Qəhvə və çay sevənlərə xoş xəbər

Qəhvə və çay sevənlərə xoş xəbərDünyanın ən məşhur içkiləri olan qəhvə və çayın sağlamlığımız üçün zərərli olduğuna dair bir çox iddialar səsləndirilib. Ancaq yeni bir araşdırmaya görə, bu içkilər ürək sağlamlığına müsbət təsir göstərir.
Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, Çin və İsveç alimlərinin apardıqları araşdırma qəhvə və çayda olan kofeinin ürək sağlamlığı üçün faydalı olduğunu ortaya qoyub.
Araşdırmaya görə, müntəzəm olaraq qəhvə və çay qəbul edən insanlarda hipertoniya, insult, şəkərli diabet və koroner ürək xəstəliyi kimi kardiometabolik pozğunluqların inkişaf riski əhəmiyyətli dərəcədə azalır. Konkret olaraq, gündə üç fincan qəhvə və ya beş fincan çay içən iştirakçılar bu xəstəliklərin iki və ya daha çoxunun inkişaf riskini 40 faizdən çox azaldıblar.
Tədqiqata qatılan 300 mindən çox insanın sağlamlıq məlumatları orta hesabla 11 il izlənilib.
Bu müddət ərzində həm qəhvə, həm də çay içən iştirakçılar ürək-damar sağlamlığında bu içkilərin heç birini içməyənlərə nisbətən daha yaxşı nəticələr əldə ediblər.
Bundan əlavə, kofein qəbul edənlər qan testlərində aşağı xolesterol və insulin müqaviməti əlamətləri göstəriblər.
Nəticə olaraq, bu araşdırma qəhvə və çayın ürək-damar sağlamlığının qorunmasında mühüm rol oynaya biləcəyini göstərir. Bununla belə, bu nəticənin əlavə araşdırmalarla təsdiqlənməsinə ehtiyac olduğu bildirilir.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 2191   Tarix: 20 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

makiyaj instagram gözəllik məhsulları aksessuarlar doğumu necə keçirtdim göyəm mürəbbəsinin resepti endokrin sistem ləkə üçün maskalar kosmetika baldiz tərəzi bürcü janrlar arıqla bayatılarımızda vətən həsrəti