Qıcolmalar zamanı ilk yardım

Qıcolmalar zamanı ilk yardımQıcolmalar – bədən əzələlərinin nəzarətsiz tutma şəklində yığılmasıdır. Bəs, qıcolma tutması hansı şəkildə baş verir?
Belə ki, bu zaman insan birdən-birə bir neçə saniyə ərzində sanki donub qalır, sonra göz qapaqları bağlanır və o yıxılır, daha sonra isə ətraf əzələləri yığılmağa başlayır. Bəzi hallarda isə əksinə olaraq insanın bədəni mil kimi dartılaraq gərginləşir. Adətən xəstənin ağzından xeyli köpük xaric olur, bəzən isə qusma da baş verir. Qıcolma tutmasının sonunda qeyri-ixtiyari sidik ifrazı da ola bilər. Qıcolma tutması xəstənin yuxuya getməsi ilə başa çatır. Yuxu bir neçə dəqiqədən bir günə qədər davam edə bilir. Bəzən xəstə özünə gəldikdən sonra özünü qeyri-adi aparır – buna da hazır olmaq lazımdır!
Kiçik uşaqlarda qıcolma tutmasının formalarından biri - huşun itirilməsi, bayılma, kəskin şəkildə əzginlik kimi əlamətlərlə meydana çıxır ki, bu zaman uşaq birdən-birə yumşalır və ətrafdakı hadisələrə heç bir reaksiya vermir.
Qıcolmaların ən böyük təhlükəsi ondan ibarətdir ki, bu zaman dilin qatlanması və ya qusuntu kütləsinin tənəffüs yoluna düşməsi tənəffüsün dayanmasına səbəb ola bilər. Tənəffüsün dayanmasının profilaktikası üçün, xəstəni sadəcə olaraq böyür üstə uzatmaq lazımdır. Zərərçəkənin ağzından onun dilini zorla çıxarmağa cəht etməyin!
Qıcolmalar həm böyüklərdə həm də uşaqlarda təsadüf edilə bilər.
Qıcolmalar aşağıdakı səbəblərdən baş verə bilər:
- bədən temperaturunun yüksək olması (febril qıcolmalar adlandırılır). Yüksək temperaturun fonunda olan qıcolmalara adətən uşaqlarda tez-tez rast gəlinir. Belə qıcolmaların qarşısını almaq üçün, uşaqlarda yüksək hərarəti vaxtında aşağı salmaq lazımdır;
- epilepsiya;
- meningit, ensefalit, beyin absesi, beyin şişi;
- başın travması;
- maddələr mübadiləsinin pozğunluqları – qanda kalsium, kalium, maqnezium elementlərinin azalması;
- tez-tez və uzun müddət ərzində baş verən ishal və qusmalar;
- bədənin həddindən artıq qızması;
- əsəbi uşaqlarda 6 aylığından 3 yaşınadək olan müddət ərzində istənilən güclü emosiya (qorxu, qəzəb, sevinc) qıcolmalara səbəb ola bilər.
Qıcolma zamanı yaranma səbəbindən asılı olmayaraq hər bir halda dərhal "təcili yardım" çağırmaq lazımdır. "Təcili yardım" həkimi gələnə qədər isə xəstəyə aşağıdakı ilk tibbi yardımları etmək olar:
- xəstəni böyür üstə düz səthə (döşəməyə) uzadaraq başının altına yastıq və ya mütəkkə qoyun və ya onun başını dizinizin üstünə qoyun;
- otağa təmiz hava daxil olmasına şərait yaradın (pəncərəni və ya nəfəsliyi açın), xəstəni sıxan paltarları (paltarın yaxasını, kəməri və s.) boşaldın;
- əllərinizlə və ya əlinizin altında olan vasitələrlə qıcolmaların qarşısını almağa, xəstənin ətraflarını düzləndirməyə cəht etməyin – bu ona zərər gətirə bilər;
- xəstəni mümkün qədər, ətrafında təhlükəli əşyalar az olan yerdə yerləşdirmək lazımdır. Tutma zamanı hər hansı bir əşyaya toxunaraq zədələnməməsi üçün xəstəyə diqqətlə nəzarət edin;
- qıcolmanın səbəbi yüksək temperatur olarsa, qıcolmalar qurtardıqdan sonra onu fiziki üsullarla və ya şam şəklində (uşaqlarda) olan dərmanla və ya iynə vurulması ilə endirməyə çalışın. Əgər xəstə huşsuz vəziyyətdə olarsa, onun ağzına sirop tökməyə və ya dərman içirtməyə cəhd etməyin – onlar tənəffüs yoluna düşə bilərlər ki, bu da çox qorxulu hal hesab olunur!
- zərərçəkənin ağzı açıq olarsa, o istənilən an çənələrini birləşdirməklə dilini dişləyə bilər. Bunun baş verməməsi üçün onun dişləri arasına bükülmüş parça (burun dəsmalı, əl-üz dəsmalının bir ucu) qoymaq lazımdır. Əgər çənə artıq sıx bağlanmış olarsa, qəti şəkildə onu zorla açmaq olmaz – bu zaman xəstənin dişləri sına bilər və ya xəstə sizin barmağınızı dişləyə bilər.
Qıcolma tutması zamanı xəstə uşağı heç bir halda bir dəqiqə də olsa nəzarətsiz qoymaq olmaz!
Qıcolma tutmasından sonra həmin şəxs həkimlər tərəfindən diqqətlə müayinə olunmalıdır. Bəzi hallarda onun xəstəxanaya yerləşdirilməsi də tələb oluna bilər.
Qıcolma tutması olmuş uşaqların valideyinləri, bəzən belə hesab edirlər ki, bundan sonra uşaqda epilepsiya xəstəliyi inkişaf edəcək. Bir sıra tibbi statistik məlumatlara əsasən, qıcolma tutması keçirən uşaqların yalnız 2%-ində epilepsiya xəstəliyi inkişaf edir. Lakin qıcolma tutmasından sonra uşaq mütləq nevropatoloq tərəfindən müayinə olunmalıdır!

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 1689   Tarix: 31 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

makiyaj etmek qaydalari maskalar sac duzumleri körpələrdə süni qidalar uzum sirkesinin hazırlanması qaydasi qadınlar şirniyyat və tortlar kosmetika intim munasibetler bürcler buga burcu xeyanet seksi