Qəhvəyi düyü xərçəng və ürək xəstəlikləri riskini azaldır
Qəhvəyi düyüdən istifadə xərçəng və ürək-damar xəstəlikləri riskini azaldır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, aparılan tədqiqatların nəticələrinə əsasən, bu dənli bitkinin tərkibində olan selen və maqnezium arteriya damarlarında xolesterin toplanmasının qarşısını alır. Bundan başqa, onun tərkibindəki iltihab əleyhinə təsirə malik antioksidantlar döş və yoğun bağırsaq xərçəngi riskini azaldır.
Həkimlərin sözlərinə görə, zülal, mineral və bağırsağın fəaliyyətini tənzimləyən liflərlə zəngin olan bu növ düyü, həmçinin qanda şəkərin səviyyəsini normallaşdırır və uzun müddətə toxluq hissi yaradır.
Ekspertlər qəhvəyi düyünü orta porsiyalarla yeməyi, qarnir kimi süfrəyə qoymağı, eləcə də şorba və salata qatmağı tövsiyə edirlər.
Milli.Az /news.milli.az









Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz