Qışda üz dərisi niyə tez qocalır?

Qışda üz dərisi niyə tez qocalır?Qış aylarında dərinin daha tez qocalmasının səbəbləri açıqlanıb.
Milli.Az xəbər verir ki, rusiyalı həkim-kosmetoloq Yelena İlçukun sözlərinə görə qışda dəri həm soyuq hava, həm də qapalı məkanlarda istilik sistemləri səbəbindən daha çox nəmini itirir. Çöldə hava soyuq və quru olur, ev və ofislərdə isə istilik sistemi havanı qurudur. Bu da dəridə suyun daha sürətlə buxarlanmasına gətirib çıxarır.
"Qışda hətta normal dəri belə özünü quru və həssas kimi aparır. Dəri dartılır, qabıqlanır və xırda qırışlar daha aydın görünür", - deyə İlçuk qeyd edib.
Həkimin sözlərinə görə, temperatur fərqləri də dərinin vəziyyətinə mənfi təsir göstərir. Soyuqda üz damarları daralır, isti məkana daxil olduqda isə genişlənir. Gün ərzində bu halın tez-tez təkrarlanması kapilyar şəbəkəni zəiflədir, qızartı və yanma hissini artırır.
"Xüsusilə qızartıya və rozaseaya meyilli insanlarda bu proses daha aydın hiss olunur. Dəri daha tez yorğun və yaşlı görünməyə başlayır", - deyə o bildirib.
Mütəxəssis əlavə edib ki, qışda smartfondan uzun müddət istifadə də dərinin qocalmasını sürətləndirə bilər. Ekranlardan yayılan mavi işıq oksidləşdirici stressi artırır, gec saatlara qədər telefona baxmaq isə yuxu keyfiyyətini azaldır.
"Xroniki yuxusuzluq dərinin bərpa prosesini zəiflədir və qocalma əlamətlərini gücləndirir", - deyə İlçuk vurğulayıb.
Həkim qış aylarında dərini qorumaq üçün qulluq rejiminin dəyişdirilməsini tövsiyə edib. Onun sözlərinə görə, sərt təmizləyici vasitələrdən uzaq durmaq, daha qatı və nəmləndirici kremlərdən istifadə etmək, həmçinin otaqlarda havanı nəmləndirmək faydalıdır.
"Qışda məqsəd dərini gəncləşdirmək deyil, onu daimi stress vəziyyətindən çıxarmaqdır. Daha az quruluq, daha az temperatur fərqi və daha keyfiyyətli yuxu dərinin sağlam görünməsinə kömək edir", - deyə mütəxəssis yekunlaşdırıb.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1100   Tarix: 07 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

kosmetoloq gözəllik məhsulları gozel gorunmek yuxu yozmalar zaur baxşəliyev ayaqqabılar karolın ve gızlı dunya ızle kosmetika pehriz hakisdalar novruz hakısdası bayati şəhid