Qazlı içkilər insult riskini artırır

Qazlı içkilər insult riskini artırırDiyetik kimi tanınan şəkərsiz qazlı içkilər ürək çatışmazlığı və insult riskini artırır. Buna səbəb sözügedən məhsulda istifadə olunan aşağı kalorili şirin maddə - eritritdir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə elm adamları apardıqları araşdırmadan sonra xəbərdarlıq ediblər.
Onların sözlərinə görə, eritrit şəkərdən 70% daha şirindir və qanda trombositlərin aktivliyini artırır, bu isə qan laxtalarının yaranmasına səbəb ola bilər.
"Qan laxtaları damarları tıxayaraq insult və ya ürək tutmasına, bəzi hallarda isə, hətta ölümə səbəb ola bilər", - deyə mütəxəssislərin xəbərdarlığında bildirilir.
Qeyd edək ki, eritrit təbii şəkildə bəzi meyvə və tərəvəzlərdə, o cümlədən qarpız, armud və göbələklərdə var. Bu maddə orqanizmdə insulin ifrazını stimullaşdırmır və qanda şəkərin səviyyəsinə təsir göstərmir. Buna görə də o, diabet xəstələri üçün təhlükəsiz hesab edilir.
Lakin son tədqiqatlar qanda eritritin yüksək miqdarda olmasının çox qısa müddətdə ürək-damar sistemi üçün ciddi risk yaratdığını göstərir.
Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə, ürək-damar xəstəlikləri dünyada ölüm səbəbləri arasında birinci yerdədir. Azərbaycanda da bu xəstəliklər ölüm hallarının əsas səbəblərindəndir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1667   Tarix: 11 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

turlar.az

kosmetika mehsullari qadin sayti donlar 2026 kaktusa qulluq aliment almaq allergiya dirnaq manikuru kosmetika maraqli hakistalar orqazm kəlamlar masturbasiya nedir atalar sozleri