"Qız dedi ki, stolu hazırlayaq, sizi masaj edəcəyik" -BAKIDA ŞOK - FOTO

"Qız dedi ki, stolu hazırlayaq, sizi masaj edəcəyik" -BAKIDA ŞOK - FOTOBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kişiləri internet üzərindən qızlar vasitəsilə görüşə çağıran, orada isə hədələyərək pulunu almaqda təqsirləndirilən dəstə üzvlərinin - İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Asiman Məmmədov və Arifə Musayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xanim.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin icraatında olan prosesdə dövlət ittihamçısı ittiham aktının nəticəvi hissəsini elan edib.

İttihama münasibət bildirən İ.Meybullayev qismən, A.Məmmədov tam təqsirli, A.Musayeva, R.Xəlilov, E.Balakişiyev və R.Rəhimli isə özlərini təqsirsiz bildiklərini deyiblər.

Zərərçəkən Sakit Qurbanov sərbəst ifadə verərək işsiz olduğunu deyib: "Mən Elxan Abbasovla ora getmişdim. İki qız Elmlər Akademiyası metrosunun yanında bizə vizitkart verdi. Elxan dedi, gedək. Getdik, bizi orada qızlar qarşıladı, biri də Arifə idi. Bununla başqa bir qız bizi masaya dəvət etdi. Biz heç nə sifariş etmədik. Arifə dedi ki, stolu hazırlayaq, sizi masaj edəcəyik. Qızlar gedəndən sonra hesabı gətirdilər, 154 manat, dedim heç nə içməmişik. Cibimdə 161 manat var idi. Qışqırdılar ki, pulu çıxart qoy stolun üstünə. Elxan dedi, gedim bankomatdan pulu çıxarıb gəlirəm, ordakı iki nəfərlə getdi, amma gəlmədi. Məndən pulu burdakılardan 3-ü aldı. Mən epilepsiya xəstəsiyəm, dedim ürəyim sıxılır, icazə verin çölə çıxım, dövrəyə alıb buraxmadılar. İsmayıl məni hədələyib hesabı verməyimi tələb etdi. Rəhim yaxamdan yapışıb məni ayağa qaldırdı, İsmayıl pulu cibimdən götürdü. Sonra dedilər çıx get. Mən ordan çıxandan sonra Elxan zəng vurub dedi ki, 39-cu bölmədəyəm, bura gəl".

S.Qurbanov şikayətçi olmadığını və ruhi əsəb xəstəsi olduğunu deyib.

Digər zərərçəkən Əliş Rəhimli ifadə verərək deyib ki, "Facebook"da Nərminə Nəbiyeva ilə tanış olub: "Profilində yazmışdı ki, masaj edir. Mən də ona mesaj yazıb nömrəsini aldım. Zəng edib danışdıq, dedi İçərişəhərdə oluruq. Mən də dostum Eldənizlə getdim. Xanımlar bizi qarşıladı, masaya keçib oturduq, qızlara iki viski gətirdilər. Bir az sonra onlar durub getdi. Sonra barmen Elnur gəldi, dedi hesab 150 manat edir. Mən də heç nə içmədiyimi və pul verməyəcəyimi dedim. Barmen getdi, sonra Asiman, Rakif, İsmayıl gəldi. Dedilər qızla gəlib içki içməlisən, pulunu verməlisən. Gördüm, dava düşəcək, 50 manat çıxarıb dedim 45-i sizin, 5 manat da mənim yol pulum. Sonra Eldənizdən də pul tələb etdilər, dedim o, qonaqdı, dəyməyin. O da pul vermək istəmədi. Bunlar dostumu başqa otağa apardılar, amma orda da pulu verməmişdi. Sonra mən ona dedim ki, verməsən dava düşəcək. Eldəniz də çıxarıb 50 manat verdi, dedi qalan 50 manatla həkimə gedəcəm. Hər ikimizdən pulu İsmayıl aldı".

Məhkəmə prosesi aprelin 24-də davam etdiriləcək.

Proses davam edir.
"Qız dedi ki, stolu hazırlayaq, sizi masaj edəcəyik" -BAKIDA ŞOK - FOTO"Qız dedi ki, stolu hazırlayaq, sizi masaj edəcəyik" -BAKIDA ŞOK - FOTO"Qız dedi ki, stolu hazırlayaq, sizi masaj edəcəyik" -BAKIDA ŞOK - FOTO

Xəbərlər     Baxılıb: 4717   Tarix: 18 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

turlar.az

gozel gorunmek qis geyimləri 2026 reseptler öd daşı kişi psixologiyası terminlər boyun osteoxondrozu kosmetika banan gulmeli hakista sevgi kokelmek hakista sozler