Qırmızı Xoruz ilində hansı zodiak illəri varlanacaq?

Qırmızı Xoruz ilində hansı zodiak illəri varlanacaq?2017-ci ilin rəmzi Qırmızı Xoruzdur. Şərq təqviminə əsasən, qarşıdakı il biznesə başlamaq üçün uğurludur. Əlverişli maliyyə imkanları və təklifləri əldən verməmək üçün siz maksimum sürətlə və müntəzəm fəaliyyət göstərməlisiniz.
Əgər uzun illər boyu öz işinizi qurmağı planlaşdırmısınızsa, onda Xoruz ili bu arzunu reallığa çevirmək üçün ən yaxşı vaxtdır. Ancaq 2017-ci ilin maddi baxımdan uğurlu olması üçün sizin diqqət etməli olduğunuz bir neçə vacib məqam var. Birinci növbədə gələn ilə qədər bütün borclarınızı mütləq qaytarmalısınız. Hər halda borcları vermədən işə başlamaq sizə xeyr gətirməyəcək.
Əgər köhnə iş yerinizdə özünüzü narahat hiss edirsinizsə, Qırmızı Xoruz ili işin dəyişdirilməsi üçün də ən ideal zamandır. Öz ideya və layihələrinizi həyata keçirmək üçün sizin çoxlu imkan və şanslarınız yaranacaq, onu qaçırmayın! Yaxud da siz ömrü boyu mühasib işləyib, amma müğənni olmağı arzulamısınızsa, onda xəyallarınızın ardınca gedə bilərsiniz. Bu məsələdə Xoruz İli sizə kömək edəcək.
İşindən razı olan insanlar isə maaşın artırılması və irəliləyişə nail olmaq üçün maksimum səy göstərməlidir. Əgər tənbəllik etməsəniz, zəhmətinizin əvəzində mütləq mükafat alacaqsınız.
Maliyyə baxımından 2017-ci il Dovşan, Öküz, At, Xoruz, Meymun və Əjdaha ilində dünyaya gələnlər üçün uğurlu olacaq.
Xarici mətbuata istinadən astroloqların zodiak illərinə görə gələn il üçün hazırladığı maliyyə proqnozunu təqdim edirik.
Şiçan\Siçovul: 1948, 1960, 1972, 1984, 1996, 2008
Siçan ilində doğulanlar müxtəlif biznes-təşəbbüsləri həyata keçirməlidir. Sahib olduğunuz status, vəzifə, maliyyə imkanları və ya işinizi qorumaq üçün maksimum səy göstərməlisiniz. İşdə və karyerada xoşagəlməz hadisə ilə üzləşməyə hazır olun.
Öküz: 1937, 1949, 1961, 1973, 1985, 1997, 2009
Bu ildə dünyaya gələnlər çox zəhmətkeşdir. Qırmızı Xoruzu ili onların zəhmətkeşliyi mütləq layiqincə qiymətləndirəcək. Onlar karyerasında pillə-pillə irəliləyərək maliyyə vəziyyətini yaxşılaşdıra biləcəklər. Ümumiyyətlə, Öküz ilində doğulanlar üçün 2017-ci il sıfırdan biznesə başlamaq baxımdan ideal vaxtdır. Sizə yalnız ilk addımı atmaq lazımdır və qismət üzünüzə dərhal güləcək, həmçinin sizə kömək edən dostlar və havadarlar tapılacaq.
Pələng: 1938, 1950, 1962, 1974, 1986, 1998, 2010
2017-ci ildə Pələnglər uzun illər ərzində əldə etdikləri işgüzar əlaqələri itirmək təhlükəsi ilə qarşılaşacaq. Bununla əlaqədar onlara şayiələrə reaksiya verməmək, müxtəlif təxribat və çəkişmələrdən uzaq durmaq məsləhət görülür. Pələnglər öz maliyyə vəziyyətini stabil saxlamaq özünü maksimum rahat aparmalı və hər addımını ölçülüb-biçməlidir.
Dovşan\Pişik: 1939, 1951, 1963, 1975, 1987, 1999, 2011
2017-ci il Dovşan ilində doğulan insanlar üçün təkcə karyera baxımdan deyil, həm də bütövlükdə fəaliyyətini dəyişməsi üçün əlverişlidir. Əgər bu addımı atmağa risk etsəniz, onda sizi maliyyə sahəsində böyük uğur gözləyir. Siz nəinki pul qazana bilərsiniz, həm də cəmiyyətdə status qazana və karyerada yüksəklə bilərsiniz.
