Qızıl qiymətinə satılan zəhər: Mövsümündən əvvəl bazara çıxarılan alçanın inanılmaz zərərləri

Qızıl qiymətinə satılan zəhər: Mövsümündən əvvəl bazara çıxarılan alçanın inanılmaz zərərləriBakı bazarlarında bəzi meyvələrin qiyməti fantastik dərəcədədir. Xüsusilə mövsümündən əvvəl yetişdirilib satılan meyvələrdə bu hal daha çox özünü büruzə verir. Belə ki, kiloqramı qızıl qiymətinə satılan alça 500 manatdan 100 manata düşüb. Bəziləri bunu tələbatın çoxluğu və təklifin azlığı ilə əlaqələndirir. Xüsusilə, mövsümündən əvvəl yetişdirilən meyvələri hamilə qadınların daha çox tələb etdiyi bildirilir. 
Maraqlıdır, istixanalarda süni şəkildə yetişdirilən alçanın qiymətinin bu qədər fantastik olmasına səbəb nədir? 
Milli.Az bildirir ki, kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Bizim.media-ya bildirib ki, alçanın bu qədər baha olması istehsalının azlığı ilə bağlıdır:
"Mövsümü yaxınlaşdıqca, alçanın da qiyməti sürətli şəkildə aşağı düşür. Çünki artıq yavaş-yavaş istehsalçıların sayı artır. Lakin qışda alçanı aqrotexniki qaydaları bilən şəxslər istehsal edirlər ki, onların da sayı olduqca azdır. Qeyd edim ki, günümüzdə torpağa gübrə vermədən meyvə-tərəvəz yetişdirmək olmur. Əvvəllər isə belə deyildi, torpaqda kifayət qədər maddə var idi". 
V.Məhərrəmov onu da qeyd edib ki, bəzi hallarda torpağa həddindən çox azot verirlər, bu isə meyvədə toplanır:
"Azot həm də qida maddəsi kimi bitki tərəfindən mənimsənilir. Yəni fotosintez prosesi zamanı, qeyri-üzvi maddələr üzviyə çevrilir, bunun isə insan üçün heç bir ziyanı yoxdur. Amma gərək fotosintez prosesi normal getsin. Yenə də mövsümündən əvvəl satılan alçanın tərkibi yoxlanılmalıdır". 
Bəs mövsümündən əvvəl yetişdirilən alçanın insan sağlamlığına hansısa xeyri və ya ziyanı ola bilərmi?
Tibb məsələləri üzrə ekspert, həkim Adil Qeybulla mövsümündən əvvəl istixanalarda yetişdirilən meyvənin insan sağlamlığına böyük zərərlərinin olduğunu bildirib:
"Ərzaqların mövsümündən əvvəl baha olması təbiidir, amma bəzən qiymətlər çox şişirdilir. Lakin məsələ fərqlidir. Bəzən ayrı-ayrı insanlarda qida davranışı pozulur. Bu, hormonal və psixoloji dəyişikliklər fonunda baş verə bilir. Hamiləlik isə çox ciddi fizioloji proses olduğuna görə, ayrı-ayrı qidalara tələbat ortaya çıxa bilir. Normal adamda isə qida davranışı adekvat olur". 
Ekspertin sözlərinə görə, alça kimi mövsümündən əvvəl istixanalarda yetişdirilən meyvə-tərəvəzlər insan sağlamlığına ciddi ziyan vurur:
"Çünki onların yetişməsi üçün müxtəlif gübrələrdən, kimyəvi maddələrdən istifadə olunur. Həmin maddələr isə insan orqanizminə lazım olmadığı üçün zərərli hesab olunur. Mən düşünürəm ki, hər bir meyvə-tərəvəz öz mövsümündə yeyilsə, daha düzgün olar. Çünki orqanizm də ritmik olaraq buna uyğunlaşır", - deyə Adil Qeybulla bildirib.
Milli.Az

Xəbərlər     Baxılıb: 1239   Tarix: 03 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

kosmetoloq yemek reseptleri geyim və ayaqqabılar uşaqlar və tərbiyə analiq məktəbi qripdən qorunmaq göyəm mürəbbəsinin resepti kosmetika muellim seiri novruza aid hakistalar rus dilini öyrənək hekaye janri hakışta