Qəflətən həyacanlanıb qorxsanız... - Həkim yazır

Qəflətən həyacanlanıb qorxsanız... - Həkim yazırPanik atak, heç bir real təhlükə və ya bəlli bir səbəb olmadıqda ciddi fiziki reaksiyalara səbəb olan güclü qorxunun qəfil epizodudur. Panik atak çox qorxulu ola bilər. Həyəcan tutmaları baş verdikdə, nəzarəti itirdiyiniz, infakt keçirdiyiniz  və ya hətta öldüyünüzü düşünə bilərsiz.
Bir çox insanlar həyatlarında yalnız bir və ya iki dəfə həyəcan tutmaları keçirirlər. Stressli vəziyyət sona çatdıqda tutma yox olur. Ancaq təkrarlanan, gözlənilməz həyəcan tutmaları keçirmişsinizsə, və ya yenidən keçirəcəyinizin qorxusuyla yaşayırsınızsa sizde panik pozulma vəziyyəti ola bilər.
Panik atakların həyat üçün bir təhlükəsi olmasa da, onlar qorxulu ola bilər və həyat keyfiyyətinizə əhəmiyyətli dərəcədə təsir edə bilər. 
Simptomları
Həyəcan tutmaları adətən anidən başlayır. Onlar istənilən vaxt - maşın sürərkən, alış-veriş zamanı, yuxuda olarkən və ya işgüzar görüş zamanı başlaya bilər. 
Panik atakların bir çox variasiyaları var, lakin simptomlar bir neçə dəqiqə ərzində maksimuma çatır. Panik atak keçirdikdən sonra özünüzü yorgun və halsız  hiss edə bilərsiz. 
Qəflətən həyacanlanıb qorxsanız... - Həkim yazırHəyəcan tutmalarına adətən bu simptomlar daxildir:
- yaxınlaşan təhlükə hissi
- idarəetməni itirmə hissi və ya ölüm qorxusu
- ürək çırpınmaları
- tərləmə
- titrəmə
- nəfəs darlığı və ya boğazda sixilma hissi
- üşümə
- ürəkbulanma
- qarında spazmlar
- sinədə ağrılar
- başağrıları
- başgicəllənmə
- uyuşma və ya qarışqa gəzməsi hissiyyatı
- istigəlmələr
- ayrılıq hissi
Həyəcan tutmalarının ən pis tərəfi yenidən həyəcan tutmasını keçirəcəyinizə dair qorxu hissidir. Panik atakdan o qədər qorxa bilərsiz ki, onun baş verə biləcəyi vəziyyətlərdən uzaq qaçırsiniz.
Qəflətən həyacanlanıb qorxsanız... - Həkim yazırNə vaxt həkimə müraciət etmək lazımdır?
Panik atak əlamətləriniz varsa, mümkün qədər tez mütəxəssisə müraciər edin. Həyəcan tutmaları çox narahat edici olsa da təhlükəli deyil. Ancaq panik atakları təkbaşına idarə etmək çətindir və müalicə olmadan daha da pisləşə bilər.
Həyəcan tutmaları simptomları infakt kimi daha ciddi sağlamlıq problemlərinin simptomlarına da bənzəyir, buna göre də simptomlarınıza nəyin səbəb olduğuna əmin deyilsizsə, müəyyən müayinələrlə digər diaqnozlar inkar olunmalıdır.
Səbəblər
Panik ataklara və ya panik pozulmalara nəyin səbəb olduğu bilinmir, lakin aşağıdakı amillər rol oynaya bilər:
- genetika
- böyük stress 
- stresse qarşı daha həssas və ya mənfi duyğulara meylli temperament
Həyəcan tutmaları birdən-birə və əvvəlcədən heç bir əlamət olmadan baş verir. Lakin zaman keçdikcə onlar adətən müəyyən vəziyyətlərdən qaynaqlanır.