Əjdaha: 1940, 1952, 1964, 1976, 1988, 2000, 2012
Qırmızı Meymun ilində qazandığınız ütün təşəbbüslər, layihələr və işlər Xoruz ilində də eyni rəvan ilə gedəcək və uğurlu olacaq. Lakin Əjdahalara sayıqlığı itirmək və arxayınlaşmaq olmaz. Maliyyə vəziyyətinizi artırmaq üçün bazarda baş verən dəyişiklikləri daim izləyin. 2017-ci il yeni layihələrin başlanması üçün də düşərlidir.
İlan: 1941, 1953, 1965, 1977, 1989, 2001, 2013
İlan ilində doğulan insanlar üçün böyük maliyyə və biznes uğurları gözlənilmir. Amma siz öz həmkarlarınız arasında nüfuz qazanacaq və karyerada yüksələcəksiniz. Nəticədə bu amil əmək haqqının artmasına təkan olacaq.
At: 1942, 1954, 1966, 1978, 1990, 2002, 2014
Atlar üçün 2017-ci il maliyyə, o cümlədən bütün sahələrdə maksimum əlverişli olacaq. Biznes təklifləri aşıb-daşacaq. Sizin vəzifəniz isə özünüzə maksimum uyğun olan ən cəlbedici variantı seçməkdir. İlk gələn təkliflə razılaşmağa tələsməyin. At ilində doğulanlar çalışqan olsa və özünü bütünlüklə işinə həsr etsə, karyerada yüksək zirvələrə çata biləcəklər.
Keçi: 1943, 1955, 1967, 1979, 1991, 2003, 2015
Bu il sizin üçün səfərlər, müxtəlif əyləncə və tədbirlər baxımdan zəngin olacaq. Siz karyeranıza böyük təsir göstərəcək adamlarla tanış olacaqsınız. Əgər bizneslə məşğul olursunuzsa, çox sərfəli biznes-təklifləri ala bilərsiniz. 2017-ci ildə tanış olduğunuz işgüzar tərəfdaşlar uzun illər sizinlə işləmək istəyəcək.
Meymun: 1944, 1956, 1968, 1980, 1992, 2004, 2016
2017-ci il Meymun üçün əlverişli olacaq, lakin tənbəlliyi, dəliliyi və dəyişkənliyi uğura doğru gedən yolda onlara mane ola bilər. Əgər siz maksimum fəal olsanız, onda bütün istədiyiniz məqsədlərə çata bilərsiniz. Qırmızı Xoruz ili sizin üçün istirahət vaxtı deyil, əksinə, aktiv layihələr həyata keçirmək üçündür. Sizin hansısa bir biznes-layihə rəhbəri olacağınız ehtimalı var. Son nəticədə sizin əlinizə çoxlu pul keçəcək.
Xoruz: 1945, 1957, 1969, 1981, 1993, 2005, 2017
2017-ci ildə Xoruzların yoxsulluq çəkməyəcəyi dəqiqdir. Onların pulu təkcə rahat yaşamasına deyil, həm də öz layihələrinin startı üçün yetərli olacaq. Xoruz İlində işinizi dəyişmək lazım deyil, sizi öz yerinizdə uğur və irəliləyiş gözləyir. Maaşların artırılması mümkündür.
İt: 1946, 1958, 1970, 1982, 1994, 2006
İt ilində doğulanlar üçün iş və biznes sahəsində xüsusi uğur gözlənilmir. 2017-ci il sizin üçün maddi baxımdan nisbətən sabit olacaq. Siz çoxlu pul qazanmayacaqsınız, amma öz əmanətlərinizi itirməyəcəksiniz.
Donuz\Qaban: 1947, 1959, 1971, 1983,1995, 2007
2017-ci ildə yaradıcılıq fəaliyyəti ilə məşğul olan insanlar məşhurluq qazanacaq. Ümumilikdə sizin maliyyə vəziyyətiniz sabit qalacaq. İşlər bu il sizin üçün ikinci plana keçəcək, əsas qüvvəniz şəxsi həyat üzərində cəmlənəcək.//publika.az

Xəbərlər     Baxılıb: 1836   Tarix: 15 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

adlarin menasi hamilelikde qidalanma maskalar uşaq yeməkləri qazan katleti piodermiya nedir kişi sonsuzluğu kosmetika oyunlar vətən haqqında bayatı pizza qiz burcu əfsanələr