Qişda nə yeməli? – PROFESSORDAN MƏSLƏHƏT

Qişda nə yeməli? – PROFESSORDAN MƏSLƏHƏTSoyuqlar düşəndə insanları düşündürən suallardan biri bu olur. "Qışda nə yeyəcəm?"
Bu sual ona görə hamını maraqlandırır ki, yayda bol vitaminli və minerallı məhsulları qışda tapmaq olmur. Burada söhbət təbii yetişən, yəni öz fəslində yeyilən məhsullardan gedir. Foodinfo.az xəbər verir ki, qışda qida çeşidinin azalması bədəndə vitamin azlığına səbəb olur. Buna baxmayaraq, bu fəsildə fiziki aktivlik də aşağı düşdüyü üçün bol vitaminli qida qəbul edilməsə belə, artıq çəki problemi yaranır. Bəs qışda nəyi yemək olar? Hansı qidalardan uzaq durmaq lazımdır?
Foodinfo.az bildirir ki, professor Adil Qeybullanın dediyinə görə, qış fəslində istifadə edilən qidalar vitaminləri az olan məhsullardır və bunları təmin etmək üçün müəyyən komponentləri qəbul etmək lazım gəlir. Ekspertin sözlərinə görə, bədən qışdan nisbi vitamin çatışmazlığı ilə çıxır və yazda bunu meyvə-tərəvəzin hesabına ödəyir: "İndi parnik və digər süni vasitələrlə meyvə-tərəvəz il boyu yetişdirilir və onlardan istifadə edilir. Amma təbiət elə qurulub ki, hər fəslin öz meyvəsi və digər məhsulları var. Onlar öz yetişdiyi vaxtında yeyilməlidir. Hələ mən Geni Modifikasiya Olunmuş (GMO) məhsulları demirəm. Onlar ayrı bir problemdir. Azərbaycana çox geniş çeşiddə GMO məhsullar daxil olur. Bu qidaları elə bil eyni qəlibdən çıxarıblar. Təəssüflər olsun ki, GMO-lar bu gün bizim qida rasionumuzun əsasını təşkil edir. Bunlardan mümkün qədər uzaq olmaq lazımdır. Xüsuilə uşaqlar və hamilə qadınlar daha diqqətli olmalıdır".
A.Qeydulla sözlərinə əlavə edib ki, qışda mümkün qədər çox qidalanmadan çəkinmək lazımdır: "Çünki az hərəkət edirik, əvəzində çox qida qəbul etdiyimiz üçün daxil olan kalori ilə xaric olan kalori arasında balans pozulur. Bu balans pozulduqda isə kalori bədəndə depolanır, nəticədə piylənməyə və artıq çəkinin yaranmasına səbəb olur. Qış fəslində gündə 4 dəfə, amma az-az yemək məsləhət görülür. Bu, həzm prosesinin yaxşı işləməsinə də faydalıdır. Ümumiyyətlə qışda tərkibində proteinli qidalara üstünlük verilməlidir. Çox yağlı yeməklər məsləhət görülmür".
Miqdarını keçməmək şərti ilə ət, süd və yumurtanın qışda bədənimizin ehtiyac duyduğu proteini təmin etdiyini bildirən professor deyib ki, səhər yeməyində az miqdarda kərə yağı da istifadə edilə bilər. Amma uzun müddət eynni qidanı qəbul etmək də doğru deyil. Bacardıqca fərqli məhsullara müraciət edilsin. Qışda bir çoxlarının sevimli yeməyi olan xəmir xörəklərindən də danışan Adil Qeybulla, hər kəsi diqqətli olmağa çağırıb: "Belə yeməkləri axşamlar yemək olmaz. Artıq çəkiyə səbəb olur. Xəmir yeməkləri fiziki iş görənlər üçün daha məsləhətlidir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1120   Tarix: 08 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

geyim və ayaqqabılar qaşların formalari həkim məsləhəti asiq qadinlar haqqinda maraqli melumatlar nişanlılıq elme aid atalar sozu kosmetika novruza aid hakistalar qaynana rus dilini oyrenek 2ci ders bayati hakiwda