Qısa müddətdə möhtəşəm makiyaj etməyin üsulları

Qısa müddətdə möhtəşəm makiyaj etməyin üsullarıQısa müddətdə makiyaj edə bilməyi kim istəməz ki? Səhər 10 dəqiqə daha artıq yatmağınıza imkan verəcək makiyaj etmə üsulları ilə qarşınızdayıq! Peşəkar görünüşlü makiyajınızla hər kəsi heyran edə biləcəksiniz. Makiyaj mürəkkəb bir proses kimi görünsə də, əsas qaydaları öyrəndikdən sonra zövq almağa başlayacaqsınız və hər zaman özünüzü güzgüdə görmək istəyəcəksiniz. Bəzən saatlarla güzgü qarşısında bəzənərək vaxt itiririk. Bundan da ən çox sevdiyimiz insanlar, daha çox da kişilər narazı qalır. Heç kim sizi gözləmək istəmir. Halbuki, sadə və asan makiyaj etmək mümkündür.
Artıq makiyaj etməyi öyrənmək üçün doğru yerdəsiniz! Aşağıdakı addımları ataraq həm qüsursuz, həm də olduqca sürətli olan makiyaj üsullarını öyrənməyə hazırsınız? O zaman diqqətiniz bizdə olsun. Beləliklə, sizə qısa müddətdə möhtəşəm makiyaj etməyin üsullarını təqdim edirik:
Üz makiyajına 5 dəqiqə sərf edin. "Fil sümüyü" tonunda olan tonal kremi üzünüzə çəkin. Üzünüzdəki qızartı və ya qüsurları örtmək üçün ikinci qatı da çəkin. Göz altındakı tünd rəngi də xüsusi gözaltı kremlə örtün. Dərinizin sağlam görünməsi üçün üzünüzdəki almacıq sümüklərə gel və ya krem şəklində ənlik sürtün və barmaq uclarınızla dairəvi yayın.
Qısa müddətdə möhtəşəm makiyaj etməyin üsullarıGözlərinizə 3 dəqiqə ayırın
Əvvəlcə, təbii acıq gümüşü rəngli göz kölgənizi kirpiklərin dibindən göz qapaqlarının yuxarısına doğru makiyaj fırçasının köməyilə çəkin. Daha sonra kirpiklərinizə mavi tuş çəkin.
Gündəlik makiyajda göz layneri istifadə etmək istəyirsinizsə, sadəcə bir az daha çox vaxt və səbr lazımdır. Əvvəlcə bir göz qələmi ilə xəttinizi təyin edin. Xətlərin düzgün çəkildiyinə əmin olduqdan sonra, maye göz layneri ilə estendən çəkin. Kirpiklərinizə tuş tətbiq edin. Qaşlarınızı darayın və boşluqları qələmlə doldurun.
Qısa müddətdə möhtəşəm makiyaj etməyin üsullarıDodaqlar 2 dəqiqədə hazırdır
Dodaqlarınızı öz rəngindən iki ton daha tünd rənglə sevindirin. Dodaq qələmindən istifadə etməyin. Alt dodağınıza şaftalı rəngində dodaq parıltısı sürtün. Bu cür dodaqlarınız daha dolğun görünəcəkdir.

Gözəllik və Moda     Baxılıb: 3579   Tarix: 27 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

.

Moda dünyasının qadın gözəlliyinə təsiri

Moda dünyası, yalnız geyimlərin və aksesuarların dəyişməsi ilə məhdudlaşmır; o, həmçinin qadın gözəlliyi və cəmiyyətin gözəllik standartlarına olan baxışını dərin şəkildə təsir edir. Bu məqalə, moda dünyasının qadın gözəlliyin

.

Fransız qızlarının gözəllik sirləri

Nədənsə 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmı

.

Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal

Baxımlı görünmək hər zaman bahalı geyimlər, çoxsaylı kosmetik vasitələr və ya hər gün gözəllik salonuna getmək demək deyil. Bəzən qadının ümumi görünüşünü dəyişən çox kiçik detallar olur. Təmiz və səliqəli saç, baxımlı əllər

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

turlar.az

yay geyimləri 2026 toy gecesi yemek reseptleri gullu cantalar mastopatiya agrilari bitki dərmanları mesameler ucun maskalar kosmetika pizza novruza aid hakisda nagillar eqreb