş edirəm ki, bu dediklərimi yazın. Bilsinlər ki, övladım məndən imtina edib, Təranəni seçdi. Mən onlarla heç vaxt barışmayacam. Musa övladımdır, bəlkə onunla son nəfəsimdə barışaram. Amma Təranə ilə ömrü boyu. Təranə dedi ki, efir vasitəsi ilə əlinizi öpürəm. Mənim əlimdən öpməsin. Getsinlər bir-birlərinin əllərindən öpsünlər. Mənə lazım deyil. İki gəlinim var, ikisi də namuslu, qeyrətli, adıma layiq".
f Paylaş








Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri