"Qəzanın şahidi oldum, polis məni qandalladı" - VİDEO

"Qəzanın şahidi oldum, polis məni qandalladı" - VİDEO"Maşını idarə etdiyim zaman məni sağdan yüksək sürətlə bir maşın ötmək istədi və bu zaman arxasını qaçırdaraq qəza törətdi. Bunu görüb saxladım və düşüb yaralılara kömək etdim, təcili tibbi yardım çağırdım. Axşam evimdən məni qandalla polis bölməsinə apardılar. İzahat alıb sonradan sərbəst buraxdılar. 4 ay sonra yenidən bölməyə çağırılanda məlum oldu ki, qəzanı törətməkdə ittiham olunuram".
Qadınsaytı.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu 2015-ci ilin yayında Masazırda, Duzlu gölün yaxınlığında baş vermiş ağır yol nəqliyyatı hadisəsi zamanı şahid olduğunu bildirən 1990-cı il təvəllüdlü Məmmədov Əzizbala Hənifə oğlu deyib. O, baş vermiş qəzada təqsirli bilinir və 5 ildən 8 ilə kimi azadlıqdan məhrum edilmə cəzası gözləyir. Lakin M. Əzizbala qəzanın əsl səbəbkarının 1964-cü il təvəllüdlü Hüseynova Səadət Orucəli qızı olduğunu deyir.

Ə. Məmmədov qəzada təqsirinin olmadığını, eyni zamanda qəza baş verəndən sonra hadisə yerində qaldığını sübut edən kifayət qədər dəlillərinin mövcud olduğunu, lakin polis və prokurorluğun əldə olan dəlillərinin işin gedişatına təsir etmədiyini deyir.

Onun vəkili İlqar Əliyev bildirib ki, istintaq işinin içində olan videogörüntüdən də açıq-aydın görünür ki, qəza baş verən an ittiham edilən şəxsin idarə etdiyi "KİA" markalı avtomobil onu ötmək istəyən "Nissan"dan öndədir. Görüntü "Nissan"ın ön şüşəsinə bərkidilmiş "videoregistrator"dan götürülüb və qəzanın baş vermə anında "KİA"nın görüntüdə olması onun öndə olmasını sübut edir.

"Bundan əlavə, qəza iyul ayının 9-da baş verib. İstintaq beş aydan sonra icraatı təqsirli şəxsin müəyyən olunmaması səbəbindən dayandırıb. Amma sonra müstəntiq bir günün içərisində (14 noyabr) Əzizbalanı təqsirli şəxs hesab edib, həm onu cinayət işinin bütün materialları ilə tanış edib, həm də prosesi sonlandırıb məhkəməyə göndərib".

Şikayətçi bildirir ki, istintaqı aparan Abşeron RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi polis mayoru Ayaz Kazımov məhkəmə dindirilməsi zamanı videogörüntünün olmasına baxmayaraq, belə hallarda sürət ölçmə mexanizminin ümumiyyətlə mövcud olmadığını və qəza iştirakçısı olan maşınların sürətlərini onları idarə edənlərin ifadəsi əsasında yazdığını bildirib.

Əzizbalanın digər vəkili Ramin Əliyev müdafiə etdiyi şəxsin qəzadan sonra hadisə yerindən qaçmaqda ittiham edildiyini deyir: "Halbuki bunu heç kəs sübut edə bilmir, nə yolun sonunda olan kameralara baxılmayıb, baxılsa, "KİA"nın oradan nə vaxt keçdiyi bilinərdi".

Vəkillər müdafiə etdikləri şəxsə qarşı irəli sürülən ittihamın heç bir əsasının olmadığını iddia edirlər.

Təqdim etdiyimiz videoyazı da adı keçən Hüseynova Səadət Orucəli qızının maşınından çəkilib.

Xəbərlər     Baxılıb: 1759   Tarix: 19 yanvar 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

turlar.az

sade makiyaj sekilleri reseptler yay geyimləri 2026 biz və kişilər sizanaqlara qarsi maska qızartma qadın alt paltarları kosmetika xerceng hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz qiz evi ucun irem derici qizliq perdesi