Qədim təbiblərdən: Qozu 1 gecə suda saxlayıb içsəniz

Qədim təbiblərdən: Qozu 1 gecə suda saxlayıb içsənizHər kəsin istehlak etməli olduğu qidalar arasında yer alan qozun faydaları saymaqla bitmir.
Bütöv qozu bir stəkan suya qoyub bir gecədə saxlayın, alınan qoz şirəsini mütəmadi olaraq istehlak edin və faydalarını görün.
Milli.Az aztibb.az-a istinadən bildirir ki, bu şirə həzm sistemi üçün əla köməkçidir. Qəbizliyi aradan qaldırır. Həm də qaz problemi və şişkinlik kimi narahatlığın qarşısını alır. Ağrılı menstruasiya keçirən qadınların bu dövrü daha rahat keçirməsinə şərait yaradır.
Qoz şirəsi süd verən və hamilə qadınlara da məsləhət görülür. Hamiləlik zamanı artıq çəki artımının qarşısını alır. Bundan əlavə, süd verən analarda qoz suyunun tərkibindəki vitaminlər də süd vasitəsilə körpəyə keçir. Bu dövrdə körpə üçün lazım olan vitaminlər təbii şəkildə qəbul edilir.
Tərkibindəki vitaminlərlə beynin funksiyalarını gücləndirir. Beləliklə, gələcəkdə Alzheimer kimi beyin xəstəliklərinə tutulma riskini azaldır.
Qoz suyu arıqlamağa kömək edir. Tərkibindəki zülal ekstraktları ilə bədənin yağ yanmasını sürətləndirir və beləliklə arzuolunmaz bölgələrdə yağların yığılmasına təsir edir. Maddələr mübadiləsini də sürətləndirdiyi üçün arıqlamağa çalışanların hər gün ac qarına bir stəkan qoz suyu içmələri tövsiyə olunur. Bu bəzi pəhriz proqramlarında yeməklər arasında istehlak edilə bilən bir içkidir.
Dərinin yumşalmasını və daha sağlam görünüşünü təmin edir. Sızanaq kimi dəri problemlərinin müalicəsində də istifadə olunur. Dırnaqları və saçları gücləndirmək üçün qulluq vasitəsi kimi də məsləhətdir.
Qoz suyu yuxu problemi olanlar üçün vacib bir içkidir. Sakitləşdirici təsiri ilə yatmazdan əvvəl içilən qoz suyu rahat yatmağınıza kömək edir.
Yorğunluq, gərginlik və zəiflik kimi problemləri azaldır, həyat keyfiyyətinizi yaxşılaşdırır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 947   Tarix: 23 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

həkim məsləhəti yay geyimləri 2026 kosmetika mehsullari cins salvar 2026 həzm orqanları kökəlmə sirləri ayaqqabı kosmetika hakisdalar efsaneler lakonizim namiq qaraçuxurlu layla