Bəzi araşdırmalar göstərir ki, bədənimizin təhlükəyə qarşı təbii mübarizə reaksiyası həyəcan tutmalarının yaranmasında iştirak edir. Məsələn, bir ayı arxamızca gələrcə vücüdumuz instiktiv olaraq reaksiya verir. Vücudumuz həyati təhlükəsi olan bir vəziyyətə hazırlaşdıqca ürək döyüntümüz və tənəffüzümüz sürətlənir. Eyni reaksiyaların çoxu həyəcan tutmalarında da baş verir. Ancaq bəlli bir təhlükə olmadığı halda həyəcan tutmasının niyə baş verdiyi məlum deyil.
Risk faktorları
Həyəcan pozulmasının simptomları daha çox yeniyetməliyin sonlarında və ya erkən yetkinlik dövründə başlayır və kişilərdən daha çox qadınlara təsir göstərir.
Panik atak və ya panik pozulmanın inkişaf riskini artıran amillərə aşağıdakılar daxildir:
- ailə üzvləri arasında panik ataklı xəstənin olması
- sevilən birinin ölümü və ya ciddi xəstəliyik kimi əsas həyati stress
- cinsi təcavüz və ya ciddi qəza kimi travmatik hadisə
- həyatınızdakı əsas dəyişikliklər, məsələn, boşanma və ya ailədə yeni körpənin doğulması
- siqaret çəkmək və ya həddindən artıq kofein qəbulu
- uşaqlıqda fiziki və ya cinsi istisma 
Qəflətən həyacanlanıb qorxsanız... - Həkim yazırFəsadlar
Müalicə edilməmiş panik atak və ya panik pozulma həyatınızın demek olar ki, hər sahəsinə təsir edə bilər. Həyəcan tutmalarının başlamasında o qədər qorxu yaranır ki, daim bir qorxu vəziyyətində yaşayırsız və həyat fəaliyyətini pozursunuz.
Panik atakların səbəb ola biləcəyi və ya əlaqəli ola biləcəyi ağırlaşmalara aşağıdakılar daxildir:
- avtomobil sürmək və ya evi tərk etmək qorxusu kimi xüsusi fobiyaların inkişafı
- sağlamlıq problemləri və digər tibbi səbəblər üçün tez-tez tibbi yardım
- sosial vəziyyətlərdən qaçınmaq
- işdə və məktəbdə problemlər
- depresiya, narahatlıq pozulmaları və digər psixiatrik pozulmalar
- intihar düşüncələrinin artması
- alkoqol və digər maddələrdən sui-istifadə 
- maliyyə problemləri
Bəzi insanlar üçün panik pozulmalarına aqorofobiya - həyəcan tutmanız varsa qaça bilməyəcəksiniz və ya kömək ala bilməyəcəyinizdən qorxduğunuz üçün sizi narahat edən yerlərdən və ya vəziyyətlərdən qaçmaq, daxil ola bilər. Yaxud da evinizi tərk etmək üçün yanınızda kiminsə olmasına arxayın ola bilərsiz.
Qarşısının alınması
Həyəcan tutmalarının və ya panik pozulmalarının qarşısını almaq üçün xüsusi bir yol yoxdur. Ancaq bu tövsiyyələr kömək edə bilər:
- Panik atakların pisləşməsini və ya daha tez-tez baş verməsini dayandırmaq üçün mümkün qədər tez müalicə alın.
- Residivlərin və ya panik atak əlamətlərinin pisləşməsinin qarşısını almaq üçün müalicə planınıza dəqiq eməl edin.
- Narahatlıqdan qorunmaqda rol oynaya biləcək müntəzəm fiziki fəaliyyətlə məşğul olun.
Nevroloq Sevinc Mir Seyid
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1360   Tarix: 06 iyul 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

kosmetik vasiteler sac duzumleri makiyaj instagram dişlər hakista xina lobya tursusu 2026 ayaqqabı modelləri kosmetika vicdan penis 8 mart xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır qiz burcu