Qəhvə bu formada içiləndə ömrü uzadır
ABŞ-də aparılan genişmiqyaslı araşdırma sübut edib ki, qəhvə düzgün şəkildə içildikdə insan ömrünü uzada bilər.
Milli.Az xəbər verir ki, Tufs Universitetinin alimləri 46 mindən çox amerikalının həyat tərzini və qəhvə istehlakını təhlil edərək belə nəticəyə gəliblər: gündə 2-3 fincan az şəkərli qəhvə içənlərin vaxtsız ölüm riski 17 faizədək azalır.
Araşdırmada iştirak edənlərin təxminən 11 illik həyat göstəriciləri öyrənilib. Bu müddətdə 7 minə yaxın ölüm halı qeydə alınıb. Məlum olub ki, şəkərsiz və krem əlavə olunmayan qəhvə içənlər daha uzun ömür sürür. Əksinə, içkiyə çoxlu şəkər və doymuş yağ (krem, şirin siroplar və s.) qatılan hallarda qəhvənin sağlamlığa təsiri tamamilə yoxa çıxır.
Alimlər onu da vurğulayıblar ki, əsas fayda yalnız kofeinli qəhvədə müşahidə olunub. Kofeinsiz qəhvənin bu baxımdan heç bir təsiri aşkarlanmayıb.
Qara qəhvə antioksidant və iltihabəleyhinə təsirlərə malik maddələr - xlorogen turşusu və polifenollarla zəngindir. Bunlar orqanizmdə maddələr mübadiləsini sürətləndirə, insulinin işləmə qabiliyyətini artıra bilər.
Maraqlıdır ki, çay içən insanlar arasında bu müsbət təsir müşahidə edilməyib. Araşdırmanın müəllifləri bunun səbəbini izah etməyiblər.
Mütəxəssislər bildirirlər ki, sadə, şəkərsiz və kofeinli qəhvə ən faydalı seçimdir. Hazır qəhvə dükanlarında satılan içkilərin çoxu isə yüksək şəkər və yağ tərkibli olduğu üçün bu faydaları tamamilə puç edə bilər.
Tədqiqat ABŞ Milli Səhiyyə İnstitutunun dəstəyi ilə aparılıb və nəticələr "The Journal of Nutrition" elmi jurnalında dərc olunub.
İsmayıl
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arzuolunmaz hamiləlik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir