Qeysəriyyə əməliyyatlarının qorxulu nəticələri

Qeysəriyyə əməliyyatlarının qorxulu nəticələri"Çanaq orqanlarının iltihabi xəstəlikləri infeksiyaları uşaqlıq yolundan və uşaqlıq boynundan uşaqlıq boşluğuna fallop boruları ilə keçməsi nəticəsində yaranır. Belə infeksiyalara cinsi yolla ötürülən qonoreya, xlamidiya, trixomoniaz, eləcə də mikoplazma genitalium aid edilir. Həmçinin, belə iltihabi prosesləri bağırsaq çöpləri, streptokoklar, qardinella, peptostreptokokus və s. kimi infeksiyalar yarada bilər".
Milli.Az lent.az-a istinadən bildirir ki, bu sözləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Yeganə Axundova danışıb. 
Onun sözlərinə görə, doğuşdan, xüsusən də cərrahi doğuşdan (qeysəriyyə) uşaqlıqdaxili vasitələrdən istifadə, histerektomiya, histerosalpinqoqrafiya kimi cərrahi əməliyyatlardan sonra kiçik çanaq orqanlarının iltihabi xəstəliklərinin yaranma ehtimalı daha da yüksək olur:
"Uşaqlıq borularının yüngülvari iltihab prosesi mövcuddursa, sağ və sol qalça çuxurlarında ağrı, bədən hərarətinin yüksəlməsi, titrəmə, qusma kimi əlamətlər ortaya çıxır. Endometriozun olduğu təqdirdə, belin və qarının aşağı hissəsındə ağrılar yarana bilər. Bundan başqa, xəstələri irinli ifrazat, sidik ifrazının tez-tez və ağrılı olması narahat edə bilir. Ağır hallarda irinli intoksikasiya əlamətləri, yəni ümumi zəiflik, taxikardiya, əzələ ağrıları, ağızda quruluq, dispepsiya kimi simptomlarının da yaranma ehtimalı var. Çanaq dibinin irinli iltihabi xəstəlikləri cinsi əlaqənin ağrılı olması ilə də özünü büruzə verə bilər.
Uşaqlıq yolundan gələn axıntının miqdarı və tərkibi müəyyən edilir. Ehtiyac olunduğu təqdirdə, yaxmada cinsi yolla keçən infeksiyaların polimer zəncirvari üsulu ilə təyini, həmçinin yaxmanın əkilməsi ilə materiallar götürülür. Eyni zamanda, xəstələr bimanual müayinə olunurlar. Bu zaman uşaqlıq və onun artımlarının vəziyyəti qiymətləndirilir. Xəstələrə qanın və sidiyin ümumi analizi, qanda C-reaktiv zülalın miqdarı təyin edilir, transvaginal ultrasəs müayinələr aparılır.
Ağırlaşmış hallarda isə rentgen, sistoskopiya, kolonoskopiya, laporoskopiya kimi diaqnostik müayinələr də təyin edilə bilər".
Həkim bildirib ki, xəstəlik yüngül formadadırsa, müalicə ambulator şəraitdə aparıla bilər:
"Bu zaman xəstə nəzarətə alınır və ona antibakterial, iltihabəleyhinə, immun sistemini gücləndirən dərmanlar təyin edilir. Əgər cinsi yolla ötürülən infeksiyalar varsa, uyğun antibiotik seçilir və pasientə mümkün qədər cinsi əlaqədən uzaq durmaq məsləhət görülür. Eyni qaydada partnyor da müvafiq müalicə proqramına cəlb edilir.
Aparılan müalicədən 3 həftə sonra təkrar olaraq infeksiyaların müayinəsi üçün laborator analizlər aparılır. Əgər cütlükdə müayinə zamanı heç bir problem aşkarlanmırsa, hər ikisi tam sağalmış hesab olunur. Lakin xəstəlik ağırlaşmış olarsa, o zaman stasionar müalicə planı təyin olunmalıdır.
Stasionar müalicə planı da effektsiz olarsa, artıq cərrahi əməliyyat icra oluna bilər. Bu zaman artımların iltihaba uğramış tubovarial törəmələrin xaric edilməsi əməliyyatı icra olunur, qarın boşluğu drena edilir və xəstə bir müddət stasionar şəkildə müalicə alır.
Bunun üçün reproduktiv yaş dövründə olan qadınlar arasında maarifləndirmə işlərinin geniş şəkildə aparılması vacibdir. Uşaqlıq yolundan axıntı, xoşagəlməz qoxu, sidik ifrazının tezləşməsi, qarında ağrı və s. kimi əlamətlər olduqda, tez bir zamanda ginekoloqa müraciət edib vaxtında müalicə almaq məsləhət görülür.
Aşkar edilən xəstəliklərin müalicəsinin vaxtlı-vaxtında və düzgün qaydada aparılması üçün müalicə periodu və dərman təyinatı həkimin nəzarəti altında olmalıdır".
Milli.Az

Xəbərlər     Baxılıb: 1387   Tarix: 21 yanvar 2024
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

yay geyimləri 2026 adlarin menasi qadın geyimi mədə xorası hər gün bal edebi janrlar i̇mtahana hazırlıq kosmetika irem derici maya maskasi kökəlmək üçün haxisdalar bayatı